Genuya konfransı
Genuya konfransı (ing. Genoa Conference, it. Conferenza di Genova, fr. Accords de Gênes, alm. Konferenz von Genua) — İqtisadi və maliyyə məsələlərinə dair 29 dövlətin və 5 Britaniya dominionunun nümayəndələrinin iştirakı ilə 1922-ci il aprelin 10-dan - mayın 20-dək Genuya şəhərində (İtaliya) beynəlxalq toplantı.
Konfrans, o zaman beynəlxalq səviyyədə tanınmayan RSFSR hökuməti üçün böyük əhəmiyyət kəsb edirdi. Vladimir Lenin RSFSR nümayəndə heyətinin sədri təyin edilmişdi. Lakin Leninin getmədiyi Genuyada, Sovet dövlətini sədrin bütün hüquqlarından istifadə edən Georgi Çiçerin təmsil etdi. RSFSR nümayəndə heyətinə həmçinin Leonid Krasin, Maksim Litvinov, Vatslav Vorovski, Yan Rudzutak, Adolf İoffe, Kristian Rakovski, Nəriman Nərimanov, Budu Mdivani, Aleksander Bekzadyan, Aleksnder Şlyapnikov, Fayzulla Xodjayev, Timofey Sapronov, Nikolay Yanson da daxil idi. Nümayəndə heyəti təkcə RSFSR-ni deyil, bütün digər sovet respublikalarını: Azərbaycan, Ermənistan, Belorusiya, Buxara, Gürcüstan, Ukrayna, Xorəzm, habelə Uzaq Şərq Respublikasının maraqlarını təmsil edirdi.