Giya Paçxataşvili
Giya Revazoviç Paçxataşvili (təxəllüsü: Givi; 29 yanvar 1961, Qax rayonu) — Azərbaycan jurnalisti, şairi, tərcüməçisi; Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan, Gürcüstan və Rusiya Yazıçılar Birliyinin üzvü. Sumqayıt şəhər Mədəniyyət İdarəsi Əli Kərim adına Poeziya klubunun Fəxri üzvü (15.11.2004).
Giya Paçxataşvili 1961-ci il yanvar ayının 29-da Qax rayonunun Qax-Gurcu kəndində anadan olub.
Bakı şəhərindəki Respublika Kor Uşaqlar üçün orta internat məktəbini bitirən Giya 1981-ci ildə ali məktəbə qəbul olur və Respublikanın birinci katibi Heydər Əliyevin sərancamı ilə seçilmiş qrupun daxilində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə təyinat alıb, 1985-ci ildə universitetin jurnalistiks fakültəsini "Qırmızı diplomla" bitirir.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə AzTV tərəfindən Giyanın həyat və yaradıcılığından bəhs edən "Ağ adam" sənədli filmi, 2009-cu ildə isə İTV-nin istehsalı olan "Fosfor Adam" filmində o baş rola çəkilmişdir. 2016-cı ildə isə ANS televiziyası "Ağ Adam"(film,2016) (2)sənədli filmi çəkilmişdir. 2021-ci ildə 60 illik yubileyi ilə əlaqədar Giya Paçxataşvili haqqında Gürcüstan layihəsi çərçivəsində növbəti "Givi" sənədli filmi tamaşaçılara təqdim olundu. Giya Paçxataşvili Azərbaycanda yaşayan, ən çox tanınan Albinosdur.
Giya Paçxataşvili Azərbaycan (2006), Gürcüstan(2007), Rusiya(1997) Yazıçılar Birliyinin üzvüdür. Azərbaycan Jurnalistlər Birliyinin(1989) üzvüdür.- "H. B. Zərdabi" mükafatı ilə təltif olunub(2005).