GAME-RESERVE

n qoruq, yasaqlıq

GAME PRESERVE
GAMEFUL
OBASTAN VİKİ
Game-Revolution
"GameRevolution" (əvvəllər "Game Revolution" və "Game-Revolution") və ya "GR" — 1996-cı ildə yaradılmış videooyun saytı. Mərkəzi qərargahı Kaliforniyanın Berkli şəhərində yerləşir. Buraya rəylər, resenziyalar, oyundaxili endirmə sahəsi, çitlər, mağaza, veb-komikslər, skrinşotlar və videolar daxildir. "GameRevolution" bu gün fəaliyyətdə olan ən köhnə videooyun xəbərləri və icmal saytlarından biridir. == Tarixi == Qərargahı Kaliforniyada yerləşən "Net Revolution, Inc." 1996-cı ilin aprelində Dyuk Ferris tərəfindən holdinq şirkəti və "Game Revolution" veb-saytının sahibi kimi təsis edilmişdir. Ferris 2005-ci ildə "Bolt Media, Inc." tərəfindən açıqlanmayan bir məbləğə satın alınana qədər şirkətin prezidenti vəzifəsində çalışmışdır. 1996-cı ildə qurulan "GameRevolution" veb-saytına gündəlik yüz minlərlə ziyarətçi daxil olur.
Game Informer
Game Informer (qısa adı:GI) — "FuncoLand" müəssisəsi tərəfindən Avqust ayında 1991-ci ildə istehsal olunmuş ABŞ jurnalıdır. 2009-cu ildə bu jurnal ən böyük 12 jurnal siyahısına düşmüşdür. 2000-ci ildə ""FuncoLand" şirkəti "GameStop" tərəfindən alınmış və "Game Informer" jurnalı "GameStop" şirkəti tərəfindən nəşr edilir. "Game Informer" jurnalında video oyunlar haqqında resenziya dərc edilir.
Game Jam
3D videooyunlar sahəsində keçirilən yarış. == Game Jam Azərbaycanda == 2017-ci ilin noyabr ayının əvvəlindən start götürən “Hackathon Azerbaijan” komandasının təşkilatçılığı, IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin final mərasimi keçirilib. İlkin olaraq müsabiqədə iştirak üçün 53 komanda müraciət etsə də Təşkilat Komitəsi tərəfindən seçim zamanı isə bu komandalardan 42-i yarışda mübarizə aparmaq və müsabiqə çərçivəsində keçiriləcək təlimlərdə iştirak hüququ qazanıb. Noyabrın 25-dən dekabrın 17-nə qədər davam edən təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub. Təlim sessiyalarını uğurla başa vuran iştirakçılar yazdıqları oyun tətbiqlərinə dair xüsusi təqdimatla münsiflər heyəti qarşısında çıxış ediblər, seçilən iştirakçılar finalda iştirak hüququ qazanıb. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə pul mükafatı və xüsusi hazırlanan kubok təqdim olunub.
Game Revolution
"GameRevolution" (əvvəllər "Game Revolution" və "Game-Revolution") və ya "GR" — 1996-cı ildə yaradılmış videooyun saytı. Mərkəzi qərargahı Kaliforniyanın Berkli şəhərində yerləşir. Buraya rəylər, resenziyalar, oyundaxili endirmə sahəsi, çitlər, mağaza, veb-komikslər, skrinşotlar və videolar daxildir. "GameRevolution" bu gün fəaliyyətdə olan ən köhnə videooyun xəbərləri və icmal saytlarından biridir. == Tarixi == Qərargahı Kaliforniyada yerləşən "Net Revolution, Inc." 1996-cı ilin aprelində Dyuk Ferris tərəfindən holdinq şirkəti və "Game Revolution" veb-saytının sahibi kimi təsis edilmişdir. Ferris 2005-ci ildə "Bolt Media, Inc." tərəfindən açıqlanmayan bir məbləğə satın alınana qədər şirkətin prezidenti vəzifəsində çalışmışdır. 1996-cı ildə qurulan "GameRevolution" veb-saytına gündəlik yüz minlərlə ziyarətçi daxil olur.
New Game!
New Game! (ニューゲーム, Nyū Gēmu, azərb. Yeni oyun!‎) — Şotaro Tokuno tərəfindən hazırlanan yonkoma seriyası. 2013-cü ilin yanvarından Houbunsha nəşriyyatının "Manga Time Kirara Carat" seynen manqası jurnalında nəşr olunur. 4 iyul 2016-cı ildən 19 sentyabr 2016-cı ilə kimi Doga Kobo tərəfindən istehsal olunmuş anime adaptasiyası yayımlanmışdır. 11 iyul 2017-ci ildən ikinci mövsümü yayımlanır. 2017-ci ilin yanvarında 5pb. şirkəti tərəfindən istehsal olunmuş vizual roman adaptasiyası buraxılmışdır. Uşaq ikən oynadığı "Fairies Story" videooyununun böyük fanatı olan Aoba Suzukaze liseydən məzun olduqdan sonra Eagle Jump videooyun şirkətində personaj dizayneri kimi işə başlayır. "Fairies Story 3" adlı yeni oyun üzərində işlədiklərini öyrənən Suzukaze hələ gənc olmasına baxmayaraq yeni dostlar qazanmağa və bacardığı qədər kömək etməyə çalışır.
Dino Game
Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır. == Geympley == İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar. Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır. Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.
Dinosaur Game
Dinosaur Game (həmçinin Chrome Dino kimi də bilinir) — "Google" tərəfindən yaradılmış və "Google Chrome" veb-brauzerində quraşdırılmış brauzer oyunu. Oyunçu yönləndirdiyi tirannozavrı soldan sağa qaçırdaraq hərəkət etdirir və daha yüksək nəticə qazanmaq üçün maneələri aşır. Oyun 2014-cü ildə "Chrome UX" komandasının üzvləri tərəfindən yaradılmışdır. == Geympley == İstifadəçi oflayn olduğu vaxt "Google Chrome"da veb-səhifəyə daxil olmağa cəhd etdikdə, brauzer istifadəçiyə internetə qoşulmaması barədə məlumat verir və səhifədə pikselləşdirilmiş tirannozavr təsvir olunur. Oyun space və ya ↑ düymələrinə basmaqla masaüstündə, "Android" və "iOS" mobil əməliyyat sistemlərində dinozavrın üzərində toxunmaqla başladıla bilər. Əlavə olaraq, brauzerin axtarış çubuğuna chrome://dino və ya chrome://network-error/-106 keçidlərini daxil edərək oyuna girmək olar. Oyun zamanı dinozavr dayanmadan ağ-qara səhra mənzərəsi boyunca soldan sağa hərəkət edir, oyunçu hoppanaraq kaktuslardan və ya əyilərək pterozavr kimi qarşıdan gələn maneələrdən qaçmağa çalışır. space, ↑ düymələrini basaraq yaxud mobil cihazlarda dinozavra basmaq vasitəsilə dinozavrın hoppanmasına, ↓ düyməsinə basmaqla isə əyilməsinə nail olunur. Oyun irəllədikcə, yaxud oyunçu dinozavrı hər hansı bir maneəyə vurana qədər oyunun sürəti yavaş-yavaş çoxalır və oyunun başa çatma ehtimalı getdikcə artır. Oyunçu təxmini 700 xala çatdıqdan sonra oyun ağ fonda tünd qrafikadan qara fonda boz qrafikaya keçir, gündüzdən gecəyə keçişi təmsil edir, gündüz səma qrafikası da gecə səma qrafikinə çevrilir.
Squid Game
Kalmar oyunu (kor. 오징어 게임; Ojingeo Geim, ing. Squid Game) — Hvan Don Hyok tərəfindən Netflix üçün ekranlaşdırılmış, Cənubi Koreya istehsalı sağ qalma, drama serialı. Rollarda Li Con Ce, Pak He Su, Vi-Ha Cun, Ho Yon Çon, O Yen Su, Ho Son The, Anupam Tripati və Kim Cu Ryon çəkilib. Əksəriyyəti ciddi maliyyə problemi yaşayan 456 nəfər, sirli bir sağ qalma turnirinə qatılmaq üçün dəvət alır. Hər dəfə bir oyunçu bu ölümcül yarışmadan kənarlaşdırıldıqdan sonra mükafat 100 milyon von artırılır. Turnirin qalibi sonda 45,6 milyard von (38,5 milyon ABŞ dolları) alacaq.
Game over
"Game over" və ya "oyun bitdi" Videooyunlarda oyunun bitdiyini bildirən mesajdır. Oyunçunun bütün canlarını itirməsi ya da zəruri bir missiyanın uğursuz nəticələnməsi kimi hallarda oyunun gedişatını dayandıran və mənfi kimi qəbul edilən bir mesaj olsa da bəzi oyunlarda uğurlu sona çatdıqda da göstərilir. Bu ifadə mənfi qəbul edildiyinə görə zaman keçdikcə bədbəxtliklə əlaqələndirilərək jarqonda yer almışdır.
Bethesda Game Studios
Bethesda Game Studios (azərb. Bethesda Oyun Studiyaları‎) — Kompüter oyunlarının inkişafında ixtisaslaşan, 2001-ci ildə yaradılan və valideyn şirkəti Bethesda Softworks olan ABŞ xüsusi şirkəti. Şirkətin loqosu və adı 2002-ci ildə, "The Elder Scrolls III: Morrowind" satışa çıxarılan zaman qurulmuşdur. Şirkətin rəhbəri icraçı prodüser Todd Hovarddır. Kanadanın Kvebek əlayətində yerləşən Monreal şəhərində ikinci bir studiya açılmışdır. == Tarix == "Bethesda Game Studios" 2001-ci ildə qurulmuşdur. 2002-ci ildə, "Bethesda Softworks" və "Bethesda Game Studios" nəşr edən və hazırlayan olaraq iki ayrı şirkət olanda "Bethesda Softworks"dakı bütün inkişafçılar "Bethesda Game Studios"a köçmüşdür. Keçmişdə bütün oyunlar "Softworks" diviziyası tərəfindən nəşr edilmişdir. "The Elder Scrolls IV: Oblivion" PlayStation 3 üçün satışa çıxarılandan sonra "Bethesda Softworks", "Bethesda Game Studios"un bütün oyunlarını nəşr etməyə başlamışdır. 2000-ci illərin ortalarında "Bethesda Game Studios"un iki komandası var idi — rol videooyunları hazırlayan və "International Hot Rod Association" üçün dreq-reysinq oyunları hazırlayan.
Game Boy Color
Game Boy Color Nintendonun davamçısı olan Game Boyun, oktyabrın 21-i 1998 ildə ilk dəfə Yaponiyada çıxan versiyasıdır. Bunun Game Boy Pocket-dən əsas fərqi, ekranı rəngli, qalın və hündür olmasıdır. Baxmayaraq ki, bu versiyada da 8-bitlik processor ilə işləyir ancaq ilkin sistemdən daha kiçikdir.
Game of Thrones
"Taxt-tac oyunları" (ing. Game of Thrones) — Devid Benioff və D. B. Vayss tərəfindən "HBO" üçün istehsal edilen Amerika istehsalı fentezi və dram janrlı teleserial. Serial Corc R. R. Martin tərəfindən yazılan "Buzla alovun nəğməsi" adlı fantastik roman janrındakı kitablara əsaslanır, onlar içərisində ən birincisi "Taxt-tac oyunları"dır. Serial ilk dəfə 17 aprel 2011-ci ildə ABŞ-da "HBO" teleşəbəkəsində nümayiş olundu və 19 may 2019-cu ildə səkkiz mövsüm ərzində yayımlanan 73 seriyadan sonra başa çatdı. Hadisələri Vesteros və Essos uydurma qitələrində baş verən "Taxt-tac oyunları" böyük ansambl aktyor heyətinə malikdir və serial boyu bir neçə hekayə tağını əhatə edir. Birinci əsas tağ Vesterosun Yeddi Krallığının Dəmir Taxtı barədədir; bu hissədə taxt-taca iddia etmək üçün səy göstərən və ya taxtda oturanların kimliyindən asılı olmayaraq müstəqillik uğrunda mübarizə aparan zadəgan xanədanları arasında siyasi münaqişələrdən bəhs olunur. İkinci böyük tağ Essosa sürgün edilmiş və taxt-tacı geri qaytarmağa planlayan krallığın devrilmiş hakim sülaləsinin sonuncu üzvü barədədir. Üçüncüsü Vesterosun şimal sərhədinin o tərəfindən gələn təhlükələrə qarşı krallığı qoruyan Gecə Gözətçisi hərbi ordeni ehtiva edir. "Taxt-tac oyunları" HBO-da rekord sayda izləyici topladı və geniş, aktiv və beynəlxalq fanat bazasına malikdir. Bir çox tənqidçilər və nəşrlər serialı bütün zamanların ən böyük televiziya seriallarından biri adlandırmışdılar.
Darkside Game Studios
Darkside Game Studios — ABŞ videooyun istehsalı studiyası. Mərkəzi Florida ştatında yerləşir. == Tarixi == 2002-ci ildə bir qrup rəssam və videooyun həvəskarları videooyun yaratmaq məqsədi ilə yaradılmışdır. Daha sonra "Shadows in Darkness" adlanan bu komanda 2008-ci ildə "Darkside Game Studios" videooyun istehsalı studiyasına çevrilmişdir. "Microsoft" 2015-ci ildə "Darkside Game Studios"a həvalə edilən "Phantom Dust" layihəsinin istehsalını ləğv etmişdir. Bundan sonra əlli nəfərdən ibarət studiya səbəblərini açıqlamadan bağlanmışdır.
No Game No Life
No Game No Life (ノーゲーム・ノーライフ, Nōgēmu Nōraifu, azərb. Oyun yox, həyat yox‎) və ya qısaca NGNL — Yuu Kamiya tərəfindən yazılmış ranobe seriyası. Ranobe seriyası doqquz cilddən ibarət olub MF Bunko J imprinti altında 25 aprel 2012-ci ildən 25 avqust 2016-ci ilə kimi nəşr olunmuşdur. Müəllif və Yuu Kamiyanın həyat yoldaşı Maşihiro Hiiraqi 2013-cü ildə ranobe seriyasının manqa adaptasiyasını hazırlamışdırlar və manqa "Monthly Comic Alive" jurnalında nəşr olunmuşdur. Növbəti il Madhouse studiyası tərəfindən eyniadlı anime adaptasiyası anons edilmişdir. Anime serialı Yaponiyada 2014-cü ilin aprelindən iyuluna kimi AT-X kanalında, Yaponiyadan xaricdə isə Crunchyroll tərəfindən bərabər zamanlı yayımlanmışdır. 15 iyul 2017-ci ildə "No Game No Life Zero" adlı film adaptasiyası buraxılmışdır. "No Game No Life" franşizi bir neçə ABŞ şirkəti tərəfindən yerliləşdirilmişdir: Seven Seas Entertainment manqa adaptasiyasını, Sentai Filmworks anime adaptasiyasını, Yen Press isə ranobe seriyasını Şimali Amerika üçün lisenziyalaşdırmışdır. Seriya "Boşluq" (空白, Ku:haku, 「 」) ləqəbi ilə tanınan iki məğlubedilməz oyunçu və hikikomori — Sora və onun kiçik ögey bacısı Şirodan bəhs edir. Bir gün tanrı onlara şahmat oyununda meydan oxuyur və "Boşluq" qalib gəlir.
Pan European Game Information
Pan European Game Information (PEGİ) - Avropalı videooyun və başqa proqram təminatlarının reytinq sistemi. İnteraktiv proqram təminatının Avropa Federasiyası ilə hazırlanmışdı və 2003-cü ilin aprelində işləməyə başlamışdı. PEGİ sistemi Avropa Komissiyası ilə dəstəklənir, amma Avropa İttifaqı tərəfindən idarə edilmir.
The Game of Death
Ölüm oyunu (ing. Game of Death, kantonca: 死亡遊戲) — ABŞ rejissoru Robert Klauz tərəfindən çəkilən döyüş filmdir. İlk dəfə orijinal film 1972-cü ildə çəkilmişdir. Lakin həmin filmdən çox az materiallar qalmışdır. Bu səbəbdən rejissorlar filmi yenidən çəkmək qərarına gəldilər. İlk film əsasında 1978-ci ildə "Ölüm oyunu" filmi çəkilir. Ssenari isə orijinal ssenaridən tam fərqlidir. Taekvondo üzrə qara kəmər sahibi Tai Çanq Kim filmin bir sıra epizodlarında Brüs Linin rolunu canlandırır. Banda qrupu məşhur aktyor Billi Louya müxtəlif şərtlərlə təzyiq edirlər. Onlar Billidən qazancın bir hissəsinin banda heyətinə verməyi tələb edirlər.
A Game of Thrones
"Taxt oyunları" — amerikalı yazıçı Corc Martinin fantastik romanlar seriası olan "Buzla alovun nəğməsi"nin ilk romanıdır. İlk dəfə 6 avqust 1996-cı ildə nəşr edilmişdir. Roman 1997-ci ildə Lokus Mükafatını qazandı və həmçinin həm 1997 Nebula Mükafatına, həm də 1997 Dünya Fantaziya Mükafatına namizəd oldu. Romanın Daenerys Targaryen fəsillərindən ibarət "Əjdahanın qanı" romanı 1997-ci ildə Ən Yaxşı Roman nominasiyasında Hüqo Mükafatını qazanıb. 2011-ci ilin yanvarında roman New York Times Bestseller siyahısına daxil oldu, 2011-ci ilin iyulunda isə siyahıda 1-ci oldu Romanda hadisələri müxtəlif nöqteyi-nəzərdən danışan Martin Westeros, Divar və Tarqaryenlərin zadəgan evlərinin süjet xəttini təqdim edir. Roman müxtəlif oyunlar da daxil olmaqla bir neçə spin-off əsərinə ilham verib. Roman həmçinin 2011-ci ilin aprelində premyerası olan HBO-nun teleserialı Taxt-tac oyunları"nın ilk mövsümünün adı və əsasıdır. 2013-cü ilin martında "Taxt oyunları" adlı kağız üzlü cildsiz televiziya tie-in yenidən nəşri dərc olunub. == Haqqında == "Taxt Oyunları" ("A Game of Thrones") Corc Martin tərəfindən yazılmış “Buzla alovun nəğməsi” ("A Song of Ice and Fire") roman seriyasının ilk kitabıdır. Bu kitab 1996-cı ildə nəşr olunmuş və dərhal fantastika dünyasında böyük uğur qazanmışdır.
James Cameron’s Avatar: The Game
James Cameron’s Avatar: The Game (azərb. Ceyms Kameronun Avatarı: Oyun‎) - Ubisoft Montreal videooyun şirkəti tərəfindən 2009-cu ildə yaradılan macəra oyunudur. Bu oyun Avatar filminin çıxış tarixinə 17 gün qalmış (17 dekabr) nümayiş etdirilmişdir.
Fallout: A Post Nuclear Role Playing Game
Fallout: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout (azərb. Radioaktiv yağıntı‎) — "Dragonplay" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci epizoddur. Layihə istehsal prosesində olarkən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyununun de-fakto sikveli hesab edilirdi. Lakin bu, "Interplay" şirkəti "Wasteland" videooyununun hüquqlarını vaxtında əldə edə bilmədiyindən baş verməmişdir. Oyun 10 oktyabr 1997-ci ildə Şimali Amerikada Microsoft Windows, MS-DOS və Mac OS platformaları üçün, həmin ilin axırlarında Avropada eyni platformalar üçün, 2002-ci ildə isə Şimali Amerikada Mac OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatının cənub ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing.