FOSTER-DAUGHTER
FOSTER-MOTHER
OBASTAN VİKİ
Bananlı foster
Bananlı foster- Dondurmalı desert. == Hazırlanması == Banan,vanilli dondurma, sous, kərə yağı,qəhvəyi şəkər tozu, darçın, tünd romdan və bananlı likördan hazırlanır.Bananla yüngülcə kərə yağında qızardılır, biraz şəkər tozu əlavə edilir daha sonra alkoqollu içki əlavə edilib yandırılır. Bananlar hazır olandan sonra üzərinə dondurma əlavə edilir. == Yaranma tarixi == Desert 1951-ci ildə hazırlanıb. ABŞ-ın Luiziana ştatının Yeni Orlean şəhərində Brennan restoranında Polem Blonje tərəfindən hazırlanıb. Desert Ouena Brennanın dostu Riçard Fosterin şərəfinə adlandırılıb.O Yeni Orleanın dustaqlar üzrə komisiyanın rəhbəri idi.İndiyə kimi bu desert Yeni Orleanın ən bahalı restoranlarında təqdim olunur. Dünyanın bir çox ölkələrində də geniş yayılmaqdadır.
Codi Foster
Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. == Həyatı == Hollywood-un məşhur aktrisalarından olan Alicia Christian Jodie Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles şəhərində dünyaya göz açıb. Jodie aktrisalıq fəliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə “Walt Disney” studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu “Napoleon and Samantha” (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Scorsesenin“Alice Doesn't Live Here Anymore” filmində rol alır. Daha sonra isə elə bu rejissorun “Taxi Driver” (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oscar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən John Hinckley adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reaganı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Jodie Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir.
Cudi Foster

Devid Foster
Devid Foster (ing. David Foster) — dünya şöhrətli Kanada musiqiçisi.
Norman Foster
Norman Foster (1 iyun 1935, Mançester) — ingilis memar. Memarlıq təhsili ilk olaraq Mançestr Universitetində alan Norman təhsilini Yeyl Universitetində usta olaraq tamamladı.Dünya səviyyəsində bir çox komitəyə qatılan və yüzlərcə mükafata layıq görülən Norman Fosterin bir çox tanınmış layihəsi vardır. Millau Körpüsü (Fransa, dünyanın ən yüksək körpüsü), Honq Konq Beynəlxalq Hava limanı, Uembli stadionu kimi dünya üzrə tanınmış sayısız memarlıq layihələrinə imza atdı. 2002-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.
Foster dağlaləsi
Foster dağlaləsi (lat. Tulipa fosteriana) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin dağlaləsi cinsinə aid bitki növü. Özbəkistan bu bitkinin əsas vətənidir. Onun hündürlüyü 40-30 sm arasındadır. Yazın əvvələrində və aprel ayında yetişir. Onun ləçəklərinin rəngi parlaq qırmızı və mərkəzi qaradır. Yetişdirilən (becərilən) növləri müxtəlif rənglərə malikdir.İmperator dağlaləsi və ya Fosteriana dağlaləsi, dağlaləsi gülünün qruplarının 13-cü qrupuna aiddir.
Con Foster Dalles
John Foster Dulles (25 fevral 1888[…], Vaşinqton – 24 may 1959[…], Vaşinqton) — ABŞ-lı vəkil və siyasət adamı. == Həyatı == Prezident Dwight D. Eisenhower dövründə ABŞ xarici işlər naziri (1953–1959). II Dünya Müharibəsini izləyən soyuq müharibə dövründə ABŞ-nin xarici siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynamışdır. Müvafiq olaraq B. Harrison və T. V. Vilson administrasiyalarında dövlət katibləri olmuş C. U. Fosterin nəvəsi, R. Lansinqin qardaşı oğlu, A. U. Dallesin qardaşıdır. İxtisasca hüquqşünasdır. Prinston Universitetində, Sorbonnada, C. Vaşinqton Universitetində təhsil almışdır. 1911-ci ildə ABŞ-nin, həmçinin Almaniya, İsveç, Belçika və digər ölkələrin aparıcı sənaye və maliyyə korporasiyalarına, o cümlədən H. Fordun konserninə, "International Telephone and Telegraph", Chase Manhattan Bank, İ. G. Farbenindustriyə xidmət edən "Sullivan & Cromwell" adlı iri hüquq firmasında (1927-ci ildən onun rəhbəri) peşəkar fəaliyyətə başlamışdır. "International Nickel Company" transmilli korporasiyasının direktoru, New York City Bankının idarə heyətinin üzvü, Rokfeller fondunun qəyyumlar şurasının sədri olmuşdur. == Fəaliyyəti == İlk diplomatik iş təcrübəsini 1907-ci ildə 2-ci Haaqa konfransında ABŞ nümayəndə heyətinin katibi vəzifəsində qazanmışdır. Paris sülh konfransında (1919–20) ABŞ nümayəndə heyətinin müşaviri idi; sonrakı illərdə Təzminat komissiyasında və Ali İqtisadi Şurada ABŞ-ni təmsil etmiş, 1923–24-cü illər də Daues planının işlənib hazırlanmasında əhəmiyyətli rol oynamışdır.
Devid Foster Volles
Devid Foster Volles (ing. David Foster Wallace; 21 fevral, 1962–12 sentyabr, 2008) — amerikalı yazıçı == Həyatı == Devid Foster Volles 1962-ci ilin 21 fevralında Nyu-Yorkda anadan olub. İllinoys Universitetində fəlsəfə professoru olan atasının və İngilis dili professoru olan anasının təsiri ilə uşaq yaşlarından etibarən fəlsəfəyə və ingilis dilinə marağı böyük olub. 1987-ci ildə Arizona universitetində ingilis dili üzrə təhsil almağa başlayan yazıçı həmin il ilk romanı olan "Sistemin süpürgəsi" (The Broom of the System) adlı əsərini bitirmişdi. Daha sonradan Harvard Universitetində fəlsəfə üzrə də təhsil alan Devid depresiyya, narkotik, tennis, sinema kimi bir-birindən fərqli mövzularda qısa hekayələr və məqalələr yazaraq adını eşitdirməyə bacarmışdı. 1996-cı ildə yazdığı "Sonsuz Zarafat" (Infinite Jest) adlı əsəri ilə olduqca uğur qazanmış, əsər "Time" jurnalı tərəfindən 1923-cü ildən bəri yazılmış ən yaxşı 100 ingilis romanı siyahısına əlavə edilmişdi. 2011-ci ildə yazıçının ölümündən sonra yayımlanmış "The Pale King" əsəri isə Pulitser mükafatına namizəd olmuşdu. == Ölümü == Devid Foster Volles həyatının böyük hissəsində ağır depressiyadan əziyyət çəkmişdi. Meditasiya üsulu və antidepresanlarla müalicə almağa çalışsa da, depressiyasından xilas ola bilməmiş, 2008-ci ildə iki səhifəlik intihar məktubu yazdıqdan sonra yaşadığı evdə özünü asaraq intihar etmişdi.
Dəfnə Coy Foster
Dәfnә Coy Foster (ing. Defne Joy Foster; 2 sentyabr 1975, İncirlik[d], Adana ili – 2 fevral 2011, İstanbul) — Türk və Amerikan əsilli aparıcı, aktrisa və DJ. Aktrisa 2003–2006-cı illər ərzində yayımlanan Sehrli Anam teleserialında oynadığı Eda obrazı ilə ölkəsində məşhurluq qazanmışdır. Bundan başqa Dayə, Ruhsar və Ağ Yalanlar kimi seriallarda da epizodik rollarda çəkilmişdir. == Həyatı == Dəfnə 2 sentyabr 1975-cu ildə Türkiyə'nin İncirlik əyalətində anadan olub. Atası afroamerikalı Stiv NATO-da zabit olaraq fəaliyyət göstərir, anası Xədicə isə türkdür. Dəfnə orta təhsilini Alsancakda aldıqdan sonra fərdi təhsilini İzmirdə davam etdirdi. 2008-ci ildə İlkәr Yasin Solmaz ilə evlənib və 2009-cu il 13 iyunda Can Qılınc adında bir oğlu olub. 2 fevral 2011-ci ildə Caddebostanda yazıçı Әhmәd Altanın oğlu Kәrәm Xalid Altanın evində ölü tapılıb. İlk versiya olaraq ölüm səbəbi astma xəstəliyi göstərilib. Astma xəstəsi olan Dәfnәnin ölmədən az əvvəl spirtli içki qəbul etdiyi deyilir.
Dəfnə Joy Foster

Foster the People
Foster the People — 2009-cu ildə Los-Ancelesdə qurulmuş indi-rok qrupu. Onun üzvləri müğənni Mark Foster, gitaraçı Şon Çimino və klaviatura ifaçısı Aysom İnnisdir.Fosterin "Pumped Up Kicks" mahnısı 2010-cu ildə viral uğur qazandıqdan sonra qrup, Startime International-dan rekord müqaviləsi əldə etdi və kiçik klub şouları və musiqi festivallarında çıxışlar vasitəsilə pərəstişkarları qazandı.
Yozef Uilliam Foster
Yozef Uilliam Foster 1935-ci ilin 18 may tarixində İngiltərənin Bolton şəhərində anadan olmuşdur. O, (qardaşı ilə birgə) Reebok şirkətinin qurucusu kimi tanınır. O, öz babası ilə eyni gündə 18 mayda doğulmuşdur. Onun babası J.W. Foster and Sons şirkətinin təsisçisi idi və altı dişli olan qaçış ayaqqabılarını yaradan həmçinin inkişaf etdirən ilk şəxslərdən biri idi. 1943-cü ildə 8 yaşında ikən Co Boltonda keçiriən qaçış yarışında qalib gələrək American Webster's adlı lüğəti əldə etmişdir. O, 1960-cı ildə burada REEBOK hecasını tapmışdır (Niderland dilində yazıda). Əgər o, ingilis dilində lüğət qazanmış olsaydı söz olaraq Rhebok tapa bilərdi. Co və onun həlak olmuş qardaşı Ceff J W Foster & family business adlı ailədə anadan olmuşlar. Amma onlar 2 illik hərbi xidmətdən sonra evlərinə geri qayıtdıqda özlərinə gələcəkləri barədə sual verdilər. Artıq 1955-ci il idi və onlar iqtisadiyyatın 1930-cu illər kimi inkişafda olduğunu gördülər.