2005 Qadınlar arasında İslam Oyunları
Qadınlar arasında İslam Oyunları dördüncü dəfə 2005-ci il sentyabr ayında İranın Tehran və Rəşt şəhərlərində keçirilmişdir. Oyunlarda 45 ölkədən 1316 idmançı və 200 komanda 15 fərqli idman növündə iştirak etmişdilər. Yarışa 12 ölkədən olan 516 hakim və 15 beynəlxalq müşahidəçi nəzarət edirdilər. Bir çox ölkə budəfəki yarışa ilk dəfə qatılmışdır, o cümlədən ABŞ, Şərqi Asiya, Avropa və Afrikadan olan ölkələr. Ən çox medal qazanan 102 medalla ev sahibi İran oldu.
== İştirakçı ölkələr ==
== İdman növləri ==
Yarışda idmançılar 15 müxtəlif idman növündə mübarizə aparırdılar: atletika, badminton, basketbol, qılıncoynatma, futzal, qolf, gimnastika, həndbol, cüdo, karate, skvoş, üzgüçülük, stolüstü tennis, taekvondo, tennis və voleybol.