Françayzinq

1) Mərkəzi, və ya yerli hakimiyyət orqanlarının hər hansı müəssisə və təşkilata bu və ya digər sosial xidmətlə, o cümlədən əhalini elektrik enerjisi, su, qaz və s. ilə təmin etməklə bağlı hüquq verməsi. 2) Bir müəssisənin, firmanın başqa birinə müəyyən bazar məkanında onun əmtəə nişanından, texnologiyasından, intellektual mülkiyyətindən istifadə hüququ verməsi ilə bağlı uzunmüddətli razılaşma (müqavilə).
Fraxt Olunan
Françayzor
OBASTAN VİKİ
Françayzinq
Françayzinq, kommersiya münasibətləri növü (fr. franchir, «azad etmək») — bazar subyektləri arasında münasibətlər növü, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez-modeli əsasında özünəməxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq - digərinin haqq əsasında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir. Filip Kotler françayzinqin aşağıdakı əlamətlərini qeyd edir : françayzer onun əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alır; françayzi biznes sisteminin bir hissəsi olmaqdan ötrü ilkin haqq ödəyir; françayzer françayziyə biznesin təşkili sistemini verir. Françayzinq müqaviləsinin françayzer üçün aşağıdakı müsbət cəhətləri vardır: Mehmanxana bazarında az investisiya qoymaqla biznesini genişləndirmək; Ödəmələrdən əlavə gəlir qazanmaq. Françayzinq müqaviləsinin françayzer üçün mənfi cəhətləri: Gəlir ancaq françayzinin ödəmələri ilə məhdudlaşır; Françayzi müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etmədikdə françayzerin imici, nişanı nüfuzdan düşür.

Значение слова в других словарях