GÜCLÜ-ZORLU

прил. сильный (обладающий большой физической силой), мощный
GÜCLÜ
GÜCLÜLÜK
OBASTAN VİKİ
Güclü Avqust
Güclü Avqust (12 may 1670[…], Drezden – 1 fevral 1733[…], Varşava) — 7 may 1694-cü ildən Saksoniya kürfürstü, 1697-ci il sentyabrın 15-dən (17 iyun 1697-ci ildə kral elan edilmişdir) 1704-cü il fevralın 16-dək (1-ci dəfə, əslində, 24 sentyabr 1706-cı ilə qədər) Polşa Kralı və Litvanın böyük knyazı. 1694-cü ildən I Fridrix Avqust adı altında, 1697-ci ildən isə II Avqust adı ilə Saksoniyanın kürfürstü kimi hökm sürmüşdür. Polşa taxtını tutmaq üçün protestant Avqust 1697-ci il iyunun 1-də katolikliyi qəbul etdi. Onun daxili islahatlar və kral hakimiyyətini gücləndirmək cəhdləri uğursuzluqla nəticələndi, eyni zamanda Rusiya imperiyasına bölgədə öz təsirini artırmağa imkan verdi. İsveçə qarşı Şimal Müharibəsində (1700-1721) I Pyotrun müttəfiqi olmuşdur. Onun hakimiyyəti Polşanın milli rifahının və onun sakinlərinin döyüşkən ruhunun süqutu dövrü idi. II Avqustun dövründə Polşa ordusu 80.000-dən 18.000-ə endirilmiş və biri milli, digəri isə xarici qoşunlardan ibarət olmaqla iki hissəyə bölünmüşdür.
Güclü istilər
== Güclü istilər == Güclü istilər hər hansı bir ərazidə günəş şüaları ilə çox qızmış atmosfer havasının vəziyyətidir. Tropiklər arasında yerləşən rayonlarda güclü istilər havanın daimi səciyyəvi vəziyyətidir. Tropiklərdən kənar ərazilərdə iqlim yayın üçün səciyyəvi bir haldır. Azərbaycanın Aran rayonlarında və Naxçıvan MR-nın Arazboyu düzənliklərində hər il yay mövsümündə havanın temperaturu +350C və daha yüksək olan güclü istilər müşahidə edilir. Bəzən havanın temperaturu +400C-dən də çox olduğu hallar müşahidə edilir. Azərbaycanda bütün instrumental müşahidə dövrü ərzində ən yüksə mütləq maksimum temperatur 2000-ci ilin yayında Culfada qeyd edilmişdir. == Güclü istilərin insan səhhətinə təsiri == Güclü istilər insan səhhətinə mənfi təsir göstər. Güclü istilər zamanı hipertoniya, insult, əsəb sistemi və s. xəstəliklərin artması müşahidə edilir . Əhali arasında istivurma və günvurma halları qeyd edilir.
Güclü (Cizrə)
Güclü — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdmənşəli Cibri kimi istinad edilir. Əvvəllər Mardin vilayətinin Cizrə rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Cizrə rayonuna birləşdirilmişdir.
Fatin Rüştü Zorlu
Fatin Rüştü Zorlu (20 aprel 1910, İstanbul – 16 sentyabr 1961, İmralı, Bursa vilayəti) , Türk siyasətçisi və diplomatı. 27 may hadisələrindən sonra Yassıda məhkəmləri keçilirən zaman dönəmin baş naziri Adnan Menderes, maliyyə naziri Həsən Polatkan ilə birgə edam edildi. == Həyatı == Fatin Rüştü Zorlunun babası Rus İbrahim Paşa Osmanlı dövlətinə sığınaraq Əsənkaya- köhnə adıyla Zor kəndinə gəlir və burada kəndin bəylərindən olan Əli Paşanın qızıyla evlənir. Zorlu soyadının mənşəyi də bu kəndin adına söykənir. O, 20 aprel 1910-cu ildə İstanbulda anadan olmuşdur. 1936-cı ildə o illər xarici işlər naziri olan Tövfiq Rüştü Arasın qızı Əməl xanımla ailə həyatı qurur. 1936-cı ildə Sevin adındı bir qızı dünyaya gəlir. == Təhsili və əmək fəaliyyəti == Orta məktəbi Qalatasaray liseyində oxuduqdan sonra Paris Universitetinin siyasi elmlər fakültəsinə daxil olur. Bundan başqa Cenevrə Universitetində hüquq təhsili alır. Təshilini tamamladıqdan sonra Türkiyəyə qayıdaraq 1932-ci ildə Siyasi işlər idarəsində təcrübəçi kimi işə başlayır.
Güclü Partiya (Kosovo)
Güclü Partiya (alb. Partia e Fortë və ya PF) — Kosovoda yaranan satirik bir partiyadır. Partiya və 2013-cü ildə qurulmuşdur. Məqsədi "ictimai pullarını tərəfdarların mənfəəti üçün nəzarət etmə səlahiyyətinə" sahib olmaqdır. Partiyanın cinsiyyət bərabərliyinə olan bağlılığının bir parçası olaraq, qarşıdakı seçkilərdə vəzifə edəcək namizədlərin 30%-dən çoxu kişidir. Partiya, Kosovoda yaşayan insanların yanında o biri dünyadan olanlarınsəs verməsinə tərəfdar olaraq, Kosovonun demokratik bir ölkə olmasını tərifləyən partiya, siyasi status-kvo-nu qorumağa çalışır. Partiya liderləri qrupun anket düzəldənlərin ölçdüyünə görə 120% ətrafında bir zəfər iddia edirdi. == Tarixi == Partiya, 2012-ci ilin Noyabr ayında qurulmasına baxmayaraq, 2013-ci ilin İyun ayının 20-də rəsmən qeydiyyatdan keçmişdir. İl Ruqova, Visar Arifah, Ilir Bayri və Aqon Hamza kimi bir qrup aktivist və sənətçi tərəfindən qurulmuşdur. Güclü Partiyanı siyasi partiya olaraq görən insanlar, media və xalqın marağını çəkən bəzi internet zarafat və protestləri ilə diqqət qazandı.
Güclü qarşılıqlı təsir
Güclü qarşılıqlı təsir və ya güclü nüvə qüvvəsi kvarkları proton, neytron və digər hadron zərrəciklərində saxlayan fundamental qarşılıqlı təsirdir. Güclü qarşılıqlı təsir, həmçinin neytronları və protonları bir yerdə tutaraq atom nüvələri yaradır, hansı ki, bu nüvə qüvvəsi olaraq adlandırılır. Bütövlükdə proton və ya neytron kütləsinin böyük hissəsi güclü qarşılıqlı təsir enerjisinin nəticəsidir: fərdi kvarklar proton kütləsinin yalnız 1 %-ni təşkil edir. 10−15 m aralığında (nuklon radiusundan bir qədər çox) güclü qüvvə elektromaqnetizmdən təxminən 137 dəfə, zəif qarşılıqlı təsirdən 106 dəfə və cazibə qüvvəsindən 1038 dəfə güclüdür. Güclü qarşılıqlı təsir iki diapazonda müşahidə olunur və iki qüvvə daşıyıcısı tərəfindən vasitəçilik edilir. Daha böyük miqyasda (təxminən 1-3 femtometr) protonları və neytronları (nuklonları) birləşdirərək atomun nüvəsini yaradan qüvvədir (mezonlar tərəfindən daşınır). Daha kiçik miqyasda (nükleonun radiusu təxminən 0,8 fm-dən az) kvarkları bir yerdə saxlayaraq protonları, neytronları və digər hadron zərrəciklərini yaradan qüvvədir (qlüonların daşıdığı). Bu qüvvə eyni zamanda rəng qüvvəsi olaraq adlanır. Güclü qüvvə o qədər yüksək enerjiyə malikdir ki, güclü qüvvə ilə bağlanmış hadronlar yeni kütləyə sahib zərrəciklər yarada bilər. Belə ki, əgər hadronlar yüksək enerjili zərrəciklərlə toqquşdurularsa, onlar sərbəst hərəkət edən şüalanma (qlüonlar) yaymaq əvəzinə yeni hadronlar əmələ gətirirlər.
Güclü olan haqlıdır
Güclü olan haqlıdır və ya Güclü olan istədiyini əldə edər həm təsviri, həm də göstərişli mənaları ilə əxlaqın mənşəyi haqqında aforizmdir Təsviri olaraq, bu fikir cəmiyyətin doğruya və yanlışa baxışının hakimiyyətdəkilər tərəfindən müəyyən edildiyini və "Tarixi qaliblər yazır " kimi bir məna daşıdığını iddia edir. Yəni, bütün insanların yaxşı və pis haqqında şəxsi fikirləri olsa da, ancaq maneələri və düşmənləri dəf edəcək qədər güclü olanlar öz ideyalarını həyata keçirə, öz standartlarını bütövlükdə cəmiyyətə diktə edə bilər. Montaque kratokratiyanı (yun. κρατερός krateros "güclü" deməkdir) fiziki zorakılıq və ya demaqoq manipulyasiya yolu ilə nəzarəti ələ keçirmək üçün kifayət qədər güclü olanlar tərəfindən məcburi gücə əsaslanan bir hökumət modeli kimi təyin edirdi. Bu fikir totalitar rejimlərin kredosu kimi təsvir edilir. Sosioloq Maks Veber "İqtisadiyyat və cəmiyyət" əsərində dövlətin gücü ilə onun mənəvi nüfuzu arasındakı münasibətləri təhlil edirdi . Beynəlxalq siyasətin realist alimləri bu ifadəni hakimiyyətin suveren dövlətlər arasında münasibətləri müəyyən etdiyi " təbiət qanunu" kimi təsvir etmək üçün istifadə edirlər.

Значение слова в других словарях