Fətalılar
Fətallar — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Abdullauşağı kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı nəticəsində Azərbaycana qaytarılıb.
== Tarixi ==
Kəlbəcər rayonunun Abdullauşağı inzibati ərazi vahidində yerləşən kənd. Moz çayının sahilində, dağətəyi ərazidədir. Keçmiş adı Qaraçanlı olmuşdur. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini Laçın rayonunun Qaraçanlı kəndindən köçüb gəlmiş Qara Fətalı adlı bir şəxs saldığına görə belə adlanmışdır.
== Yaylaqlar ==
Motin yurdu, Orucalılar yurdu, Hacıalı yurdu, Dəlləklər yurdu, Qırxın yurdu, Baş yurd, Qanqallı yurd, Dərə yurdu, Kalafalıq yurdu, Kosalar yurdu, Kilisənin yanı, Mehdixanlı yurdu.
== Bulaqlar ==
Buz bulaq, Baş yurdun bulağı, Novlu bulaq, Qoşabulaq, Səfqulunun bulağı.
== Məşhur yerlər ==
Muncuqlu təpə, Məşədihəsən xırmanı, Yalınbeli, Qaraqaya, Həşimin yurdu, Cilin düzü, Küllü yer, İlanlı çala, Dikxaç, Yıxılıxaç, Hümbətalı gizlənən, Ağşırran, Kəmərqaya, Bataqlıq.