Güclü qarşılıqlı təsir
Güclü qarşılıqlı təsir və ya güclü nüvə qüvvəsi kvarkları proton, neytron və digər hadron zərrəciklərində saxlayan fundamental qarşılıqlı təsirdir. Güclü qarşılıqlı təsir, həmçinin neytronları və protonları bir yerdə tutaraq atom nüvələri yaradır, hansı ki, bu nüvə qüvvəsi olaraq adlandırılır.
Bütövlükdə proton və ya neytron kütləsinin böyük hissəsi güclü qarşılıqlı təsir enerjisinin nəticəsidir: fərdi kvarklar proton kütləsinin yalnız 1 %-ni təşkil edir. 10−15 m aralığında (nuklon radiusundan bir qədər çox) güclü qüvvə elektromaqnetizmdən təxminən 137 dəfə, zəif qarşılıqlı təsirdən 106 dəfə və cazibə qüvvəsindən 1038 dəfə güclüdür.
Güclü qarşılıqlı təsir iki diapazonda müşahidə olunur və iki qüvvə daşıyıcısı tərəfindən vasitəçilik edilir. Daha böyük miqyasda (təxminən 1-3 femtometr) protonları və neytronları (nuklonları) birləşdirərək atomun nüvəsini yaradan qüvvədir (mezonlar tərəfindən daşınır). Daha kiçik miqyasda (nükleonun radiusu təxminən 0,8 fm-dən az) kvarkları bir yerdə saxlayaraq protonları, neytronları və digər hadron zərrəciklərini yaradan qüvvədir (qlüonların daşıdığı). Bu qüvvə eyni zamanda rəng qüvvəsi olaraq adlanır. Güclü qüvvə o qədər yüksək enerjiyə malikdir ki, güclü qüvvə ilə bağlanmış hadronlar yeni kütləyə sahib zərrəciklər yarada bilər. Belə ki, əgər hadronlar yüksək enerjili zərrəciklərlə toqquşdurularsa, onlar sərbəst hərəkət edən şüalanma (qlüonlar) yaymaq əvəzinə yeni hadronlar əmələ gətirirlər.