Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gips
Gips (material) — mükəmməl inşaat materialıdır. Gips (mineral) — mineral.
Gipsi-1
Gipsi - 1 - Tatarıstan Kama-Ustin rayonunda yerləşən gips qazıntılarıdır. Volqanın sahilində, Kuybışev su anbarının səviyyəsində 20 m yüksəklikdə, Tenişova qəsəbəsinin cənub-şərqində yerləşir. Bura heç yerdə rast gəlinməyən gips tullantıları ilə zəngindir və buda turistləri özünə cəlb edir. Bu tullantılar 1930-cı ildən gips yatağından gips çıxarılması zamanı yaranıb. 1950-ci ildə isə bu yatağın istismarı dayandırılmışdır. Onun 11 çıxışı mövcuddur. Burada istismardan sonra dəmir qalıqları və qatarların reysləri qalıbdı. 2005-ci ildə yenidən qəza baş verdi. 2011-ci ildə isə digər qəzadan sonra Avropa Tetşikov kömürçülərini ora daxil olmağı qadağan elədi. Onun divarları alpinistlərin istifadəsinə verilib.
Gips (material)
Gips — inşaat materialı. == Ümumi məlumat == Gips əsaslı tikinti materialları öz fiziki və texniki xassələrinə göra unikaldırlar. Gips, hava keçirən materialdır və eyni zamanda müəyyən miqdarda rütubəti özünə hopdurur, odadavamlılığı təmin edir və digər materiallarla müqayisədə yüksək səs termik izolyasiya xüsusiyyətlərinə malikdir. Gipsin tərkibində toksinlər yoxdur. O, bədənin dərisi ilə eyni pH dərəcəsinə malikdir. Gips ətraf mühit üçün zərərsiz və təhlükəsiz material olduğu üçün müxtəlif sahələrdə istifadə olunur. Deməli, gips uzaq keçmişdən məlum və böyük gələcəyi olan mükəmməl inşaat materialıdır.
Gips (mineral)
Gips – CaSO4 •2H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, qatışıqlarından asılı olaraq boz, sarımtıl, mavi, narıncı, qırmızı, qəhvəyi, qara rənglər alır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – ayrılma müstəvilərində şüşə, sədəfi, lifli aqreqatlarında – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,32; Sərtlik – 1,5–2; Vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {010} üzrə tam mükəmməl; {100} üzrə orta; Sınıqlar – kristallarda – pilləli, xırdadənəli aqreqatlarda – hamar, çubuqvarı əmələgəlmələrdə – tikanlı; Başqa xassələr – suda 1 hissə gips : 2 hissə su nisbətində hiss olunacaq dərəcədə həll olur; Morfologiya – kristallar: lövhə- və sütunvarı, prizmatik; İkiləşmə: {100} və {101} üzrə tez-tez qaranquş quyruğunu xatırladan təmas ikiləşmələri rast gəlir; nadir hallarda xaç şəkilli qarşılıqlı nüfuzetmə ikiləşməsi qeyd edilir; Mineral aqreqatları: bütöv, dənəvər, sıx, lifli, vərəq- və torpaqvari kütlələr, konkresiyalar, druzalar, "gips-qızılgülü" şəklində kristal bitişikləri, anhidrit, halit və kalsit üzrə psevdomorfozalar, ontoditlər, helektitlər və s. Gips müxtəlifliklikləri: alebastr – incədənəli massiv, bəzən mərmərə bənzər Gips; selenit – parallel-lifli yarımşəffaf Gips; atlas şpat–lifli, ipək parıltılı Gips; poykilit Gips – çoxlu (75%-dək) qum möhtəviləri saxlayan kristallik qumlu Gips. == Mənşəyi və yayılması == Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Dəniz hövzələrinin tam tədric olunmamış ayrılmış sahələrində buxarlanma yolu ilə halogenezin başlanğıc mərhələlərində karbonatlardan sonra xemogen-çökmə yolla ilk kristallaşan minerallardan biridir. Müxtəlif çökmə süxurlarda – əhəngdaşları, mergel, gillərdə və b. nazik laycıqlar əmələ gətirir. Gipsin iri yataqlarının böyük əksəriyyətinin formalaşması səthəyaxın zonada (100–150 metrədək) aşağı xarici təzyiq şəraitində ("gips papaqları" və s.) çökmə süxur qatlarında anhidritin hidratlaşması ilə əlaqədardır. Sulfid yataqlarının oksidləşmə zonalarında, müxtəlif süxurların aşınma qabığında sulfat məhlullarının karbonat əmələgəlmələrinə təsiri nəticəsində də kristallaşır.
Duzdağ Gips Yatağı
Duzdağ Gips Yatağı — Babək rayonu ərazisində == Haqqında == Naxçıvan şəhərindən 10 km şimal-qərbdə Naxçıvan duz yatağından 3 km cənub-şərqdədir.Geoloji quruluşunda Sarmat mərtəbəsinin Alt, Orta və Üst yarımmərtəbələrinin tündqırmızı,yaşılımtıl-boz və tünd-boz rəngli əhəngdaşlarla növbələşən beş gips layı iştirak edir. Faydalı qatın lay üzrə ümumi qalınlığı 5-6 m; dərinliyə getdikcə qalınlıq azalır. Keyfiyyətinə görə I və II növ tikinti gipsi kimi yararlıdır. Yatağın ehtiyatı 5361189 tondur. Yataq istismar olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 109.
Giday
Giday (fars. گداي‎‎) və ya Əhmədabad - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd.
Girsu
Girsu (şum. 𒄈𒋢𒆠) — qədim Şumer şəhəri. Laqaşdan təxminən 25 km (16 mil) şimal-qərbdə, müasir Təll Tello, Ziqar mühafəzəsi, İraqda yerində yerləşir. == Tarixi == Girsuda insanlar Übeydlər dövründə (e.ə. 5300–4800) məskunlaşmışdır, lakin mühüm fəaliyyət səviyyəsi erkən sülalə dövründə (e.ə. 2900–2335) başlamışdır. Qudea zamanında, Laqaşın ikinci sülaləsi dövründə Girsu Laqaş Krallığının paytaxtı oldu və siyasi hakimiyyət Laqaş şəhərinə keçdikdən sonra onun dini mərkəzi olmağa davam etdi. III Ur dövründə Girsu imperiyanın əsas inzibati mərkəzi idi. Urun süqutundan sonra Girsu əhəmiyyətini itirdi, lakin təxminən e.ə. 200-cü ilə qədər məskunlaşıldı.
Jipsi
Jipsi (fr. Gipcy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03122. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 589 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Çipsi
Çipsi — kartofdan hazırlanan qızardılmış nazik delikates. İlk dəfə 24 avqust 1853-cü ildə bir müştərinin şikayətinə cavab olaraq zarafat kimi hazırlanıb. Müştəri qızardılan kartof hissələrinin çox qalın olduğunu bildirir. Sonra kartof zarafat məqsədilə çox nazik şəkildə doğranır Müştari kartof dilimlərinin çox dadlı olduğunu söyləyir illər keçir və Çipsinin Başqa Növləridə çıxır və Çipsi firma yeməyinə çevrilir.
Hipsey
Hipsey ( q.yun. Ὑψεύς ) — qədim yunan mifologiyasında əfsanəvi lapif padşahı, çay tanrısı Peney və nayad Kreusanın oğlu, Kirinanın atası, Apollonun sevgilisi.
GPSS
GPSS — Ümumi məqsədli simulyasiya dili(ing. General Purpose Simulation System) 1961ު-ci illərdə Geoffrey Gordon tərəfindən yaradılmış, ümumi məqsədli diskret zamanlı simulyasiya proqramlaşdırma dilidir. Dil əsas olaraq proqramlaşdırma bilməyən analizçilər üçün, trafik və növbə sistemlərini modellşdirmək üçün yaradılıb. Dildə 53 blokdan istifadə olunur. == Sadə nümunə == Aşağıdakı nümunə GPSS proqramından götürülüb və proqramın əsas məqsədini özündə ehtiva edir. Nümunədə bərbər dükanının bir günü modelləşdirilib. Müştərilər dükana daxil olur, əgər bərbər məşğuldursa (hər hansı bir müştəri xidmət alır) sırada gözləyir. Bu sistemdə xidmət(FCFS-first come-first served) ilk gələn – ilk xidmət olunur prinsipi ilə göstərilir. Müştəriyə xidmət olunduqdan sonra o sistemi tərk edir. Burdakı məqsəd gələn müştəri sayından və xidmət sürətindən asılı olaraq müştərilərin sırada gözləmə müddətlərinin tapılmasıdır.
Gyps
Kərkəs (lat. Gyps) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. == Növləri == Gyps fulvus Gyps bengalensis Gyps rueppelli Gyps indicus Gyps tenuirostris Gyps himalayensis Gyps africanus Gyps coprotheres == Cinslər və növləri == Gypohierax Palma kərkəsi, Xurma kərkəsi (G. angolensis) Gypaetus Toğlugötürən (G. barbatus). Neophron Leşyeyən (N. percnopterus). Necrosyrtes Keşiş kərkəsi (N. monachus) Gyps Ağ çiyinli kərkəs (G. africanus) Benqal kərkəsi (G. bengalensis) İncədimdikli kərkəs (G. indicus) Xallı kərkəs (G. rueppellii) Himalay kərkəsi (G. himalayensis) Ağbaş kərkəs (G. fulvus). Kap kərkəsi (G. coprotheres) Aegypius Qara kərkəs (A. monachus). Torgos Düşük yanaqlı kərkəs (T. tracheliotus) Trigonoceps Ağ başlı kərkəs (T. occipitalis) Sarcogyps Qızıl başlı kərkəs (S. calvus) Azərbaycanda 4 növü var:Qara kərkəs (A. monachus);Ağbaş kərkəs (G. fulvus);Leşyeyən (N. percnopterus);Toğlugötürən (G.barbatus).
Çips
Çipsi — kartofdan hazırlanan qızardılmış nazik delikates. İlk dəfə 24 avqust 1853-cü ildə bir müştərinin şikayətinə cavab olaraq zarafat kimi hazırlanıb. Müştəri qızardılan kartof hissələrinin çox qalın olduğunu bildirir. Sonra kartof zarafat məqsədilə çox nazik şəkildə doğranır Müştari kartof dilimlərinin çox dadlı olduğunu söyləyir illər keçir və Çipsinin Başqa Növləridə çıxır və Çipsi firma yeməyinə çevrilir.
Elisli Gippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı. Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir.
Pterothrissus gissu
Pterothrissus gissu (lat. Pterothrissus gissu) — pterothrissus cinsinə aid balıq növü.
Gyps africanus
Gyps africanus (lat. Gyps africanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Gyps bengalensis
Benqal kərkəsi (lat. Gyps bengalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Gyps coprotheres
Kap kərkəsi (lat. Gyps coprotheres) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Gyps fulvus
Ağbaş kərkəs (lat. Gyps fulvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü. == Qısa təsviri == İri quşdur (10-12 kq). Bel tərəfi qonur, qarın tərəfi isə kürəndir. Çalma və sükan lələkləri qaradır. Quyruğu qısadır və ucu dəyirmi qurtarır. Beyni uzundur və dibində ağ qu lələklərdən ibarət “yaxalıq” var. Başı və boynu qısa ağ qu lələkləri ilə örtülüdür. == Yayılması və həyat tərzi == Avropa, Asiya və Şimali Afrikada yayılıb. Oturaq növdür.
Gyps himalayensis
Himalay kərkəsi (lat. Gyps himalayensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Gyps indicus
Gyps indicus (lat. Gyps indicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Qissə
Qissə - rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. Sorma bu gecə silsileyizülfi- siyahın; Tulani olan qissədi bu, müxtəsər olmaz. S.Ə.Şirvani. Molla bu qissədən pərişanhal; Evinə döncək övrət etdi sual.. M.Ə.Sabir. [Dəli Səməd] ..məzəli-məzəli qissələr nağıl eləyib eşidənləri də gülməyə vadar edirdi. Çəmənzəminli.
Gyps rueppelli
Gyps tenuirostris
Gyps tenuirostris (lat. Gyps tenuirostris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.
Kips Bey
Kips Bey (ing. Kips Bay, sözbəsöz tərcümədə "Kipsin buxtası" deməkdir) — Nyu-York şəhərinin Manhetten borosunun şərq hissəində yerləşən kvartal. O, şimaldan 34-cü küçə, şərqdən İst-River, cənubdan Şərqi 27-ci və/və ya 23-cü küçələr və qərbdən Üçüncü prospekt ilə əhatələnib. Kips Bey 10010 və 10016 əsas poçt kodları ilə Manhettenin 6-cı bölgəsinin bir hissəsidir. Nyu-York Polis Departamentinin 13 və 17-ci bölmələri tərəfindən patrul edilir.
FIPS
FIPS 10-4 ölkələr, asılılıqlar, xüsusi suverenlik zonaları və onların əsas inzibati bölgüləri CIA World Factbook kimi bir çox nəşrlərdə coğrafi məlumatları emal etmək üçün ABŞ hökumətinin istifadə etdiyi iki hərfli ölkə kodlarının siyahısı idi. Bu standart, həmçinin DAFIF 0413 ed 7 Amdt kimi tanındı. № 3 (Noyabr 2003) və DIA 65-18 (Hərbi Kəşfiyyat İdarəsi, 1994, "Geosiyasi Məlumat Elementləri və əlaqəli elementlər"). FIPS 10-4 kodları ISO 3166-1 alfa-2 ölkə kodlarına bənzəyir (lakin bəzən uyğun deyil). Standart, eyni zamanda, lakin ümumiyyətlə ISO 3166-2 standartına uyğun olmayan ölkələrin ən yüksək səviyyəli bölmələri üçün kodları ehtiva edir. 2 sentyabr 2008-ci ildə FIPS 10-4 NIST (Milli Standartlar və Texnologiya İnstitutu) tərəfindən Federal İnformasiya Qenerasiya Standartı olaraq götürülmüş on standartdan biri idi. Milli Yer Kosmik-Kəşfiyyat Agentliyi 31 dekabr 2014-cü il tarixinə FIPS 10-4 texniki xidmətini dayandırdı. FIPS 10-4 kodları "Geosiyasi Şəxslər və Kodlar" adlı bir siyahı ilə əvəz edilmişdir.
QİÇS
QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
Qipçi aşırımı
Qıpçaq aşırımı — Kəlbəcər rayonu ərazisində dağ aşırımı. Murovdağ silsiləsində, Yanşaq kəndindən şimaldadır. Oronim Qipçi formasında da qeydə alınmışdir. Qipçiq/qipçix sözü “çarpanaq daş” mənasındadır. Dağın yamacları çarpanaq daşlarla örtüldüyünə görə ona bu ad verilmişdir. Qipçi dağ aşirımı güman etmık olar ki, oronim Qıpçaq adının təhrif olunmuş formasıdır və etnonim mənşəlidir. Azərbaycan dilinin dialektlərində qipçaq sözu “kip”, “yigcam”, “bağlı” mənalarında da işlənir.
Gyps indicus indicus
Gyps indicus (lat. Gyps indicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kərkəs cinsinə aid heyvan növü.