FÜRU
FÜRUXT
OBASTAN VİKİ
Füruğ Fərruxzad
Füruğ Fərruxzad (fars. فروغ فرخزاد‎; 5 yanvar 1935, Tehran, İran — 13 fevral 1967, Tehran, İran) — İran şairəsi, rejissor. == Həyatı == Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. Ailədə ondan başqa daha 6 uşaq var idi. 9-cu sinfi bitirəndən sonra Fərruxzad orta sənət məktəbinə daxil olub. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsər həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü – "Divar" və "Üsyan").
Məhəmmədəli Füruği
Mirzə Məhəmmədəli xan Mirzə Məhəmmədhüseyn xan oğlu Zəkaülmülk Füruği (1877-1942) — İranın baş naziri. == Həyatı == Məhəmmədəli Mirzə Məhəmmədhüseyn xan oğlu Füruği 1877-ci ildə İranın Tehran şəhərində doğulmuşdu. Atası Mirzə Məhəmmədhüseyn xan əslən İsfahanlı idi. Nasirəddin şah Qacarın yaxınlarından olmuşdu. Məhəmmədhəsən xan Müqəddəmin nazirliyi dövründə çalışmışdı. Ərəb dilindən tərcümələr edirdi. Məhəmmədəli Füruği Tehran Darülfünunu bitirmişdi. Ədəbiyyatla, jurnalistika ilə məşğul olmuşdu. Sonra siyasətə başlamışdı. Fars millətçiliyinin və Rza Pəhləvinin iqtidara gəlməsində Məhəmmədəli Füruğinin müstəsna rolu olmuşdur.
дефекти́вная куде́сничество остеоло́гия переотравля́ть постро́ечка провитами́н равнозна́чимый жёсткое нака́чиваться озвере́лый переина́чиваться габелок тагар aprowl creepingly dessiatine granulite kathetometer permanent-press pit Praia range-pole лапка подготавливаться семантика