Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəyişən
Dəyişən (riyaziyyat)
Başladılmamış dəyişən
Başladılmamış dəyişən –( eng.uninitialized variable ) proqramlaşdırmada: elan olunmuş, ancaq istifadə edilənədək heç bir qiymət mənimsədilməmiş dəyişən. Doğrudur, belə dəyişən istifadə anında müəyyən qiymətə malik olacaq, ancaq həmin qiyməti öncədən bilmək olmur. Proqram təminatında xətaya səbəb olan belə hallar proqramlaşdırmada geniş yayılıb. Aşağıdakı proqram nümunəsində k dəyişəninə başlanğıc qiymət mənimsədilmədiyindən onun dövrdən sonra hansı qiyməti alacağını bilmək mümkün deyil. void count( void ) { int k, i; for(i = 0; i < 10; i++) k = k + 1; printf("%d", k); } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dəyişən (proqramlaşdırma)
Dəyişən (variable) – proqramlaşdırmada: proqramın yerinə yetirilməsi zamanı dəyişən, müəyyən tip verilənləri özündə saxlayan adlı yaddaş sahəsi. Məsələn, “check” adlanan dəyişən 12 ədədini özündə saxlaya bilər, ancaq proqram istənilən anda həmin qiyməti dəyişə bilər. Proqramlaşdırma dillərinin əksəriyyəti dəyişən konsepsiyasını dəstəkləyir. Proqramda dəyişəndən istifadə etmək üçün onu aşkar, yaxud qeyri-aşkar elan etmək – identifikator mənimsətmək və tipini göstərmək lazımdır. Dəyişənin tipi onun hansı mümkün qiymətləri ala biləcəyini və onun üzərində hansı əməliyyaların aparıla biləcəyini müəyyən edir. Fəaliyyət sahələrinə görə dəyişənləri iki növə ayırırlar: lokal dəyişənlər və qlobal dəyişənlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dəyişən (riyaziyyat)
Dəyişən — öz qiymətini dəyişən fiziki və abstrakt sistemlərə xas olan əlamətdir. Məsələn, ağacın boyu, insanın yaşı, yerin məkanı və s. Riyaziyyatda dəyişəni adətən hərflərlə işarə edirlər. Məsələn, f ( x ) = x + 5 {\displaystyle f(x)=x+5} o deməkdir ki, f {\displaystyle f} funksiyası x {\displaystyle x} dəyişənindən asılıdır.
Dəyişən cərəyan
Dəyişən cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişən cərəyan. Praktikada daha geniş istifadə olunan dəyişən cərəyanın alınması 1831-ci ildə ingilis alimi Maykl Faradeyin kəşf etdiyi elektromaqnit induksiya qanununa əsaslanır. == Həmçinin bax == Sabit cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov. Fizika. IX sinif üçün dərslik.
Dəyişən kəmiyyət
Dəyişən kəmiyyət müxtəlif qiymətlər alan kəmiyyətdir. Məsələn, ideal qaz sıxılanda, onun həcmi və təzyiqi dəyişir. XVII əsrdə dəyişən kəmiyyətin riyaziyyata daxil edilməsi ümumiyyətlə, elmdə inqilabi sıçrayış idi. O təbiət hadisələrinin, onlar arasında əlaqənin və hərəkətin öyrənilməsində yeni mərhələ idi. Dekart, Nyuton və Leybnisin işlərinə əsaslanan diferensial və inteqral hesabı kimi güclü riyazi üsullar ciddi dəyişikliyə uğradı. Onlar XIX əsrdə ciddi riyazi əsaslandırıldı. Bu zaman limitlər nəzəriyyəsi və kəsilməz funksiyalar nəzəriyyəsi yarandı. Müasir riyaziyyat üçün dəyişən kəmiyyətin yuxarıdakı tərifi qənaətbəxş deyil. Müasir riyaziyyatın əsaslarına çoxluqlar nəzəriyyəsinin, topologiyanın ideyaları nüfuz etmişdir. Xüsusi halda, kəmiyyətin qiymətləri təkcə ədədlər yox, müəyyən çoxluğun ixtiyarı təbiətli elementləri ola bilər.
Dəyişən ulduz
Dəyişən ulduzlar Elə ulduzlar vardır ki, onların parlaqlıqları zamandan asılı olaraq dəyişir. Bu ulduzlara dəyişən ulduzlar deyilir. Dəyişən ulduzlar iki əsas Qrupa bölünürlər. 1) optik dəyişənlər; 2) fiziki dəyişənlər. Optik dəyişənlərin parlaqlığının dəyişməsinin səbəbi tutulmalardır.Fiziki dəyişən ulduzların parlaqlıqlarının və başqa parametrlərinin dəyişməsi isə onların daxilində gedən fiziki proseslərlə əlaqədardır. Dəyişən ulduzları 2 əsas qrupa bölürlər. Döyünən dəyişən ulduzlar və erruptiv - partlayış xarakterli dəyişən ulduzlar. === Döyünən dəyişənlər === Bu ulduzların parlaqlığının dəyişməsi onların radius və effektiv temperaturlarının müəyyən amplitud və periodla dəyişməsi ilə əlaqədardır. === Erruptiv- partlayış xarakterli dəyişən ulduzlar === Bu ulduzların parlaqlıqlarının dəyişməsi partlayış xarakterli enerji ayrılması ilə əlaqədardır.
Dəyişən xərclər
Dəyişən xərclər — istehsal olunan məhsulun miqdarına uyğun olaraq artan xərclər.
Qlobal dəyişən
Qlobal dəyişən (ing. global variable, rus. глобальнaя переменная) - fəaliyyət sahəsi proqramın bütün blokları və ya modulları olan dəyişən. Global dəyişən, adətən, proqramın əsas (yuxarı səviyyəli) blokunda elan olunur. Onun qiyməti proqramın istənilən deyimi (STATEMENT) tərəfindən istifadə edilə və dəyişdirilə bilir. Bu hal proqramın sazlanmasını və dəyişdirilməsini çətinləşdirdiyindən, qlobal dəyişənlərin sayını mümkün qədər məhdudlaşdırmaq lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Dəyişən ulduzların tərifləri
Dəyişən ulduzlar — ulduzun yalan olduğu bürcün adı olan latın hərfi ilə birlikdə (aşağıda göstərildiyi kimi) müəyyən bir etiketin Bayer təyin olunmuş formatında bir dəyişikliklə təyin olunur. Bürclər siyahısı və onların adlarının həssas formaları üçün bürclər siyahısına baxın. Cari adlandırma sistemi: Bayerin mövcud Yunanıstandakı məktubları olan ulduzlara yeni təyinatlar verilmir. Əks halda, hərfi R ilə başlayın və Z.-dən keçin. RZ ilə davam edin … RZ, SS istifadə edin … ZZ qədər SZ, TT … TZ və s. QZ-ə çatana qədər AA, BB … BZ, CC … CZ və s. İstifadə edin, həm birinci, həm də ikinci mövqelərdə J-ni atın. 334 kombinasiya məktubundan sonra Latin yazılarını tərk edin və V335, V336 və s. İlə ulduzları adlandırmağa başlayın.İkinci məktub alfabenin başlanğıcından heç bir zaman asla yaxınlaşmır, məsələn, heç bir ulduz BA, CA, CB, DA və s. Ola bilməz.
Java (dəyişən tipləri)
Java proqramlaşdırma dilində, dəyişənlərin tipləri iki yerə bölünür. 1. Primitiv tipli dəyişənlər. 2. Referans tipli dəyişənlər. Primitiv tipli dəyişənlər: Javada səkkiz ədəd primitiv dəyişənlər mövcuddur. Bunlar byte, short, int, long, float, double, boolean və char tipləridir. Bunlardan byte, short, int və long tiplərinin dəyərinə tam ədəd (yalnızca tam rəqəm) vermək olur. float və double tiplərinin qiymətinə kəsrli ədəd (məsələn: 1,3) vermək olur. boolean tipi biraz fərqli olaraq sadecə true (doğru) və false (yanlış) qiymətlərini alır.
Yerini dəyişən göl
Yerini dəyişən göl – (rus. блуждающeе озерo, ing. wandering lakes, divagation lake) ildən-ilə öz yerini dəyişən göl. Materik daxili arid vilayətlər üçün səciyyəvi hadisə olub, əsasən illik axımın il ərzində qeyri-bərabər paylanması və böyük dəyişkənliyi, çöküntülərin (gətirmələrinin) bollu­ğu və insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar baş verir /mis: Lobnor gölünü qidalandıran, Qönçədərə və Tarım çaylarının aşağı hissəsinin daimi olmaması həmin gölün məsafədə yer dəyişməsinə səbəb olur/.
Yerini dəyişən moren
Yerini dəyişən moren – (rus. морена перемещаемая, ing. moving moraine) buzlaq vasitəsilə yerini dəyişən, müxtəlif ölçülü qırıntı materialları. Yerini dəyişən moren dəyişən moren buzlağın sət­hində /səth/, onun içərisində /daxili/ və aşağı hissəsində /dib/ yerləşir. Çökdürülmüş morenlərə, daha doğ­rusu tam formalaşmış morenlərə qarşı qoyulur.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.
Deysəm ibn İbrahim
Əbu Səlim Deysəm ibn İbrahim əl-Kürdi — Saci sərkərdəsi, Azərbaycan hakimi. O, Yusif ibn Divdadın sərkərdələrindən biri idi. == Ləşkərinin hücumu == 935-ci ildə Müflih əl-Sacini devirmiş, 938-ci ildə bütün Cənubi Azərbaycanda hakimiyyətini bərqərar etmişdi. Lakin tezliklə Ziyarilərin sərkərdəsi (o, öz ağasından qaçmışdı) Ləşkəri ibn Mərdinin hücumuna məruz qaldı. Ləşkərinin ordusu Deysəmi məğlub edərək onu Azərbaycandan qısa bir müddətə qovdu lakin, təkcə Ərdəbil xalqının müdafiəsinə qalib gələ bilmədi. Taktikanı dəyişib gecə vaxtı Ərdəbilə hücum edən Ləşkəri qala divarlarını açaraq şəhəri ələ keçirdi. Ləşkəri səhəri gün şəhəri tərk edib düşərgəsinə qayıdanda xalq Deysəmi Ərdəbilə yenidən çağırdı, Ləşkəri Muğana qaçdı. Öz oğlu və qardaşını çağıraraq yenidən ordu quran Ləşkəri bir daha Deysəmə hücum edərək məğlub etdi. Deysəm Rəss çayının o tayına keçərək keçidləri bağlayaraq müdafiə olunmağa başladı. Ləşkəri və əsgərli Gilanlı olduqları üçün üzməyi yaxşı bilirdilər.
Atama deyərəm (film, 2006)
"Məzməzə" — Asif Abramovun rejissoru olduğu 2006-cı ildə çəkilən 10 qısametrajlı bədii süjetdən ibarət olan Azərbaycan uşaq satirik kinojurnalıdır. Bütün süjetlərin bəstəkarı Vüqar Camalzadə, "Atama deyərəm" süjetindən başqa, digər bütün süjetlərin ssenaristi Müşfiq Hətəmov, operatoru isə Samir Həsənovdur. Hər bir süjet 3–8, ümumilikdə isə 38 dəqiqədən ibarətdir. == Filmoqrafiya == === Atama deyərəm === ==== Məzmun ==== Film dərsə qulaq asmayan dəcəl şagirdlərdən bəhs edir. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Yusif Şəfiyev Bəstəkar: Vüqar Camalzadə Prodüser: Tural Məmmədov ==== Rollarda ==== Aynur Məmmədova — müəllimə Taleh Səmədov — dəcəl ==== Xarici keçidlər ==== Vimeo-da izlə Myvideo.az-da izlə Arxivləşdirilib 2017-06-14 at the Wayback Machine === Çətin yol === ==== Məzmun ==== ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== Ruhəngiz Qasımova — nənə Mübariz Tağıyev — baba Murad Dadaşov — ata İranə İlkin — ana Cahid Məmmədov — uşaq ==== Xarici keçidlər ==== YouTubeda izlə === Əlamət === ==== Məzmun ==== Filmdə anasını bulvarda itirən uşağın başına gələn əhvalat əks etdirilir. Kinosüjetdə uşaqlarına biganə yanaşan analar və televiziya kanallarındakı açıq-saçıqlığın uşaqların tərbiyəsini pozması tənqid edilir. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Arzu Soltan Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Aqil Əliyev Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== Könül Mehrəliyeva — ana Rəşid Əbdül Vahid — uşaq Günay İsmayılova — uşaq ==== Xarici keçidlər ==== YouTubeda izlə === Əziz dost === ==== Məzmun ==== Əzəli düşmən olan iki aktyor rol xatirinə bir-birilərinə əziz dost deyirlər. Hətta belə vəziyyətdə belə çəkiliş arası yapışırlar bir-birilərinin yaxasından. Bəzən böyüklərdə də belə olur. ==== Filmin üzərində işləyənlər ==== Ssenari müəllifi: Elşən Həsənzadə Rejissor: Asif Abramov Operator: Samir Həsənov Qrim edən: Maqsud Məmmədov Montaj edən: Zümrad Muradov (Zumrad Muradov kimi) Bəstəkar: Vüqar Camalzadə Musiqi tərtibatı: Mahir İbrahimov Redaktor: Nazpəri Məmmədova Filmin direktoru: Saleh Məmmədov Prodüser: Müşfiq Hətəmov ==== Rollarda ==== İntiqam Soltan — rejissor Kərəm Sərxanoğlun — aktyor Kənan Sərxanoğlu (Kənan Quliyev kimi) — aktyor ==== Xarici keçidlər ==== Vimeo-da izlə === Hesab === ==== Məzmun ==== Film marşrut avtobuslarda pulyığan uşaqlardan bəhs edir.
Sən tək deyilsən (film, 2003)
Sən tək deyilsən (hind: कोई मिल गया, Rom: Koi… Mil Gaya) — rejissor Rakesh Roşan tərəfindən hind dilində çəkilmiş və 8 avqust 2003-cü ildə ekranlara çıxan hind fantastik komediya filmidir. Baş rollarda Hrithik Roshan, Preity Zinta və Rekha oynamışdır. Film inkişafdan geri qalmış və yadplanetli dostunun köməyi ilə qeyri-adi qabiliyyətlər qazanmış gəncdən bəhs edir. Sonrakı illərdə iki davam filmi çəkilmişdir: "Krrish" (2006) və "Krrish 3" (2013) == Süjet xətti == Alim Sancay Mehra — Yer planetindən kənarda, kosmosun uzaq fəzalarında həyatın olduğuna əmindir. Belə həyat izini taparaq, yadplanetlilərlə təmas qurmağı arzulayır. O kosmosa səs siqnalları göndərə bilən kompüter proqramı yaradır. Günlərin bir günü onun arzusu reallaşır. Onun siqnalına cavab olaraq yadplanetlilər kosmik gəmi göndərir. Ancaq alim bunun sevincini yaşamağa vaxt tapmamış, həyat yoldaşı Sona ilə birlikdə ağır avtomobil qəzasına düşür və həlak olur. Hadisənin üzərindən xeyli müddət keçir.
Yeyərsən qaz ətini, görərsən ləzzətini
Yeyərsən qaz ətini, görərsən ləzzətini — səhnə əsəri, 1892-ci ildə Peterburqda qələmə alınmışdır. Əsərin ilk çap olunma tarixi haqqında dəqiq bir məlumat yoxdur. Azərbaycanın tarixinin mühüm bir dövrünü Ə.Haqvеrdiyеv öz əsərlərində əks еtdirmişdir. Оnun ədəbi yaradıcılığının inkişaf yоlu xalq həyatı ilə, cəmiyyətin kеçdiyi ziddiyyətli yоllarla bağlı оlmuşdur. Ədib yaradıcılığının birinci dövründə (1892-1905) “Yеyərsən qaz ətini, görəsən ləzzətini” (1892), “Dağılan tifaq” (1896), “Bəxtsiz cavan” (1900) pyеslərini yazmış və istеdadlı bir dramaturq kimi tanınmışdır. == Məzmunu == “Yеyərsən qaz ətini, görərsən ləzzətini” pyеsinin mövzusu tacir həyatından alınmışdır. Kоmеdiya ailədə fəlakətə səbəb оlan qadınların şərəf və hüququnu ayaqlayan çоxarvadlılıq məsələsinin tənqidinə həsr еdilmişdir. Pyеs gənc müəllifin ilk qələm təcrübəsi kimi qiymətlidir. == Obrazlar == HacıMehdi – Оsmanlı davasında bir qədər qazanıb, 50 yaşında Ələsgər – оnun qardaşı, 45 yaşında Sənəm – Hacı Mеhdinin əvvəlinci arvadı, 30 yaşında Güllü – Hacı Mеhdinin ikinci arvadı, 25 yaşında Nəbi – qəssab, Güllünün atası, 50 yaşında Mirzə Hеydər – cadugər, 40 yaşında Məşədiİman – sövdəgər, 40 yaşında Gülpəri – qоca arvad, еlçi, 50 yaşında Qiyas – Hacı Mеhdinin еv nökəri, 18 yaşında == İstinadlar == == Xarici keçidlər == Seçilmiş əsərləri [Mətn] : 2 cilddə /Ə. Haqverdiyev. "Yeyərsən qaz ətini, görərsən ləzzətini".
Dəyişən cərəyan üçün taxıc yuvaları
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədi ilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Yeyərsən qaz ətini, görərsən ləzzətini (pyes)
Yeyərsən qaz ətini, görərsən ləzzətini — səhnə əsəri, 1892-ci ildə Peterburqda qələmə alınmışdır. Əsərin ilk çap olunma tarixi haqqında dəqiq bir məlumat yoxdur. Azərbaycanın tarixinin mühüm bir dövrünü Ə.Haqvеrdiyеv öz əsərlərində əks еtdirmişdir. Оnun ədəbi yaradıcılığının inkişaf yоlu xalq həyatı ilə, cəmiyyətin kеçdiyi ziddiyyətli yоllarla bağlı оlmuşdur. Ədib yaradıcılığının birinci dövründə (1892-1905) “Yеyərsən qaz ətini, görəsən ləzzətini” (1892), “Dağılan tifaq” (1896), “Bəxtsiz cavan” (1900) pyеslərini yazmış və istеdadlı bir dramaturq kimi tanınmışdır. == Məzmunu == “Yеyərsən qaz ətini, görərsən ləzzətini” pyеsinin mövzusu tacir həyatından alınmışdır. Kоmеdiya ailədə fəlakətə səbəb оlan qadınların şərəf və hüququnu ayaqlayan çоxarvadlılıq məsələsinin tənqidinə həsr еdilmişdir. Pyеs gənc müəllifin ilk qələm təcrübəsi kimi qiymətlidir. == Obrazlar == HacıMehdi – Оsmanlı davasında bir qədər qazanıb, 50 yaşında Ələsgər – оnun qardaşı, 45 yaşında Sənəm – Hacı Mеhdinin əvvəlinci arvadı, 30 yaşında Güllü – Hacı Mеhdinin ikinci arvadı, 25 yaşında Nəbi – qəssab, Güllünün atası, 50 yaşında Mirzə Hеydər – cadugər, 40 yaşında Məşədiİman – sövdəgər, 40 yaşında Gülpəri – qоca arvad, еlçi, 50 yaşında Qiyas – Hacı Mеhdinin еv nökəri, 18 yaşında == İstinadlar == == Xarici keçidlər == Seçilmiş əsərləri [Mətn] : 2 cilddə /Ə. Haqverdiyev. "Yeyərsən qaz ətini, görərsən ləzzətini".
Desepşen
Desepşen (ing. Deception) — Cənubi Şetland adaları qrupuna daxil olan vulkan məşhəlli ada. Kalderası su ilə dolmuş körfəz əlverişli havandır. == Coğrafiya == Ada Livinqston adasından 20 km cənubda, Bransfild boğazında, Horn burnundan 850 km cənub-şərqdə yerləşir. Demək olar ki, dairəvi formaya malikdir. Adanın diametri 14 km-dir. Adanın mərkəzində yerləşən kalderanın diametri 5 km-dir. Kaldera 10 000 il öncə formalaşmışdır. Vulkan kalderasında formalaşan körfəz Port-Foster adənı daşıyır. Bu Antarktika ərazisində təbii halda olan nadir havanlardan sayılır.
Dəyənək
Dəyənək — hüquq-mühafizə orqanlarının cinayətkarlara və hüquq pozucularına qarşı istifadə etdiyi vasitə. Müxtəlif dövrlərdə orqan əməkdaşları bu vasitənin taxta və plastik maddələrdən düzəldilmiş növlərindən istifadə ediblər. Hal-hazırda isə dünya ölkələrindən əsasən bəlkidilmiş rezin maddədən olan növü daha çox yayılıb. Bir çox inkişaf etmiş ölkələrin qanunlarında bu vasitənin, uşaqlara, hamilə qadınlara, yaşlılara, fiziki əlilliyi olan insanlara istifadəsi qadağan edilmişdir. Lazım gəldikdə istifadə olunan bu vasitədən bədənin boyun və baş hissəsinə vurulmağı qəti-qadağan olunur.
Kepəşen
Kepəşen — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kepəşen - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 38 km şimal-şərqdə, Kığı çayının yuxarı axarında, Gərd çayı ilə Kığı çayının qovuşduğu yerdə yerləşir. 1930-cu ildə kolxoz quruluşu yaradılanda Pəhyan təsərrüfatma daxil edilmişdir. 1950-ci illərdə kolxozlar ləğv ediləndən sonra Kığı heyvandarlıq sovxozuna tabe edilmişdir. Toponim Azərbaycan dəlində «pilləli qaya» mənasında işlənən kəp sözü ilə türk dilində «yaşayış məntəqəsi» mənası bildirən şenlik sözünün fonetik forması olan şen topoformantı əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 68 nəfər, 1922-ci ildə 85 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 136 nəfər, 1959 - cu ildə 1372 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabrın axırlarında Ermənistan dövləti tərəfindən kəndin sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.
Bul dəyişəni
Bul dəyişəni– kompüter proqramında: mümkün iki qiymətdən birini alan dəyişən. Kəmiyyətlərin müqayisəsinin nəticələrini hər dəfə yadda saxlamaq lazım gəldikdə Bul dəyişənləri çox faydalı olur. Bul ifadəsi– iki Bul qiymətindən (doğru – true və yalan – false) birini verən ifadə; bəzən məntiqi və ya şərti ifadə də deyilir. Belə ifadələrin tərkibinə < (kiçikdir) və > (böyükdür) kimi nisbət operatorlarının istifadə olunduğu müqayisələr və Bul ifadələrinin məntiqi kombinasiyaları daxil ola bilər. Bul məntiqi– məntiqi qiymətlərin (“doğru”, “yalan”) emalı ilə bağlı olan anlayış. Bir çox proqramlaşdırma dilləri qabaqcadan “doğru” və “yalan” qiymətlərini təyin etməklə Bul verilənlərindən istifadə edir; başqa dillərdə isə Bul qiymətləri tam ədədlər vasitəsilə təyin olunur ki, bu zaman, adətən, (həmişə yox) “0” “yalan” qiymətinə, “0 deyil” isə “doğru” qiymətinə bərabər tutulur. Bul axtarışı – verilənlər bazasında Bul operatorlarından istifadə etməklə axtarışdır. \ == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Döyüşən çarlıqlar
Döyüşən çarlıqlar (çin. ənən. 戰國時代, sadə. 战国时代, pinyin: Zhànguó Shídài, hərfi mənası: "Çjanqo şisay") — Qədim Çın tarixində e.ə. V əsrdən başlayaraq Çinin birləşdirilməsinə qədər - e.ə. 221-ci ilə dək olan bir dövrdür. Bu dövrdə Şərqi Çjou ondan sonra gələn Çuntsyu, Çjou sülalələri hakimiyyətdə olmuşdurlar. Tsin imperiyasının yaranması ilə Döyüşən çarlıqlar düvrü sona çatmış olur. Bu dövr haqqında ilk məlumatlar “Döyüşən çarlıqların strategiyası” (çin. ənən.
Dənyeyən böcəklər
Dənyeyən böcəklər (lat. Bruchinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Xırda böçəklər olub, bədəni qabarıq, başı qabaq döşə tərəf çəkilmişdir. Qanadüstlükləri qarıncığın arxa ucunu örtmür. Ağ sürfələri yoğun, ayaqsız, S-şəkillidir. 900-dək növü məlumdur. Bunlardan 50-dən çox növünə Azərbaycanda rast gəlinir. Əsasən, paxlalı, həmçinin ot, sarmaşıq, çətirçiçəklilər fəsiləsindən olan bitkilərin toxumlarında yaşayır. Noxud və lobya dənyeyəni çox zərərlidir.
Dəyişkən kodofil
Dəyişkən kodofil (lat. Codophila varia F.- ) — Buğumayaqlılar tipinin Yarımsərtqanadlılar və ya Taxtabitilər dəstəsinə aid olan növ. == Biologiyası == Bu növ bədəninin böyüklüyü və formasına görə adi qalxancığa çox oxşayır. Bədəninin rəngi dəyişkən olub, bozumtul, sarımtıl, tutqun qəhvəyidir. Bədənində olan nöqtələr bozumtul və ya qara rənglidir. Başı qabağa uzanmış və aşağı əyilmiş şəkildədir. Ona əsasən yem otları üzırindı təsadüf edilir. Yem otlarından yoncaya daha çox zərər verir. Azərbaycanda kütləvi çoxalma halı qeydə alınmamışdır. Bu növ yetkin mərhələdə qışlayır.
Dəyişkən palıd
Dəyişkən palıd (lat. Quercus variabilis) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Dəyənək müharibəsi
Dəyənək müharibəsi (fin Nuijasota; isv. Klubbekriget) — 1596–1597-ci illərdə Finlandiyada (o dövrdə İsveçin tərkibində idi) antifeodal kəndli üsyanı. "Dəyənək" adının üsyankar kəndlilərin əsas silah növünə istinad olduğu güman edilir. Müqayisədə, onların rəqibləri, Klas Eriksson Fleminqin qoşunları peşəkar, ağır silahlanmış və zirehli idi.Müasir Finlandiya tarixşünaslığı üsyanı hersoq Karl ilə İsveç və Polşa kralı III Sigizmund Vasa arasındakı münaqişə kontekstində nəzərdən keçirir. Klas Fleminq III Sigizmundun tərəfdarı idi, sonuncunun müharibədə məğlub olmasından sonra İsveçin gələcək kralı Karl mübarizədən zəifləmiş Finlandiyanı asanlıqla ələ keçirmiş, Sigizmundun tərəfdarlarını edam etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Dəyənək müharibəsi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Nüsxə dəyişəni
Nüsxə dəyişəni (ing. instance variable ~ ru. переменная экземпляра ~ tr. örnek değişkeni) – obyekt-yönlü proqramlaşdırmada: sinfin nüsxəsi ilə bağlı olan dəyişən. Əgər sinif hər hansı dəyişəni təyin edirsə, onda bu sinfin hər bir nüsxəsi həmin dəyişənin özəl kopyasına malik olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İsak Dinesen
Karen Blinksen (ing. Baronessa Karen Kristenze von Bliksen-Fineke; 17 aprel 1885[…] – 7 sentyabr 1962[…]) — danimarka və ingilis dilində əsərlər yazan danimarkalı bir müəllif və yazıçı. İngilis dilli ölkələrdə Isak Dinesen, Alman dilli ölkələrdə Taniya Bliksen, Oskeola və Pierre Andrezel təxəllüsləri ilə də məşhurdur. Karen Keniyada yaşayarkən yazdığı Afrika xaricində əsəri və hekayələrindən biri olan Babetta bayramı ilə lap çox tanınır, onların hər ikisinin əsasında çəkilən filmlər Oskar mükafatına layiq görülüb. O, həmçinin Danimarkada hekayələr toplusu olan Yeddi Qotik Nağıl əsəri ilə tanınır. Blinksenin bir neçə dəfə ədəbiyyat üzrə Nobel mükafatına namizədliyi irəli sürülmüşdü. == Həyatı == === Erkən həyatı === Karen Dinesen, Kopenhagenin şimalında, Runqstedlund malikanəsində dünyaya gəldi. Atası Vilhelm Dinesen (1845–1895), Yutlandiya torpaq mülkiyyətçilərinin ailəsindən olan bir yazıçı və ordu zabiti idi; həyat yoldaşı İnqeborq Vestenholz (1856–1939) varlı bir Unitar burjua tacir ailəsindən idi. Karen Dinesen, üç bacı və iki qardaşdan ibarət bir ailədə ikinci uşaq idi. Kiçik qardaşı Tomas Dinesen Birinci Dünya Müharibəsində Victoriya Xaçını qazanmışdı.