Ganguleterakis dispar
== Xarici quruluşu ==
Nematod bədəninin ön hissəsində 2 lateral qanada malik sarımtıl- ağ rəngdədir. Ağız 3 dodaqla əhatələnib. Qida borusunun arxa hissəsi genişlənərək bulbusa çevrilmişdir. Qida borusunun ön hissəsində başdan 0,099- 0,114 mm məsafədə sinir həlqəsi yerləşmişdir. Qida borusunun orta hissəsində isə ön hissədən 0,600 – 0,617 mm məsafədə ekskretor dəliyi yerləşir. Erkək-Bədəninin uzunluğu 10–16 mm, maksimal eni isə 0,396- 0,517 mm arasında dəyişir. Qida borusu ilə bulbusun uzunluğu 1,210- 1,476 mm, yalnız bulbusun uzunluğu 0,308- 0,345 mm, bulbusun eni 0,209- 0,278 mm- dir. Quyruğundakı çıxıntının uzunluğu 0,066- 0,143 mm – dir. Anusdan quyruğun ucuna qədər olan məsafə 0,319 mm- dir. Spikulalar bərabər uzunluqda olub 0,385- 0,614 mm-dir.