Mirzə Məhəmmədəli xan Mirzə Məhəmmədhüseyn xan oğlu Zəkaülmülk Füruği (1877-1942) — İranın baş naziri.
Məhəmmədəli Füruği | |
---|---|
fars. محمدعلی فروغی ذكاءالملک | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 avqust 1877 |
Doğum yeri | |
Vəfat tarixi | 27 noyabr 1942 (65 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, ədib, diplomat, jurnalist, yazıçı, universitet müəllimi[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məhəmmədəli Mirzə Məhəmmədhüseyn xan oğlu Füruği 1877-ci ildə İranın Tehran şəhərində doğulmuşdu. Atası Mirzə Məhəmmədhüseyn xan əslən İsfahanlı idi. Nasirəddin şah Qacarın yaxınlarından olmuşdu. Məhəmmədhəsən xan Müqəddəmin nazirliyi dövründə çalışmışdı. Ərəb dilindən tərcümələr edirdi.
Məhəmmədəli Füruği Tehran Darülfünunu bitirmişdi. Ədəbiyyatla, jurnalistika ilə məşğul olmuşdu. Sonra siyasətə başlamışdı.
Fars millətçiliyinin və Rza Pəhləvinin iqtidara gəlməsində Məhəmmədəli Füruğinin müstəsna rolu olmuşdur. Məhəmmədəli Füruği əslən Bağdadlı bir yəhudi idi. Onun atası Zəkaülmülk İranın məşhur ziyalılarından, Mason təşkilatının qurucularından, Qərb və İngilispərəst siyasətin tərəfdarlarından biri idi. Məhəmmədəli Füruği Mason təşkilatının nizamnaməsini Fransız dilindən farscaya tərcümə etmişdi. O, Qacarların devrilməsində və Pəhləvilərin hakimiyyətə gəlməsində böyük rol oynamışdı.
Məhəmmədəli Füruği 1942-ci ildə Tehran şəhərində vəfat edib.
Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |