FƏSİL
FƏTH
OBASTAN VİKİ
Fəsilə
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Acıçiçək (fəsilə)
Acıçiçəkkimilər (lat. Gentianaceae) — bitkilər aləminin acıçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Yarpaqları qarşılıqlı, sadə, bütövkənarlı, çiçəkləri iri və parlaq olur, meyvəsi qozadır. Bu fəsiləyə aid bitkilərə demək olar ki, bütün qitələrdə rast gəlinir. 70-dən artıq cinsi və 1000-ə qədər növü var. Hamısının tərkibində acı qlükozid olur. Azərbaycanda bu fəsiləyə daxil olan 6 cinsiə aid 23 növ bitir. Bunlardan acıçiçək və isitməotu daha çox əhəmiyyətlidir. Bəzi növlərindən dərman bitkisi kimi, bəzilərindən isə gülçülükdə istifadə edilir.
Aterinlər (fəsilə)
Aterinlər (lat. Atherinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin aterinkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Fırçaotu (fəsilə)
Neobisiidae (fəsilə)
Neobisiidae Yalançıəqrəblər dəstəsinə daxil olan fəsilə. Fəsiləyə daxil növlər əsasən Afrika, Amerika və Avrasiya ərazisində yayılmışlar. Fəsiləüstünə daxil olan cinslər: Altfəsilə Microcreagrinae Balzan, 1892 : Acanthocreagris Mahnert, 1974 Alabamocreagris Ćurčić, 1984 Americocreagris Ćurčić, 1982 Australinocreagris Ćurčić, 1984 Bisetocreagris Ćurčić, 1983 Cryptocreagris Ćurčić, 1984 Dentocreagris Dashdamirov, 1997 Fissilicreagris Ćurčić, 1984 Globocreagris Ćurčić, 1984 Halobisium Chamberlin, 1930 Insulocreagris Ćurčić, 1987 Lissocreagris Ćurčić, 1981 Microcreagris Balzan, 1892 Minicreagris Ćurčić, 1989 Orientocreagris Ćurčić, 1985 Roncocreagris Mahnert, 1974 Saetigerocreagris Ćurčić, 1984 Stenohya Beier, 1967 Tartarocreagris Ćurčić, 1984 Tuberocreagris Ćurčić, 1978 Altfəsilə Neobisiinae Chamberlin, 1930 : Balkanoroncus Ćurčić, 1975 Ernstmayria Ćurčić & Dimitrijević, 2006 Microbisium Chamberlin, 1930 Neobisium Chamberlin, 1930 Novobisium Muchmore, 1967 Occitanobisium Heurtault, 1977 Paedobisium Beier, 1939 Parobisium Chamberlin, 1930 Protoneobisium Ćurčić, 1988 Roncobisium Vachon, 1967 Roncus L. Koch, 1873 Trisetobisium Ćurčić, 1982 Chamberlin, 1930: A synoptic classification of the false scorpions or chela-spinners, with a report on a cosmopolitan collection of the same. Part II. The Diplosphyronida (Arachnida-Chelonethida). Annals and Magazine of Natural History, ser. 10, n. 5, p.|1–48 & 585–620.
Neştərçələr (fəsilə)
Neştərçələr (lat. Branchiostomatidae) — Başıxordalılar (lat. Cephalochordata) və ya kəlləsizlər (lat. Acrania) yarımtipinə aid olan yeganə fəsilə. (Branchiostoma lanceolatum (Pallas, 1774) Fəsilənin az-çox tanınmış nümayəndəsidır.
Suzanbağı (fəsilə)
Suzanbağıkimilər (lat. Nymphaeaceae) — ikiləpəlilərə aid bitki fəsiləsi. Çoxillik, kökümsovlu su bitkiləridir. Su üzərində üzən saplaqlı yarpaqları növbəli düzülür. İkicinsiyyətli iri (diametri 35 sm-dək) çiçəkləri tək-tək yerləşir. Arktikada, Antarktikada səpra və hündür dağlardan başqa hər yerdə bitən 4 cinsi (60-dək növü) məlumdur. Evriala və viktoriya cinsini xüsusi fəsiləyə — Euryalaceae fəsiləsinə ayırırlar. Bəzən kabomboları,şanagülləkimiləri və Barclayaceae-nı suzanbağı fəsiləsinə aid edirlər. Viktoriya gülü 50 kq yük götürə bilir. Yarpaqları o qədər böyükdür ki, 3 yaşında bir uşağı rahatlıqla su üzərində gəzdirə bilir.
Zeytun (fəsilə)
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.
Əməköməci (fəsilə)
Əməköməcikimilər (lat. Malvaceae) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Birillik vә çoxillik ot, kol, liana vә ya ağaclardır. Yarpaqları növbәli, sadә dilimli vә ya barmaqvarı-mürәkkәb, yarpaqaltlıqlıdır. Gövdә vә yarpaqlarında sәciyyәvi ulduzvarı tüklәnmә, yerüstü zoğlarının toxumalarında selikli hüceyrәlәr var. Çiçәklәri iri vә ya orta ölçülü, tәk-tәk, yaxud çiçәk qruplarında toplanmışdır; çiçәk tacı 5 lәçәkli, çox vaxt әlvan rәnglidir; bәzi növlәrinin lәçәklәri burulmuş şәkildәdir. Sütuncuğu әhatә edәn çoxsaylı erkәkciklәri boru şәklindә bitişmişdir: yumurtalığı 5 vә ya daha çox bitişmiş meyvә yarpaqcıqlarından ibarәtdir. Meyvәsi yuvaların sayına görә ayrı-ayrı toxumlara bölünür (mәs., әmәkömәci) vә ya qutucuqdur (hibiskusda, pambıq kolunda vә s.), bәzәn gilәmeyvәdir (malvaviskus – Malvaviscus). Tropiklәrdә xüsusilә çoxsaylı vә müxtәlif olan 100 cinsdә birlәşәn 1200-әdәk növü var; meşә, savanna, bataqlıq vә dәniz sahillәrindә bitir. Azәrbaycanda 9 növü mәlumdur.
Fəsilə (taksonomik kateqoriya)
Fəsilə (bitki aləmində) və ya ailə (heyvanat aləmində) (lat. familia) tərkibində bir cins, yaxud monofilitik (ümumi mənşəli) cinslər qrupu olan və başqa fəsilələrdən və ya ailələrdən kəskin fərqlənən ayrıca ekoloji sahədə yerləşən taksonomik kateqoriya. Fəsilənin özünəməxsus əlamətləri ona müəyyən ekoloji uyğunlaşma zonasında yaşamağa imkan verir. Zoologiyada fəsilənin latınca adının sonunda "dae" yazılır. Botanika və bakteriologiyada fəsilə adı "ceae" ilə qurtarır. Məsələn, Violaceae (bənövşəkimilər). Fəsilə müstəsna olaraq iki alternativ ad daşıyır; bu "Beynəlxalq botanika nomenklaturasının kodeksi" tərəfindən qəbul edilmişdir. Hər hansı bir ərazinin müxtəlif fəsiləri xüsusiləşir və onların arasında aydın fərqlər mövcüd olur. Çox vaxt hər materikdə fəsilələr bir-birindən fərqlənən müxtəlif xüsusiləşmiş qruplara parçalanırlar. Bəzən də elə aralıq formalar meydana çıxır ki, fəsilələr arasındakı kəskin fərqlər itmiş olur.
Badımcançiçəklilər fəsiləsi
Balıqçıllar fəsiləsi
Balıqçıllar (lat. Alcedinidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin rakşikimilər dəstəsinə aid heyvan fəsiləsi. == Haqqında == Azərbaycanda 2 növü olan 1 cinsi (Alcedo L.) vardır. Xırda quşlardır. Dimdiyi iti, düzdür. Pəncələri gödəkdir. Barmaqları yarıya qədər bitişmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı "Elm".
Fəsiləüstü
Fəsiləüstü (lat. superfamilia) — taksonomik kateqoriya. XV Beynəlxalq zoologiya konqresində qəbul edilmiş Beynəlxalq kodeksin zooloji nomenklaturasına əsasən (1966) fəsiləüstü üçün "oidea"-dan ibarət suffiks və sonluq qəbul olunmuşdur. Beləliklə, fəsiləüstünün adı sözün kökünə suffiks və sonluq əlavə edilməklə yaranır. Fəsiləüstü yalnız heyvan orqanizmlərinin təsnifatında tətbiq olunur. Məsələn, durnalar (gruoidea), sığırçınlar (ralloidea) və s.
Mamırkimilər fəsilələri
Mürəkkəbçiçəklilər fəsiləsinə aid cinslərin siyahısı
Naxakimilər fəsiləsi
Phytoseiidae fəsiləsinə aid növlər
Qıjıkimilər fəsilələri
Siyənəkkimilər fəsiləsi
Siyənəklər (lat. Clupeidae) — siyənəkkimilər dəstəsinə aid balıq növü. Dəniz, keçici və şirin su formaları olan sürü halında yaşayan balıqlardır. Bəzi növlərdə qarın üzgəcləri olmur. Bir çox növlərdə qarının orta xətti boyunca kil və itiləşmiş pulcuqlar uzanır. Arktikadan Subantarktidayadək yayılmışlar. Ən çox növ müxtəlifliyi tropik hövzələrdə qeydə alınır. Mülayim və soyuq hövzələrdə rəngarəngliyi az olsa da əvəzində sayı çoxdur. Mühüm vətəgə obyektidir. Bəzi su hövzələrində , o sarıdan Xəzərdə ehtiyatları azaldığına görə tutulması məhdudlaşdırılmışdır.
Yereşənlər fəsiləsi
Çiçəkli bitkilərin fəsilələri
Çılpaqtoxumlular fəsilələri
Çəkikimilər fəsiləsi
Çəkilər (lat. Cyprinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinə aid heyvan fəsiləsi. Keçici və yarımkeçici şirinsu balıqlarıdır. 270-dən artıq cinsi, 1800-ə qədər növü əhatə edir. Bütün dənizlərin çaylarının hövzələrində yaşayırlar. Azərbaycan sularında 30-dan artıq növü və 40-a yaxın yarımnövü birləşdirən 20 cinsin nümayəndələrinə rast gəlinir. Ağzı önə doğru çıxır, dişləri yoxdur, üst çənənin kənarları praelxillare-dən əmələ gəlmişdir. Aşağı udlaq qövsləri böyük olub, oraq şəklindədir. Udlaq dişləri inkişaf etmiş və 1-3 sırada yerləşir. Kəllənin alt tərəfində buynuz şəkilli cisim vardır.
Şampinyon göbələklər fəsiləsi
Əməköməcilər fəsiləsi
Əməköməcikimilər (lat. Malvaceae) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Birillik vә çoxillik ot, kol, liana vә ya ağaclardır. Yarpaqları növbәli, sadә dilimli vә ya barmaqvarı-mürәkkәb, yarpaqaltlıqlıdır. Gövdә vә yarpaqlarında sәciyyәvi ulduzvarı tüklәnmә, yerüstü zoğlarının toxumalarında selikli hüceyrәlәr var. Çiçәklәri iri vә ya orta ölçülü, tәk-tәk, yaxud çiçәk qruplarında toplanmışdır; çiçәk tacı 5 lәçәkli, çox vaxt әlvan rәnglidir; bәzi növlәrinin lәçәklәri burulmuş şәkildәdir. Sütuncuğu әhatә edәn çoxsaylı erkәkciklәri boru şәklindә bitişmişdir: yumurtalığı 5 vә ya daha çox bitişmiş meyvә yarpaqcıqlarından ibarәtdir. Meyvәsi yuvaların sayına görә ayrı-ayrı toxumlara bölünür (mәs., әmәkömәci) vә ya qutucuqdur (hibiskusda, pambıq kolunda vә s.), bәzәn gilәmeyvәdir (malvaviskus – Malvaviscus). Tropiklәrdә xüsusilә çoxsaylı vә müxtәlif olan 100 cinsdә birlәşәn 1200-әdәk növü var; meşә, savanna, bataqlıq vә dәniz sahillәrindә bitir. Azәrbaycanda 9 növü mәlumdur.

Значение слова в других словарях