Fürst

der; -en, -en şazda, bəy, əmir, xan; hökmdar, knyaz
Fürsprecher
Fürstentum
OBASTAN VİKİ
Kristiane Fürst
Kristiane Fürst (alm. Christiane Fürst‎; 29 mart 1985, Drezden, Almaniya) — Əczacıbaşı komandasında oynayan almaniyalı dünyaca məşhur qadın voleybolçu. Blokçu mövqeyində oynayır, sağ əllidir, 192 sm boya sahib voleybolçunun zərbə yüksəkliyi 305 sm, blok yüksəkliyi isə 295 sm-ə qədər çatır. Avropa ikincisi və klublararası dünya çempionudur. Almaniya millisi ilə 60-dan çox matça çıxmışdır. O, həmçinin bu ölkənin yetişdirdiyi ən güclü blokçulardan sayılır. Kristiane Fürst karyerasına 1995-ci ildə (10 yaşında) doğulduğu Drezden klubunda başlamışdır. Yeddi il Drezdenin müxtəlif yaş qruplarında oynadıqdan sonra nəhayət 2002-ci ildə komandanın əsas heyətinə cəlb olunmuşdu. Burada iki dəfə Almaniya çempionluğu, iki dəfə də kubokunu qazanmış voleybolçu artıq bir sıra nəhəng klubların diqqətini çəkməyə başlamışdı. 2003-cü ildə isə cəmi on səkkiz yaşı olmasına baxmayaraq Almaniya milli komandasının əsas heyətinə cəlb olunaraq həmin ildə keçirilən Avropa çempionatında iştirak etmişdi.
Fürstenştayn qəsri
Ksyonj qəsri və ya Fürstenştayn qəsri (pol. Książ) — Polşanın Valbrzix şəhərində yerləşən və XIII əsrdə tikilən qəsr. Qəsr XIII əsrdə Svidnika və Yavor şahzadəsi I Bolko tərəfindən inşa etdirilmişdir. Tarixdə bir çox dəfə sökülüb yenidən tikdirilmişdir. 1509–1941-ci illəri arasında yerli idarə orqanları tərəfindən idarə olunmuşdur. 1941-ci ildə qəsr Nasistlərin əlinə keçmiş, qərargahları kimi istifadə etmiş və qəsrə böyük ziyan vermişdilər. Almanların qəsrin altında tunellər qazması qəsrin memarlıq quruluşuna xələl gətirmişdir. Almanlardan sonra qəsri tutan SSRİ qüvvələri qəsrdən qala kimi istifadə etməyə başlamışlar. İkinci dünya müharibəsində qəsr böyük zərər görmüşdür. Müharibədən sonra təmir edilmişdir.