Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
English
İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007). BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir. Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir.
Al Jazeera English
Əl-Cəzair (ərəb. الجزيرة‎ — «ada») — Doha, London, Kuala Lumpur və Vaşinqtonda qərargahı olan beynəlxalq tv şirkəti. O cümlədən İnternetdə ingilis dilində 24 saat fəaliyyət göstərir. YouTube-da, öz videolarını yerləşdirdiyi şəxsi portalı mövcuddur. Kanalda xəbərlər (idman xəbərlərindən siyasətlə əlaqəli) və sənədli filmlər yayımlanır. Əsas qərargahı Yaxın Şərqdə olan ilk İngilis dili xəbər kanalıdır. Kanalın məqsədi — « heç kimə deyilməyənləri danışmaq, şərqlə qərbin arasında sülh müzakirəsinə köməklik etməkdir. .
Oxford English Dictionary
İngilis dilinin Oksford lüğəti (ing. Oxford English Dictionary, OED), Окsford lüğəti, Böyük Окsford lüğəti — ingilis dilinin dünyada ən məşhur və ən geniş akademik lüğəti«Oxford University Press» nəşrlər evi tərəfindən nəşr edilir. 2005-ci il nəşri 301 100 məqaləni əhatə edir (350 milyon çap işarəsi). Lüğət qeyri-rəsmi şəkildə «Mürre lüğəti kimi tanınır (Murray’s) (ilk baş redaktor — Ceyms Mürrenin adı ilə).
Engrish
İngirisiçe, ya da Engrish (イングリッシュ Ingurisshu), Yaponça başda olmaq üzrə ana dili Asiya dillərindən biri olan kəslərin İngilis dilini danışırkan səhv etmələrini tanımlayan bir termindir. Sözü, Yaponçada "L" səsi olmadığından, "R" və "L" səslərini ingilis dilində təsadüfən dəyişdirmək üçün dinləyicilərin meyli ilə əlaqəli olur.
Billie Eilish
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[…], Los-Anceles, Kaliforniya) — Amerikalı müğənni-bəstəkar. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə ilk 15-də yer alıb. Aylişin 2019-cu ildə yayımladığı ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəldi. Albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrildi. Növbəti il ​​o, Ceyms Bond filmi "No Time to Die" üçün mahnı yazıb ifa etdi, bu mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çıxdı və 2022-ci ildə ona "Oskar" mükafatı qazandırdı. Onun sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıqda ilk 10-luğa daxil oldu. Onun 2021-ci ildə buraxdığı ikinci studiya albomu "Happier Than Ever" 25 ölkədə bir nömrə oldu. Onun 2023-cü ildə "Barbi" filmi üçün yazdığı "What Was I Made For?" mahnısı Birləşmiş Krallıqda birinci yer oldu.
Mark İnglis
Mark İnglis (27 sentyabr, 1959) — alpinist 1982-ci ildə Yeni Zelandiyada Mount Cook dağına səyahəti zamanı ayaqlarının donması nəticəsində, Mark İnglis, iki ayağını da birdən itirir. Lakin buna baxmayaraq, o 2006-cı ildə planetin ən hündür zirvəsi olan Everestə ayaqsız qalxmağı qət edir. 6400 metr yüksəklikdə Markın bir protezi sınır. Xoşbəxtlikdən o özü ilə ehtiyat hissələrini götürür, beləliklə, sınmış protezi bərpa edir. Bir çox çətinliklərə görə ekspedisiya 40 gün çəkir. Bununla da Everest zirvəsini ayaqsız fəth edən ilk alpinist kimi yadda qalır.
Conni İnqliş (film, 2003)
Conni İnqliş (ing. Johnny English) — 2003-cü ildə Britaniyada çəkilmiş komediya filmi. Baş rolda məşhur ingilis aktyor Rouen Atkinson çəkilmişdir. Filmin rejissoru Piter Houitdir. Film bütün dünyada 160 milyon ABŞ dolları gəlir əldə etdi == Məzmun == Film başlığı Conni İnqlişin (Rouen Atkinson) yuxusuyla açılır. O yuxusunda özünü Agent 1 kimi görür. Yuxusunda binaya daxil olduqca itləri, gözətçiləri ram edir, otağa daxil olduqdan sonra bir qadın tərəfindən təhdid olunur və daha sonra onunla öpüşməyə başlayır. Elə bu anda İnqlişin köməkçisi olan Anquş Bou (Ben Miller) onu yuxudan oyadır. Yuxudan oyanan kimi, əsl Agent 1 (Qreq Uays) sənədlərini götürmək üçün gəlir, İnqliş isə şəxsən sualtı lyukların kodunu yoxladığını bildirir və sənədləri ona verir. Daha sonra bilinir ki, Agent 1 lyukları açmaq istərkən uğursuzluqla üzləşib vəfat etmişdir.
Conni İnqliş: Qayıdış (film, 2011)
Conni İnqliş: Qayıdış — 2011-ci ildə Britaniyada çəkilmiş komediya xarakterli film. Bu film sanki Agent Conni İnqliş (2003) filminin davamıdır. Baş rolda məşhur İngiltərəli aktyor Rouen Atkinson çəkilmişdir.Filmin rejissoru isə Oliver Parkerdir. === Məzmun === 5 il əvvəl Mozambikdə uğursuz missiyadan sonra Ser Conni İnqliş (Rouen Atkinson) işdən qovulur və Tibetə döyüş öyrənmək üçün gedir.Amma 5 ildən sonra o MI7 tələbi ilə yenidən Londona qayıdır. Conni İnqliş MI7-nin qərərgahında (indiki Toşiba Britaniya Kəşfiyyatı) yeni boss Pegasusla (Culian Anderson) görüşür və Çin baş nazirinə qarşı təyin olunan sui-qəsdin qarşısının alınması ona tapşırılır.Conni daha sonra agent Saymon Embrous (Dominik Vest) və ixtiraçı Paç Kotermanla (Tim Maklarin) görüşür.Bundan əlavə kiçik agent,Kolin Taker (Daniel Kaluuya) ona köməkçi təyin olunur. İnqliş və Taker Honkonqa gedirlər və Conni burada keçmiş CIA agenti Titus Fişerlə (Riçard Şif) görüşür.O bildirir ki,Baş nazirə qarşı sui-qəsdi "Vorteks" adlı bir qrup planlaşdırıb və özünün bu qrupun üzvü olduğunu ortaya qoyur.Daha sonra o İnqlişə bir metal açar göstərir və Vorteksin silahının bu və digər bunun kimi 2 açar olduğunu bildirir.Fişer muzdlu qatil (Pik-Sen Lim) tərəfindən öldürülür.İnqliş böyük çətinliklə açarı qazansa da təyyarədə Susan adlı bir nəfər onun başını qataraq açarı oğurlayır.İnqliş isə Pegasusun evinə gəlir və göründüyü kimi açarı göstərə bilməyincə rüsvay olur.Sonra O Pegasusun anasını Honkonqda olan muzdlu qatil sanır və onu döyərək Pegasus qaşısında təhqir olunur. Keyt Samner (Rozamund Payk) MI7-nin davranış psixoloqudur və O hipnoz vasitəsi ilə İnqlişi Mozambikə qaytarır.O xatırlayır ki,Vorteksin 2-ci üzvü Rusiyalı Artyom Karlenkodur (Mark İvanir).Daha sonra İnqliş və Taker Karlenko ilə qolf oynamaq üçün yola düşürlər.İnqliş onunla qolf matçı zamanı onun həyatınadakı məqamları gizli-gizli ona deyir Karlenko isə onu öldürmək istəyərkən özü həmiz muzdlu qatil tərəfindən yaralanır.İnqliş və Taker onu xəstəxanaya çatdırmaq istəsələr də Karlenko özünün Vorteks üzvü olduğunu bildirir,2-ci açarı ona verir,və Vorteksin 3-cü adamının MI7-dən olduğunu bildirərək ölür. Karlenko öldükdən sonra Conni İnqliş MI7-nin qərargahına yollanır və baş nazirin danışıqlarından sonra məlum olur ki,Britaniya və Çin hökumətləri arasında danışıq İsveçrədə Le Bastiyon qalasında olacaq.Daha sonra O Saymon Embrousla restoranda nahar zamanı ona bildirirki Vorteksin 3-cü üzvü MI7-dəndi.Saymon tapançanı altdan tutaraq onu öldürmək istəyəndə İnqliş bildirir ki, ondan şübhələnmir.Taker banyoda Saymonu öldürmək istəyərkən Saymon yalandan deyir ki, 3-cü üzv Paç Kotermandı.Daha sonra Saymon İnqlişdən riyakarcasına açarı alır və Pegasusa zəng eləyərək 3-cü adamın Conni İnqliş olduğunu deyir. İnqliş sonra Kotrmanla kilsədə qarşılaşır və çətinliklədə olsa özünü ölümdən qurtarır.O həm də Kotermanın əl arabasından istifadə edir.Sonra O, Keytin evinə gəlir və ona deyirki,O Vorteksdən deyil və daha sonra özündən gedir.Onlar daha sonra kompyuterdə Mozambikdəki hadisələri izləyir və qatilin ürək çatışmazlıqından deyil məhz Timoxelyn Barbebutenol adlı narkotikdən yəni şüuru idarə edən preparatdan öldüyünü müəyyən edirlər.Embrous isə Vorteks üzvü ilə danışıqda 500 milyon ABŞ dolları qarşılığında dərmanı alaraq baş nazirin ölümü üçün planlaşdırırlar. İnqliş daha sonra Takerin evinə gedir,və ondan xahiş edir ki,ona kömək etmək üçün Le Bastiyona getsinlər.İnqliş Pegasusun içməli olduğu meyvə şirəsini içərək dərmanın təsirinə düşür.İnqliş Embrousun əmri ilə Pomadaya bənzər bu tapançanı Baş nazirə tuşlayır və onu öldürmək istəyir.İnqliş narkotikin təsiri ilə mübarizə aparır,Taker isə Embrousla İnqliş arasındakı rabitəni kəsmək üçün çalışır.Taker radio stansiyası ilə tezliyi pozur və İnqliş rəqs etməyə başlayır.Embrous isə ona əmr edirki Baş naziri öldürsün.İnqliş isə gülləni şüşəyə vurur və sonra huşunu itirərək yerə yıxılır.Saymon isə aradan çıxır.