Panax ginseng
Adi jenşen (lat. Panax ginseng) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin jenşen cinsinə aid bitki növü.
Jenşen bitkisi haqqında ilk tarixi məlumat e. ə. I əsrə aid olan və "Şennunbentsao" adlanan dərman maddələri haqda qədim çin yazısında qeyd olunub. Buna baxmayaraq şərq təbabətində onun istifadəsinin 4-5 min illik tarixi var. Tibb tarixində jenşen qədər əfsanəvi ikinci bir bitki olmayıb. İnsanlar onun nəinki bütün xəstəliklərin çarəsi olduğuna, həmçinin ölən adama həyat qaytardığına inanırdılar. Əhali arasında ona "həyat kökü", "dünyanın möcüzəsi", "ölməzlik zərbəsi" kimi adlar verilmişdi. Bitkinin belə qeyri-adi şöhrəti “jenşen qızdırmasının” yaranmasına və bir çox cinayət və bədbəxtliklərə səbəb olmuşdur.