Françayzinq
Françayzinq, kommersiya münasibətləri növü (fr. franchir, «azad etmək») — bazar subyektləri arasında münasibətlər növü, bir tərəf (françayzer) digər tərəfə (françayzi) müəyyən haqqa (royalti) öz biznez-modeli əsasında özünəməxsus biznes növü ilə məşğul olmağa icazə verir. Françayzinq - digərinin haqq əsasında kiminsə əmtəə nişanından istifadə edilməsinə rəsmi icazədir.
Filip Kotler françayzinqin aşağıdakı əlamətlərini qeyd edir :
françayzer onun əmtəə nişanından istifadəyə görə digərinin gəlirindən müəyyən faiz alır;
françayzi biznes sisteminin bir hissəsi olmaqdan ötrü ilkin haqq ödəyir;
françayzer françayziyə biznesin təşkili sistemini verir.
Françayzinq müqaviləsinin françayzer üçün aşağıdakı müsbət cəhətləri vardır:
Mehmanxana bazarında az investisiya qoymaqla biznesini genişləndirmək;
Ödəmələrdən əlavə gəlir qazanmaq.
Françayzinq müqaviləsinin françayzer üçün mənfi cəhətləri:
Gəlir ancaq françayzinin ödəmələri ilə məhdudlaşır;
Françayzi müəyyən edilmiş keyfiyyət göstəricilərinə əməl etmədikdə françayzerin imici, nişanı nüfuzdan düşür.