İncəsənətdə getman Mazepa obrazı
İvan Mazepa (1639-1709) - Ukrayna tarixinin əhəmiyyətli şəxsiyyətlərindən biri olmuşdur. Onun haqda olan məşhur əhvalatlardan biri gənc ikən zadəgan xanımla eşq yaşamasından bəhs edir. Belə ki növbəti görüş zamanı xanımın əri tərəfindən tutulan Mazepa çılpaq şəkildə ata bağlanılaraq çapdırılmışdır. Sonda kazakların yanına gəlmiş və onların başçısı seçilmişdir. Bu hadisə məşhur ingilis şairi lord Corc Bayronun diqqətini çəkmişdir. Nəticədə, 1819-cu ildə bu hadisədən bəhs edən “Mazeppa” (orijinalda müəllif 2 "P" hərfi ilə yazmışdır) əsərini yazmışdır. Onun poeması əsasən, fransız romantizminin nümayəndələri tərəfindən bir çox rəsmlərin çəkilməsinə, musiqi əsərlərinin yazılmasına, səhnə tamaşalarının nümayiş olunmasına gətirib çıxartmışdır.
== Tarixi şəxsiyyət ==
Mazepa 1687-1708-ci illərdə Zaporojye qoşunlarının getmanı olmuşdr. O, 1709-cu ildə baş vermiş Poltava döyüşündə mühüm rol oynamışdır. Rusiya çarı I Pyotr ona xəyanət edərək İsveç kralı XII Karlın tərəfinə keçən Mazepanı Aleksandr Menşikovla dəyişmək niyyətində də olmuşdur.