frant

frant
franşiza
frantlıq
OBASTAN VİKİ
Emil Frantişek Burian
Emil Frantişek Burian (11.6.1904, Plzen – 9.8.1959, Praqa) — rejissor, bəstəkar, yazıçı, dramaturq. == Həyatı == Çexoslovakiyanın xalq artisti (1954). Ən görkəmli çex rejissorlarından biridir. 1926–29-cu illərdə bir çox avanqardist teatr truppalarında (o cümlədən Y. Honzl və Y. Freykanın yanında) aktyor, musiqiçi və bəstəkar kimi fəaliyyət göstərmişdir. 1927-ci ildə Praqa konservatoriyası nəzdində kompozisiya sinfi üzrə emalatxananı bitirmişdir. == Fəaliyyəti == Operaların, baletin, simfoniyaların, kinofilmlərə musiqinin, kamera-instrumental və s. əsərlərin müəllifidir. 1929-cu ildə dram teatrında rejissorluq fəaliyyətinə başlamışdır. 1933-cü ildə Praqada "D-34" teatrını yaratmış, orada rejissor, bəstəkar, dramaturq və səhnələşdirmələr müəllifi kimi çıxış etmişdir. Səhnənin arxasında və səhnə boyu çəkilmiş şəffaf parça üzərində diapozitivlərin və kinoplyonkaların eyni vaxtda, yaxud ardıcıl nümayişini təmin edən teatroqrafı icad etmişdir.
Emil Frantişek Buriel
Emil Frantişek Burian (11.6.1904, Plzen – 9.8.1959, Praqa) — rejissor, bəstəkar, yazıçı, dramaturq. == Həyatı == Çexoslovakiyanın xalq artisti (1954). Ən görkəmli çex rejissorlarından biridir. 1926–29-cu illərdə bir çox avanqardist teatr truppalarında (o cümlədən Y. Honzl və Y. Freykanın yanında) aktyor, musiqiçi və bəstəkar kimi fəaliyyət göstərmişdir. 1927-ci ildə Praqa konservatoriyası nəzdində kompozisiya sinfi üzrə emalatxananı bitirmişdir. == Fəaliyyəti == Operaların, baletin, simfoniyaların, kinofilmlərə musiqinin, kamera-instrumental və s. əsərlərin müəllifidir. 1929-cu ildə dram teatrında rejissorluq fəaliyyətinə başlamışdır. 1933-cü ildə Praqada "D-34" teatrını yaratmış, orada rejissor, bəstəkar, dramaturq və səhnələşdirmələr müəllifi kimi çıxış etmişdir. Səhnənin arxasında və səhnə boyu çəkilmiş şəffaf parça üzərində diapozitivlərin və kinoplyonkaların eyni vaxtda, yaxud ardıcıl nümayişini təmin edən teatroqrafı icad etmişdir.
Frantişek Filip
Frantişek Filip (26 dekabr 1930 – 9 yanvar 2021, Praqa) — Çex rejissoru. == Həyatı == Frantişek Filip 26 dekabr 1930-cu ildə Çexoslovakiyanın Pişek şəhərində anadan olmuşdur. Praqada Sənət Akademiyasında təhsil alarkən, O, 1950-ci ildə ilk filmini çəkmişdir. Bu film sənədli film idi. Məzun olduqdan sonra, 1954-cü ildə Çexoslovak Televiziyasına qatıldı və təqaüdə çıxana qədər orada çalışdı. Lakin, təqaüdə çıxdıqdan sonra da televiziyada çalışmağa davam etdi. Karyerası boyunca hər yaşdan izləyənlər üçün müxtəlif janrlarda 600-ə yaxın film və televiziya proqramının rejissorluğunu etdi və bu sahədəki əvəzsiz xidmətlərinə görə 2017-ci ildə Talia Mükafatına layiq görüldü. == Ölümü == Məşhur rejissor Frantişek Filip də insanlığın bəlasına çevrilən koronavirus pandemiyasına yoluxmuşdu və bu amansız xəstəlikdən əziyyət çəkirdi. Uzun müddət sürən müalicələr belə onu xilas edə bilmədi və məşhur film və televiziya rejissoru Frantişek Filip 9 yanvar 2021-ci ildə koronavirus pandemiyasından dünyasını dəyişdi.
Frantişek Ladislav Çelakovski
Frantişek Ladislav Çelakovski (1793–1852) — Çex şairi. == Həyatı == Frantişek Ladislav Çelakovskinin yaradıcılığı özünəməxsusluğu ilə seçilir. XIX əsrin I yarısında yaşamış F. L. Çelakovskinin yaradıcılığına, şübhəsiz, bu dövrdə çex ədəbiyyatında tatar mövzusunun təşəkkül tapması və bununla bağlı çex xalqının milli-azadlıq hərəkatının vüsət alması öz müsbət təsirini göstərmişdir. F. L. Çelakovskinin "Qaraçı" mövzusunda yazdığı ən mühüm şeir "Qaraçı tütəyi" adlanır. Özündə yüksək vətənpərvərlik ideyası əxz edən bu məzəli nəğmə 1848-ci il inqilabı zamanı siyasi vərəqə kimi xalq arasında geniş yayılmışdı. Buna səbəb həmin şeirdə əcnəbilərin Çexiyadan çıxarılmasına çağırış idi.
Frantişek Raytoral
Frantişek Raytoral (12 Mart 1986 – 23 Aprel 2017) Çex futbolçusu olmuşdur. Sonuncu şərəfini qoruduğu klub Türkiyənin "Qaziantepspor" komandası olmuşdur. O həmçinin Çexiya milli futbol komandasının üzvü idi. Futbolçu 23 aprel 2017-ci ildə Türkiyədəki evində özünü asaraq intihar etmişdir. O, 2010-cu ildə "Viktoriya Plzen"in tərkibində Çexiya kubokunun qalibi olmuşdur. O, həmçinin digər mükafatlarıda Çexiya birinci liqasında mübarizə aparan klubun tərkibində qazanmışdır. Buraya Çexiya Superkubokuda daxildir. 2012-ci il fevralın 29-da Çexiya milli futbol komandasının heyətində İrlandiya milli futbol komandasına qarşı keçirilmiş yoldaşlıq matçında debüt etmişdir. Oyun 1-1 hesabı ilə bitmişdir. Raytoral jurnalist Mark Smit tərəfindən "Çexiyada ən yaxşı hücuma meyilli yarımmüdafiəçilərdən biri" kimi təsvir edilmişdir.
Frantişek Veselı
Frantişek Veselı (7 dekabr 1943, Praqa – 30 oktyabr 2009, Praqa) — Çexiya futbolçusu == Həyatı == Çexiyalı Avropa çempionu Frantişek Veselı 2009-cu ildə dünyasını dəyişib. 1976-cı ildə qitə birinciliyinin qalibi olan veteran futbolçu 65 yaşında ürək tutmasından ölüb. == Karyerası == Frantişek karyerasının böyük hissəsini keçirdiyi Praqanın "Slaviya" klubunda 920 oyunda meydana çıxıb. O, Avropa çempionluğunu qazandığı Çexoslovakiya yığmasının heyətində 34 görüş keçirib.
Frants Ksaver Volfqanq Motsart
Frants Ksaver Volfqanq Motsart (alm. Franz Xaver Wolfgang Mozart‎; 26 iyul 1791, Vyana, Avstriya hersoqluğu, Müqəddəs Roma imperiyası – 29 iyul 1844[…], Karlovı Varı, Bohemiya krallığı, Avstriya imperiyası), həmçinin Volfqanq Amadey Motsart-kiçik kimi tanınır — avstriyalı bəstəkar, pianoçu, musiqi müəllimi. Volfqanq Amadey Motsart və həyat yoldaşı Konstansiyanın doğulmuş altı uşağının böyüyü. Adı atasının ən yaxın dostu və tələbəsi olan Frants Ksaver Zyusmayerin şərəfinə qoyulmuşdur. == Bioqrafiya == Frants Ksaver Volfqanq Motsart Vyanada anadan olub. Parlaq bir musiqi təhsili almışdır: müəllimləri — Antonio Salyeri və Yan Nepomuk Qummel. Pianino və skripkada ifa etməyi öyrənmişdir. Uşaq ikən anasının rəhbərliyi altında Volfqanq Amadey Motsart-kiçik adı altında konsertlərlə vermişdir. Atası kimi, erkən bəstələməyə başladı, 1802-ci ildə Op fortepiano kvartetini Op. 1.
Frants Mikloşiç
Frants Ksaver Mikloşiç(alm. Franz Xaver Ritter von Miklosich‎; 20 noyabr 1813 - 7 mart 1891)—sloven və avstriya dilçisi. == Həyatı == Frants Ksaver Mikloşiç 20 noyabr 1813-cü ildə indiki Sloveniyada anadan olmuşdu.Varajdin və Maribor şəhərlərində gimnaziyada oxumuşdu.Qrats Universitetində fəlsəfə doktoru elmi dərəcəsini almışdı.Slavyan dillərinin tarixi müqayisəli təhlinin əsasını qoymuşdu.1849-cu ildə Vyana universitetində Slavyan dilləri kafedrasına başçılıq etmişdi. Frants Mikloşiç 1851-ci ildə Vyana EA-nın akademiki, 1854-1855-ci illərdə — Vyana universitetinin rektoru olmuşdu. 1852-1875-ci illərdə Frants Mikloşiçin fundamental əsəri olan «Slavyan dillərinin müqayisəli qrammatikası» I-IV tomları çap olunmuşdu. Frants Mikloşiç 7 mart 1891-ci ildə Vyana şəhərində vəfat edib. == Seçilmiş əsərləri == Lexicon linguae slovenicae veteris dialecti, 1850 (1862-65 als Lexicon Palaeoslovenico-graeco-latinum) Vergleichende Grammatik der slavischen Sprachen, 4 Bde., 1852–75 Vergleichende Formenlehre der slavischen Sprachen, 582 pages, 1856, mainly consisting of the 3rd book of Vergleichende Grammatik, and for which he was awarded the Volney prize Monumenta Serbica Spectantia Historiam Serbiae, Bosniae, Ragusii, 1858 (Hg.) Die Bildung der slavischen Personennamen, 1860 Etymologisches Wörterbuch der slavischen Sprachen, 1886 Über die Mundarten und Wanderungen der Zigeuner Europas, 12 Tle., 1872-80.
Frants Voepcke
Frants Voepcke(6 may 1826, Dessau – 25 mart 1864, Paris)—Almaniya şərqşünası. == Həyatı == Frants Voepcke 6 may 1826-cı il tarixində Dessauda bir poçt işçisinin oğlu olaraq dünyaya gəldi. Berlin Universitetində riyaziyyat təhsili aldı. Bir müddət Bonn Universitetində G. Wilhelm Freytagın yanında Ərəb dilini öyrəndi və müsəlman riyaziyyatçıların əsərlərinin əlyazma nüsxələrini incələdi. 1847-ci ildə Ömər Xəyyamın cəbrə olan qatqıları üzərinə hazırladığı doktorluq dissertasiyasını tamamladı (Lalgèbre dOmar Alkhayyami publiée, traduitée et accompagnée dextraits des manuscrits inédits, Paris 1851). Frants Voepcke 25 mart, 1864-cü ildə vəfat edib.
Frantz Dorsainvil
Frantz Dorsainvil (2 iyul 1991) — Haitili üzgüçü. Frantz Dorsainvil Haitini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Frantz Dorsainvil birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 30.86 saniyəlik nəticəsi ilə 83-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Frantiska Plaminkova
Frantiska Plaminkova (çex. Františka Plamínková) — Çex siyasətçisi, jurnalist, feminist, Çexoslovakiya və beynəlxalq qadın hərəkatının təşkilatçısı. Heydrixiad dövründə edam edilir. == Bioqrafiya == Frantiska Plaminkova Praqa ayaqqabıçı ailəsində anadan olub və ailənin üç qızının ən kiçiyi olub. İbtidai və orta məktəbi, həmçinin Praqa Pedaqoji İnstitutunu bitirib. 1894-1895-ci illərdə Tabor və Sobeslavda müəllimlik etməyə başlayır. 1895-ci ildən Praqada işləməyə başlayır. 1908-ci ildə o, Praqa-Bubnıda (Qoleşovisenin bir hissəsi) orta məktəbə müəllim təyin edilir. Avstriya-Macarıstan qanunlarına görə müəllimlərə evlənmək və uşaq sahibi olmaq qadağan edildiyi üçün o, evlənir. Gənc yaşlarından Masarikovlar ailəsi ilə əlaqə saxlayır.

Значение слова в других словарях