getto
geya 2021
OBASTAN VİKİ
Parad
Parad, marş və ya rejə — bir küçə və ya yol boyunca, çox zaman kostyumlu birlikdə bir qrup insanların təşkil olunmuş izdihamıdır. Bəzən piyada gedişə keçən dəstələr və böyük balonları ilə müşayiət olunur. Paradların səbəbləri genişdir, lakin adətən bir növ şadlıq üçün keçirilir.
Gey
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür.Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil.Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır.Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir. Bunların ən tanınmış olanları qadın homoseksuallar üçün "lezbiyan" (və ya lezbiyən), kişi homoseksuallar üçün isə "gey" termininləridir. Qeyd olunmuş terminlər hələ də Azərbaycan dilinin orfoqrafiya lüğətinə əlavə olunmamışdır, bu səbəbdən də yuxarıda qeyd edilmiş terminlərin orfoqrafik baxımdan düzgün yazılışı dilçilərin müzakirə mövzusu qalmaqda davam edir. Bir neçə səbəblərə görə, gey və lezbiyanların, və ya eynicinsli romantik və cinsi münasibətlərdə olmuş şəxslərin ümumi sayını və faiz nisbətini dəqiq bilmək çətindir.
Hərbi parad
Hərbi parad və ya Hərbi mərasim nümayiş məqsədləri üçün nəzərdə tutulan məhdud sayda əsgərin nümayiş etdirdiyi manevr hərəkətləridir. XIX əsrə qədər paradlarda müharibələrdə iştirak etmiş əsgərlər iştirak edirdilər, lakin bu gün yalnız bu mərasimlər üçün xüsusi qoşun növləri hazırlanır. Mərasimlər bir dövlətin hərbi gücünü göstərmək və/və ya təbliğat üçün nümayiş olunur.
Gey prayd
Gey prayd (ing. Gay pride; həmçinin gey parad) — cəmiyyətdə LGBT (lezbiyan, gey, biseksual və transgender) mövcudluğunun nümayişi, LGBT-dən olan şəxslərə qarşı tolerant münasibətlərin dəstəklənməsi, insan hüquqlarının qorunması, vətəndaş hüquq bərabərliyi və gender identikliyinin cinsi oriyentasiyasından asılı olmayaraq bütün insanlar üçün bərabər olduğunu bildirmək üçün keçirilən aksiyadır. Onun məqsədi həmçinin şəxsi ləyaqət hissinin qeyd olunması, şəxsiyyət azadlığının təntənəsi, eləcə də LGBT-ictimaiyyətinin birlik və müxtəlifliyinin təzahürüdür. Aksiya ənənəvi olaraq yayda (daha çox iyunda), Stounvoll iğtişaşlarının xatirəsi kimi keçirilir - məhz o zaman minlərlə gey polis repressiyalarına qarşı müqavimət göstərmiş və bu seksual azlıqların vətəndaş hüquqları uğrunda apardıqları mübarizənin (daha çox LGBT-hərəkatı adı ilə tanınır) rəmzinə çevrilmişdir. Amma bəzən o, başqa günlərə də həsr olunur, məsələn, Moskva şəhərində keçirilən gey-prayd zamanı, Rusiyada homoseksuallara tətbiq olunan cinayətin ləğvi ildönümünü qeyd olunur. Gey-praydlar müxtəlif formalarda həyata keçirilir, məsələn - parad, mitinq, yürüş, festival, yarmarka, piknik və sairə. Konkret vəziyyətdən asılı olaraq gey-prayd bayram-karnavalı və ya hüquq müdafiəsi nümayişi xarakteri daşıya bilər. Əslində gey parad (ing. Gay parade) və prayd parad (ing. Pride parade), gey praydın bir hissəsi və ya formalarından biri hesab olunur və tez-tez onun mərkəzi elementinə çevrilir.
Marvin Gey
Marvin Pents Gey, kiçik (ing. Marvin Pentz Gay, Jr.; 2.4.1939 — 1.4.1984) — amerikalı müğənni, aranjemançı, bəstəkar və prodüser. Stivi Uanderlə birlikdə müasir ritm-ənd-blyuz musiqisinin ilk ifaçılarından biridir. 45 illiyinə bir gün qalmış ailə münaqişəsi zəminində atası tərəfindən odlu silahla qətlə yetirilmişdir. 1960-cı illərdə Marvin "How Sweet It Is (To Be Loved By You)" və "I Heard It Through the Grapevine" mahnıları və Meri Uells və Temmi Terrel ilə oxuduğu duetlərlə "Motown Records" səsyazma şirkətinin səsinə çevrildi. Sonradan o, "Motaunun şahzadəsi" və "Soulun şahzadəsi" ləqəblərini qazandı. 1970-ci illər ərzində o, "What's Going On" və "Let's Get It On" konsept-albomlarını buraxmış və "Motown"da öz prodüser şirkətinin buxovlarından azad olan ilk sənətçi olmuşdu. 1982-ci ildə o, "Sexual Healing" və "Midnight Love" albomlarını buraxmış, birinci albom həmin il Qremmi mükafatına layiq görülmüşdü. Marvin Gey 45 yaşının tamam olmasından bir gün əvvəl, 1 aprel 1984-da ailə mübahisəsi zamanı atası tərəfindən öldürüldü. Marvin Gey ölümündən sonra da bəzi mükafatlara layiq görülmüş, o cümlədən 1987-ci ildə Rok-n-Rol Şərəf Zalına daxil edilmiş və 1996-cı ildə isə "Ömürboyu uğurlarına görə" Qremmi mükafatı ilə mükafatlandırılmışdır.
Tayson Gey
Tayson Gey (ing. Tyson Gay) — ABŞ atleti. Osakada keçirilən 2007 Yüngül Atletika üzrə Dünya Çempionatında 100 metr, 200 metr və 4 x 100 metr bayraq yarışında qızıl medal qazanmışdır. 22 iyun 2007-də Amerika çempionatında 100 metri 9,84 saniyəyə qaçaraq ilin ən yaxşı dərəcəsini əldə etmişdir. Daha sonra avqust ayında həmin məsafəni dünya çempionatında 9,85 saniyəyə qaçmış və dünya rekordçusu Asafa Paueli keçməyi bacararaq ilk dünya çempionluğunu qazanmışdır. Dörd gün sonra 200 metri 19,76 saniyəyə qaçaraq bu kateqoriyada da dünya çempionluğunu əldə etmişdir. 4 x 100 metr yarışında ABŞ komandası ilə birlikdə daha bir qızıl medal qazanaraq Marita Koç, Karl Lüis, Maykl Conson, Moris Qrin və Ellison Feliks ilə birlikdə bir dünya çempionatında üç qızıl medal birdən qazanma müvəffəqiyyətini əldə edən atletlərdən biri olmuşdur. 16 avqust 2009-da Berlində təşkil edilən 2009 Yüngül Atletika üzrə Dünya Çempionatının finalında 100 metri 9,71 saniyəyə qaçaraq yarışı Useyn Boltun gerisində, 2-ci bitirməsinə baxmayaraq tarixin ən yaxşı 3-cü dərəcəsini əldə etmiş və ABŞ rekordunu qırmışdır.
Ödənişli gey
Ödənişli gey — çox vaxt heteroseksual olan kişi və ya qadın aktyorları, pornoqrafik ulduzları və ya seks işçilərini ödəniş müqabilində homoseksual kimi fəaliyyət göstərmələrini ifadə edən termindir. İngilisdilli eləcədə bir çox digər mənbələrdə Gay-for-pay kimidə adlanır. Termin digər peşələrə və hətta gey demoqrafik təbəqəyə müraciət etməyə çalışan şirkətlərə də şamil edilmişdir. 1969-cu ildə Stonewall iğtişaşları müasir Amerika homoseksual hüquqları hərəkatına başladıqdan sonra homoseksual olmaq və ya belə etiketlənmək stiqması davamlı olaraq aşınıb. 1990-cı illərdə əsas kino və televiziya aktyorları homoseksuallığı təsvir etməyə daha çox həvəsli olublar, çünki onların karyeralarına qarşı hər hansı reaksiya təhlükəsi azalmış və cəmiyyətin gey və lezbiyanları qəbul etməsi artmışdır..Gey pornoqrafiya sənayesi peşəkar aktyorlarla yanaşı həvəskarları da “ödənişli qey” adı altında pul və ya cinsi maraq müqavilində onları eyni cinsdən olan cinsi fəaliyyətlərlə cəlb edir. Əslində homoseksual və ya biseksual olan bəzi aktyorlar "əlçatmazların cazibəsi" adı ilə birbaşa olaraq bazara çıxarılır. Çünki heteroseksual kişilər başqa kişilərlə cinsi əlaqədə olmaq üçün bakirdirlər. Təqdiqadçı Kamill Paqlia bildirib ki, "gey olmayan şəxlərin şirnikləndirilərək qey rolları ifa etməsi qey pornosunda yüksək erotik motivdir". Həmçinin antropoloq Uilyam Leap da eyni şəkildə yazmışdır: "Əksər gey kişi pornosunda gənc, əzələli və çoxda tanınmayan insanlar daha çox axtarılır və tələb olunur." == Pornoqrafiya == Bəzi homoseksual kişilər heteroseksual kişiləri fantaziya obyekti hesab etdikləri üçün bəzi gey porno prodüserləri satışları və məhsullarının reklamını artırmaq üçün demək olar ki, bəzi qey aktyorları heteroseksual kimi təqdim edirlər. Üstəlik, qey porno filmlərində rol alan bir çox gey və ya biseksual kişi şəxsi və ya peşəkar səbəblərə görə açıq şəkildə heteroseksual kimi tanınmaq istəyə bilər.
Gey Xoşbəxtlik İndeksi
2015-ci ilin may ayında LGBT sosial şəbəkəsi olan PlanetRomeo tərəfindən "Gey Xoşbəxtlik İndeksi" nəşr olundu. 120-dən çox ölkədən olan 115.000 gey şəxslərdən cəmiyyətin homoseksuallıq mövzusunda fikirlərini necə hiss etdikləri, başqaları tərəfindən necə rəftar edildikləri və həyatlarından nə dərəcədə məmnun olduqları soruşuldu. == Dünya == Əsas məqalə: Dövlətlərdə və territorial ərazilərdə LGBT hüququ Gey xoşbəxtliyi mövzusunda dünya səviyyəsində bir reytinq yaratmaq üçün üç əsas mövzu birləşdirildi: İctimai Rəy: Gey kişilər cəmiyyətin homoseksuallığa münasibətinə necə baxırlar? İctimai Davranış: Gey kişilər digər insanlar tərəfindən necə rəftar edirlər? Həyatdan Məmnunluq: Gey kişilər həyatlarından nə dərəcədə məmnun və özlərini qəbul edirlər?Qol 1-dən 10-a qədərdir.
İzmir gey-paradı
İzmir prayd-paradı (türk. İzmir Onur Yürüyüşü) – hər il Türkiyənin İzmir şəhərində 2013-cü ildən keçirilən prayd-parad və festival. == Tarixi == İzmir prayd-paradı ilk dəfə 2013-cü ildə keçirilmişdir. 30 iyun 2013-cü ildə LGBT tərəfdarları Alsancak limanında toplaşaraq Kipr şəhidləri küçəsi boyunca yürüş etmiş və "Biz Zeki Mürenin əsgərləriyik", "Biz Freddi Merkyurinin əsgərliriyik" kimi şüarlar səsləndiriblər.Lakin 2019-cu ildə İzmir prayd-paradı İzmir hökuməti tərəfindən qadağan olunmuşdur. İzmir Advokatlığı məhkəməyə müaraciət edərək bu qadağanın qanunsuz olduğunu və ləğv olunmalı olduğunu bildirmişdir. Məhkəmə qadağanı qaldırmaq qərarına gəlmişdir. Bu qərardan sonra İzmir prayd-paradı 22 iyun tarixində yeddinci dəfə təşkil olunmuşdur. Buna baxmayaraq, polislərə parada müdaxilə etmiş və 20-dən çox şəxsi saxlamışdırlar.
Jozef Lui Gey-Lüssak
Jozef Lui Gey-Lüssak (6 dekabr 1778 – 9 may 1850[…], Paris) — Fransız alimi, fizik və kimyaçı. == Həyatı == Jozef Lui Gey-Lüssak 6 dekabr 1778-ci ildə Fransada doğulmuşdur. Onun babası tibb işçisi, atası isə hüquqşünas olmuşdur. O, fransız dilindən başqa italyan, ingilis və alman dillərini də çox gözəl bilmişdir. K.L.Bertollenin tələbəsi olmuşdur. Atom-molekul nəzəriyyəsinin işlənib hazırlanmasında böyük rol oynamış qaz qanunları onun adı ilə bağlıdır. 1802-ci ildə Gey-Lüssak müəyyən etdi ki, sabit təzyiqdə qazın həcmi temperaturla mütənasib olaraq artır. Bir qədər sonra o, daha bir yeni qanunu ifadə edir: qapalı həcmdə qazın təzyiqi temperaturla düz mütənasibdir. 1808-ci ildə Gey-Lüssak (alman təbiətşünası Aleksandr Humboldtla birgə) kimyanın inkişafı üçün çox vacib olan həcmi nisbətlər qanununu kəşf etdi. Bu qanuna görə reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan qaz halındakı maddələrin həcmləri nisbəti, sadə tam ədədlərin nisbəti kimidir (bu şərtlə ki, təzyiq və temperatur sabitdir).
заклина́тельница засну́ть кувырну́ть малоу́мие наплывно́й неаккура́тно патаго́нец потака́тельница протоко́л заломи́ть позабро́сить приби́ть функционали́зм чётность Berney deduplication elephantry infra- narrow-minded poplin social science thigh-bone typing антисемитизм климатический