Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
GameFan
"GameFan" (əvvəllər "Diehard GameFan") — ABŞ videooyun jurnalı. == Tarixi == "GameFan" 1992-ci ilin sentyabrında Tim Lindkvist, Qreq Off, Corc Vayzinq və Deyv Halderson tərəfindən yaradılmışdır. O dövrdə ABŞ-nin digər nəşrlərində yaxşı ekran görüntülərinin olmaması səbəbindən səhifə dizaynında oyun skrinşotlarından geniş istifadə edilməsi ilə diqqəti cəlb edirdi. Orijinal jurnal 2000-ci ilin dekabrında fəaliyyətini dayandırmışdır. 2010-cu ilin aprelində Halverson "GameFan"i hibrid videooyun və film jurnalı kimi yenidən işə salmışdır. Buna baxmayaraq, jurnalın fəaliyyəti qısamüddətli olmuş və bir çox daxili münaqişələrdən əziyyət çəkmişdir. == Qalmaqal == "GameFan" jurnalının 1995-ci ilin sentyabr nömrəsində yaponlar haqqında bir neçə alçaldıcı şərhdən ibarət məqalə çap olunmuşdur. Burada yaponlar üçün "kiçik cep bicləri" ifadəsindən istifadə edilmişdir. Bu, İkinci Dünya müharibəsi illərində ABŞ yaponlarını təhqir etmək üçün istifadə edilən irqi alçaldıcı ifadədir. Mətn idman mövzusundakı "College Football '96" videooyunu üçün hazırlanan resenziyalardan birinin bəndlərində yer almışdır.
Gamekult
Gamekult — kompüter oyunları haqqında rəylər toplayan fransızdilli veb-saytdır. Əsası 2000-ci ilin dekabr Kevin Suipes və Klement Apap tərəfindən qoyulmuşdur.