Geri çağırılan borc

Call loan Girov kimi qiymətli kağızları girov qoymaqla brokerə marja hesablarını maliyyələşdirmək üçün kommersiya bankı tərəfindən verilən borc. Borc verən tələb etdiyi zaman qaytarılmalı olan borc.
Geri çağırıla bilən qiymətli kağız
Geri çağırılmayan istiqraz
OBASTAN VİKİ
Borc
Borc - bir tərəfin müvəqqəti olaraq pul, yaxud ölçü, çəki, say və s. ilə müəyyən edilən əşyaları digər tərəfin mülkiyyətinə verməsini və onların mütləq həmin ölçüdə geriyə qaytarılmasını bildirən müqavilə.
Geri
Geri (ad)
Borc kapitalı
Borc kapitalı — borc şəklində alınan kapital. Kapitaldan fərqli olaraq, onun son tarixi var və qeyd-şərtsiz qaytarılır. Tipik olaraq, borc verənin xeyrinə dövri faiz tutulur. Borc kapitalı qısamüddətli (bir ilə qədər) və uzunmüddətli bölünür. Bir qayda olaraq, şirkətin inkişafı zamanı aşağıdakı borc kapitalı növləri ilə qarşılaşır (cəlb etmə qaydasında sadalanır): veksellər lizinq bank kreditləri sindikatlaşdırılmış kreditlər istiqrazlar kredit qeydləri sekuritləşdirilmiş aktivlər. "Borc kapitalının" mənbəsinin dəyəri bərabərdir 1 , 8 ∗ R ∗ ( 1 − T ) + ( I − 1 , 8 ) ∗ R {\displaystyle 1,8*R*(1-T)+(I-1,8)*R} , burada R {\displaystyle R} – Yenidən maliyyələşdirmə dərəcəsi, I {\displaystyle I} – kredit dərəcəsi, T {\displaystyle T} – gəlir vergisi dərəcəsi. == İstinadlar == == Ədəbiyyat == Алексей Герасименко. Финансовый менеджмент - это просто: Базовый курс для руководителей и начинающих специалистов. М.: Альпина Паблишер. 2013.
Fondlaşdırılmış borc
Çahar borc
Çarburc və ya Çaharbürc (fars. چهاربرج-چاربورج‎)— İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanının Mərhəmətabad bəxşində yerləşən bir şəhərdir. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəsindən 21 km şimal-qərbdədir. == Əhali == 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,940 nəfər və 1,937 ailədən ibarət idi.
Borc əmsalı
Borc əmsalı (ing. debt ratio) — şirkətin borc vəsaitləri ilə təmin edilmiş aktivlərinin nisbəti. == Hesablama == Borc nisbəti şirkətin ümumi öhdəliklərinin onun ümumi aktivlərinə nisbəti kimi hesablanır (şirkətin imici daxil olmaqla, şirkətin cari və əsas vəsaitlərinin cəmi). Borc nisbəti = Ümumi öhdəliklər Ümumi aktivlər {\displaystyle {\mbox{Borc nisbəti}}={\frac {\mbox{Ümumi öhdəliklər}}{\mbox{Ümumi aktivlər}}}} Məsələn, 2 milyon dollar aktivi və 500.000 dollarlıq öhdəlikləri olan bir şirkətin borc nisbəti 25% olacaq. == Göstərici dəyəri == Bu nisbət şirkətin aktivlərinin borc vəsaitləri hesabına maliyyələşdirilən hissəsinin olduğunu göstərir. 0,5 və ya daha az nisbət şirkətin ilk növbədə özünü maliyyələşdirdiyini göstərir. Ümumi aktiv strukturunda borc vəsaitlərinin payı yüksək olan şirkətin yüksək levirici olduğu deyilir. Bu göstərici nə qədər yüksəkdirsə, şirkətin gələcək fəaliyyəti ilə bağlı risk bir o qədər yüksəkdir. Bundan əlavə, yüksək göstərici dəyəri həm də şirkətin borc əldə etmək qabiliyyətinin zəif olduğunu göstərə bilər ki, bu da şirkətin maliyyə çevikliyini poza bilər (zəruri vaxtlarda lazımi vəsait toplamaq imkanı). Digər maliyyə əmsalları kimi, şirkətin borc əmsalı həmişə onun sənaye ortalaması və ya rəqiblərinin orta göstəricisi ilə müqayisə edilməlidir.
Geri Bouls
Qeri Rey Bouls (ing. Gary Ray Bowles; 25 yanvar 1962, Klifton Forc[d], Virciniya – 22 avqust 2019, Florida Dövlət Həbsxanası[d], Florida) — 1994-cü ildə 6 nəfərin qətlinə görə 2019-cu ildə edam edilmiş amerikalı seriyalı qatil. Qurbanlarının əksəriyyəti ştatlararası 95 magistral yolunun yaxınlığında yaşadığı üçün onu bəzən "I-95 qatil" adlandırırdılar. == Uşaqlıq və gənclik illəri == Bouls Virciniya ştatının Klifton-Forc şəhərində anadan olub və Qərbi Virciniya ştatının Rupert şəhərində böyüyüb. Kömür mədənində işləyən atası Frenk altı ay əvvəl mədənçi pnevmokoniozu xəstəliyindən dünyasını dəyişib və anası Frensis bir neçə dəfə yenidən evlənib. Bouls anasını və böyük qardaşını təhqir edən alkoqol aludəçisi olan ikinci ögey atası tərəfindən təcavüzə uğrayıb. Zorakılıq on üç yaşına kimi davam edib, Bouls ögey atasına müqavimət göstərib və onu ağır yaralayıb. O, anasının nikahda qalmaq qərarından qəzəblənərək bir müddət sonra evdən ayrılıb. Bouls növbəti bir neçə il ərzində evsiz qalıb və kişi fahişəliyi ilə pul qazanıb. == Həbs dövrü == Bouls 1982-ci ildə sevgilisini döydüyünə və təcavüz etdiyinə görə həbs olunub və altı il həbs cəzasına məhkum edilib.
Geri Snayder
Qeri Snayder (8 may 1930[…], San-Fransisko, Kaliforniya) — Amerika şairi. Postmodernist yazar. == Həyatı == Qeri Snayder 1930-cu ildə San-Fransiskoda (Kaliforniya ştatı) anadan olub. Kollecdə təhsil aldığı dövrdə ədəbiyyata və etnoqrafiyaya həvəs göstərirdi. İndiana Universitetində linqvistikanı, Berkli Universitetində isə şərq dillərini öyrənib. Meşəqıran, meşəbəyi və dəniçi kimi ağır işlərdə çalışıb. Qeri Snayder 1955-ci ildən sonra şair kimi şöhrət qazandı. 1956-cı ildə Yaponiyaya köçərək on il orada yaşayıb; Snayder yapon dilini və yapon poeziyasını öyrənir, yapon dilində şeirlər yazır, buddist monastrına gedir, ibadət mərasimlərində iştirak edir, Zen buddizmi öyrənir, buddist mətnlərini tərcümə edirdi. Snayder "Tısbağalar adası", "Sonsuz dağlar və meşələr", "Riprap və soyuq dağların şeirləri", "Sapsız Balta" və s. (ümumiyyətlə, onun iyirmi kitabı çap olunb) kitabların müəllifidir.
Moris Geri
Moris Geri (fr. Maurice Gehri) — 1921-ci ildə Yalova Qırğını zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi olmuş isveçrəli. Antanta dövlətləri tərəfindən yaradılmış komissiya ilə birlikdə o, hadisələrin humanitar araşdırmasında iştirak etmiş və bu barədə bir hesabat yazmışdır.
Geri Bekker
Hari Bekker (ing. Gary Stanley Becker; 2 dekabr 1930[…], Pottsvill[d], Pensilvaniya[…] – 3 may 2014[…], Çikaqo) — amerikalı sosioloq və iqtisadçı. 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Hari Bekker 2 dekabr 1930-cu ildə Pensilvaniya ştatında anadan olub. 1951-ci ildə Prinston Universitetində magistr və 1955-ci ildə Çikaqo Universitetində doktorluq dərəcəsinə yüksəlmişdir. 1957–1968-ci illərdə Kolumbiya Universitetində mühazirə dedikdən sonra, Çikaqo Universitetinə qayıdır. 1967-ci ildə Con Beyts Klark medalı, 1992-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatı və 2007-ci ildə ABŞ Prezidentinin Azadlıq medalına layiq görülmüşdür. Hari Bekker irqçilik, cinayət, ailə quruluşu, narkotik aslılığı kimi ənənəvi sosioloji mövzularda tədqiqatlar aparan ilk iqtisadçılardan biridir. == Əsərləri == Gary S. Becker (1957, 1971, 2nd ed.). The Economics of Discrimination.
Geri Gilmor
Qeri Mark Qilmor (4 dekabr 1940 – 17 yanvar 1977) — bir neçə quldurluqda və iki qətldə təqsirli bilinən cinayətkar. 1977-ci il yanvarın 17-də Yuta ştatında güllələnib. O, edamının 1967-ci ildən bəri ABŞ-də ilk ölüm hökmünün icrası olması ilə məşhurlaşıb. Qilmor 21-ci əsrin əvvəllərinə qədər Yuta ştatında mövcud olan edam üsulu ilə güllələnmə üsulu ilə edam edilib. === Bioqrafiya === Qeri Mark Qilmor 4 dekabr 1940-cı ildə Texas ştatının MakKami şəhərində Frenk və Bessi Qilmorun dörd oğlunun ikincisi olaraq anadan olub. Digər oğulları Frenk kiçik, Qeylen və yazıçı və musiqi jurnalisti Mikal Qilmor idi. Frenk Qarri Qilmore,. (təxminən 23 noyabr 1890, Linkoln, Nebraska – 31 iyul 1962, Siyeyttl, Vaşinqton) alkoqol aludəçisi, başqa arvadları və ailələri var idi, heç birini dəstəkləmirdi. bir şıltaqlıqdan sonra o, Sakramentoda, Kaliforniyada, Provo, Yuta ştatından qovulmuş Mormon əsilli Bessi (19 avqust 1913, Provo, Yuta – 29 iyun 1981, Portlend, Oreqon) ilə evləndi. Qeri qanundan yayınmaq üçün Texasda Koffman təxəllüsü ilə yaşayarkən anadan olub.
Geri Holt
Qeri Ueyn Holt (ing. Gary Wayne Holt; d. 4 may 1964, Riçmond, Kaliforniya) — amerikalı gitaraçı. O, Amerikanın treş-metal qrupu olan Exodus-un gitaraçısı, qrup lideri və əsas mahnı yazarı, eyni zamanda treş-metal qrupu Slayer-in gitaraçısıdır.
Geri Koul
Qeri Koul (ing. Gary Cole) — ABŞ aktyorudur. Bir sıra seriallarda və filmlərdə çıxış etmişdir.
Geri Kuper
Qeri Kuper (ing. Gary Cooper; 7 may 1901[…], Helena – 13 may 1961[…], Beverli-Hillz, Kaliforniya) — Amerika aktyoru. == Həyatı == Qeri Kuper 7 may 1901-ci ildə doğulub. 13 may 1961-ci ildə vəfat edib.
Geri Ridcuey
Qeri Leon Ridcuey (ing. Gary Leon Ridgway; 18 fevral 1949, Solt-Leyk-Siti, Yuta) — Qrin River Qatili olaraq da bilinən amerikalı seriyalı qatil. 1982-ci və 1998-ci illəri arasında, Vaşinqton ştatında ən az 49 gənc qadını öldürdü. Az qala bütün qurbanları fahişələrdi. 30 noyabr 2001-ci ilində DNT analizi sonra göz altına alındı. 2003-cü ilində ömürlük həbsə məhkum edildi.
Geri (ad)
Geri (ing. Gary) — ingilis kişi adı.
Geri (İndiana)
Geri (ing. Gary [ˈɡæri]) — Amerika Birləşmiş Ştatları İndiana vilayətində, Çikaqo, İllinoysun 40km aşağısında yerləşən şəhər. Geri İndiana Dünyası Milli Parkına bitişikdir və Miçiqan gölünün cənubu ilə həmsərhəddir. Şəhərə Birləşmiş Ştatlar Polad Korporasiyasının qurucu sədri olan vəkil Elbert Henri Gerinin adı verilmişdir. Şəhər böyük polad dəyirmanları ilə və Cekson 5 musiqi qrupunun doğulduğu yer kimi tanınır. Əhalisinə görə İndiana ştatının doqquzuncu, İndiana vilayətinin ikinci böyük şəhəri olan Gerinin əhalisi 2010-cu il siyahıyaalınmasında 80,294 nəfər olmuşdu. 1920-ci illərdən 1960-cı illərin ortalarına qədər inkişaf edən polad sənayesinə görə çiçəklənən bir şəhər idi, ancaq xarici rəqabət və polad sənayesinin yenidən qurulması bölgənin çökməsi və özünün əvvəlki əhəmiyyətinin itirməsi ilə nəticələndi. 1960-cı illərin sonlarından bəri Geri 1960-cı ildəki 178.320 nəfər əhalisinin 55 faizinin şəhərdən köçməsiylə, əsas əhalisini itirmişdir. Şəhər çoxlu Rust Kəmər şəhəri, işsizlik, çürüyən infrastruktur və aşağı savadlılıq və təhsil səviyyələri də daxil olmaqla müxtəlif çətinliklərlə üzləşir. Şəhərdəki bütün evlərin üçdə birinin boş və ya tərk edildiyi təxmin edilir.
Geri çəkilmə
Geri çəkilmə — müharibə və hərbi işdə taktiki, operativ və ya strateji manevr. Geri çəkilmə qoşunların və qüvvələrin işğal olunmuş müdafiə xətlərini məcburi və ya qəsdən tərk etməsi, habelə onların öz və ya düşmən ərazisinin dərinliklərində yeni xətlərə çəkilməsidir. Geri çəkilmə, növbəti döyüş əməliyyatlarının aparılması üçün zərbə qüvvələrinin və ya vasitələrinin mühüm hərəkəti və manevridir. Məqsəd hərbi qrupu hücumdan uzaqlaşdırmaq, həmçinin qoşunları yenidən qruplaşdırmaq, əlverişli müdafiə mövqeyini gücləndirmək və ya düşməni hücuma cəlb etməkdir.
Borc-səhm svopu
Müqəddəs Borc (1974)
== Məzmun == Film Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin keçdiyi şərəfli yola, onun kursantlarının həyatına, təhsilinə və hərbi məşğələlərinə, məktəbin gənc müdavimlərinə həsr olunmuşdur. Filmdə məktəbin fəaliyyətindən, şöhrətli hərbi ənənələrindən, onun divarları arasında hərbi təhsil almış İkinci Dünya müharibəsinin qəhrəmanlarından bəhs edilir. == Festivallar və mükafatlar == 1) 1975-ci ildə Tbilisidə hərbi-vətənpərvərlik mövzusuna həsr edilmiş II Ümumittifaq kinofestivalı Film I Mükafata layiq görülmüşdür. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rauf Nağıyev Ssenari müəllifi: Cığatay Şıxzamanov, Rauf Nağıyev Operator: Fəraməz Məmmədov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Təminatlı borc öhdəlikləri
Təminatlı borc öhdəlikləri (ing. Collateralized debt obligations, CDO) — adətən hüquqi şəxslərin borc öhdəlikləri ilə təmin edilmiş qiymətli kağızları. Bunlara açıq bazarda satılan korporativ istiqrazlar, institusional kreditorlar tərəfindən verilmiş kreditlər və sekuritizasiya əməliyyatlarının bir hissəsi kimi buraxılmış qiymətli kağızların tranşları daxildir. CDO-lara borcalanın kredit riskini daşıyan istənilən alətlər daxil ola bilər: kreditlər, istiqrazlar, kredit defolt svopları və s. CDO-ya daxil olan aktivlərin ya artıq reytinqi var, ya da reytinqə tabedir. Tipik olaraq, təminatlı borc öhdəlikləri tranşlarla buraxılır, onlar adətən yüksək səviyyəli (emissiyanın 70-80%-i, birinci ödənilməli olan, ən yüksək qiymətləndirilib), orta tranşlar (aşağı reytinq almış) və subordinasiyalı (adətən reytinqli deyil) kimi təsnif edilir. Girovlaşdırılmış borc öhdəlikləri portfelində defolt ehtimalını azaltmaq üçün o, bir-biri ilə zəif korrelyasiya olunmuş aktivləri əhatə edir. Diversifikasiya edilmiş portfel daha yüksək qiymətləndirilir və CDO borclanmasının dəyəri daha aşağıdır. == CDO-lar və 2008-ci il maliyyə böhranı == Girovlu borc öhdəlikləri ən çox adlandırılanlardan birinə çevrildi. Böhran zamanı “toksik aktivlər”.
Korporativ borc köpüyü
Korporativ borc köpüyü (ing. Corporate debt bubble) — şirkətlərin həddindən artıq borclanması və borcun real iqtisadi dəyərdən daha yüksək qiymətləndirildiyi bir vəziyyəti ifadə edir. Bu fenomen iqtisadiyyatda ciddi risklər yarada bilər və maliyyə böhranlarına səbəb ola bilər. Dünyanın səkkiz ən böyük iqtisadiyyatı — ABŞ, Çin, Yaponiya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Almaniyanın ümumi korporativ borcu 2009-cu ildəki 34 trilyon dollardan 2019-cu ildə təxminən 51 trilyon dollara çatıb. Korporativ borc köpüyünün uzun müddət davam etməsi həm şirkətlər, həm də iqtisadiyyat üçün ciddi təhlükələr yaradır. Ona görə də maliyyə siyasətçiləri və bazar iştirakçıları bu riski diqqətlə izləyirlər. == Əsas xüsusiyyətləri == Həddindən artıq borclanma Şirkətlər aşağı faiz dərəcələri dövründə ucuz maliyyə əldə etmək üçün çox miqdarda borclanır. Borcun əsas məqsədi istehsalın artırılması əvəzinə, tez-tez səhmdar dəyərinin süni şəkildə artırılması (məsələn, səhmlərin geri alınması) olur. Risklərin artması Şirkətlərin gəlirləri azaldıqda və ya iqtisadi şərait pisləşdikdə, borclarını qaytarmaqda çətinlik çəkirlər. Risklərin artması likvidlik böhranı və defolt risklərini artırır.
Frensis Geri Pauers
Francis Gary Powers 17 avqust 1929 – 1 avqust 1977, Ensino[d], Kaliforniya 1960-cı ilin mayında Sovet torpaqları üzərində vurulan Lockheed U-2 casus təyyarəsinin pilotu olmuşdur. == Həyatı == Pauers Cenkins Kentukki ştatında anadan olub, lakin Virciniya-Kentukki sərhədində yerləşən Virciniya ştatının Pound şəhərində böyüyüb. Koreya müharibəsində də iştirak edən Pauers daha sonra MKİ-də işə başlayıb. == U-2 hadisəsi == Tarixlər 1 may 1960-cı ili göstərdiyi zaman , cəmi 27 missiya uçuşu etmiş mülki MKİ pilotu Frensis Qari Pauers Sverdlovsk və Plesetsk ballistik raket sınaq mərkəzlərinin casus fotoşəkillərini çəkmək üçün Pişəvərdən havaya qalxır. Pauers Sverdlovsk ətrafında uçarkən ətrafında bəzi partlayışlar eşidir. Pauers yerdən atılan raketlərin təyyarəyə çata bilməyəcəyini düşünürdü, lakin Pilot Pauers tezliklə səhv etdiyini başa düşür. Sovetlərin yeni hazırladığı SA-2 yüksək hündürlüklü raketlərindən ikisi U-2-nin qanadını vura bilir. Pauers katapult oturacağından istifadə edərək təyyarəsini tərk etməli olur. Rus kəndlərindən birində yerə enən pilotu kənd sakinləri sovet hakimiyyətinə təhvil verirlər. Təyyarə qəzaya uğradıqdan sonra ABŞ rəsmiləri Sovet İttifaqı üzərində uçan Amerika meteoroloji təyyarəsinin itdiyini açıqlayır.
Geri qayıtmaq hüququ
Geri qayıtmaq hüququ — insan hüquqlarının Ümumdünya Bəyannaməsində və Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda öz əksini tapmış, öz ölkəsinə qayıtmaq hüququ verən beynəlxalq hüququn qanunvericilik prinsipidir. Geri qayıtmaq hüququ əyalətin konstitusiyasında, immiqrasiya qanununda göstərilə bilər və ya diasporadan repatriasiya haqqında ayrıca bir qanun olaraq rəsmiləşdirilə bilər. == Tarixi == Yəqin ki, geri dönüş hüququnun ilk tanınması 1789-cu il Fransa inqilabından sonra Fransada 15 dekabr 1790-cı ildə qəbul edilmiş Hugenotlar Aktında əksini tapdı. Hugenotlara bütün vətəndaş hüquqlarının verilməsi ilə eyni vaxtda qanun, Fransa vətəndaşlarını dini təqiblər səbəbiylə xaricdə doğulmuş və fransız soyundan olan, qovulmuş və ya qaçan bütün insanları elan etdi. And içən geri qayıdan bütün vətəndaş hüquqlarına sahib idilər. Eyni zamanda, hugenotların böyük hissəsi bundan bir əsr əvvəl qovulmuşdu və bir çoxları İngiltərə, Almaniya və Cənubi Afrikanın yerli əhalisi ilə qarışmağı bacardılar. Qanun, 19 oktyabr 1945-ci ilə qədər qüvvədə qaldı, aralarında Nazizm tərəfdarlarının da ola biləcəyi Almaniyaya assimilyasiya olunmuş hugenotlar nəslinin köçməsinə icazə verilməməsi səbəbindən ləğv edildi. == Beynəlxalq hüquq == Ümumdünya İnsan Haqları Bəyannaməsinin 13-cü maddəsində deyilir ki, "hər kəs öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir". Bu maddənin mənası ilə bağlı fikir birliyi yoxdur, çünki əvvəlki bənddə "dövlət" ("hər kəsin hər bir əyalət daxilində sərbəst hərəkət etmək və yaşayış yerini seçmək hüququ") ifadəsi işlədildiyindən "ölkə" anlayışına icazə verilir. fərqli şərh edir.
Xoca Geri (Talış)
Xoca Geri (fars. خواجه گري‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 668 nəfər yaşayır (143 ailə).