GİYƏV
GİYOV
OBASTAN VİKİ
Alen-Giyom Bunyoni
Alen-Giyom Bunyoni (ing. Alain-Guillaume Bunyoni; fr. Alain-Guillaume Bunyoni; kir. Alain-Guillaume Bunyoni; 23 aprel 1972, Kanyoşa kommunası (Bujumbura-Meri)[d], Bujumbura-Meri vilayəti[d]) — 23 iyun 2020-ci ildən etibarən Burundinin Baş naziri vəzifəsini icra edən Burundi siyasətçisi. == Həyatı == Bunyoni 23 aprel 1972-ci ildə Bujumbura-Meri əyalətində Kanyoşa kommunasında anadan olub. Burundi Universitetində təhsil alıb. 1994-cü ildə həmin universitetdən məzun oldu, lakin məzunluq gecəsinə qatılmadı. Prezident Melxior Ndadayenin öldürülməsindən sonra başlayan döyüşlərə qatıldı. Demokratiyanı Müdafiə Qüvvələrinin döyüş qüvvəsinin üzvü idi. == Siyasi fəaliyyəti == 2003-cü ildə Demokratiyanı Müdafiə Milli Şurası — Demokratiyanı Müdafiə Qüvvələri siyasi koalisiyası Burundi vətəndaş müharibəsində digər döyüşçülərlə atəşkəsə nail oldu.
Giyom Apolliner
Giyom Apolliner (fr. Guillaume Apollinaire; əsl adı — pol. Wilhelm Albert Vladimir Apollinaris de Wąż-Kostrowicki — rus. Вильгельм Альберт Владимир Александр Аполлинарий Вонж-Костровицкий; 26 avqust 1880, Roma — 9 noyabr 1918, Paris) — fransız şair. == Həyatı == Vilhem Apoliner Albert dö Kostrovitski 1880-ci ildə Romada anadan olub. Onun anası baltika mənşəli fransız qızı, atası isə heç vaxt üzünü görmədiyi italyan zabiti olub. Apoliner qarma- qarışıq bir uşaqlıq dövrü yaşayıb. 1889-cu ildə anası ilə Parisə köçdükdən sonra o müxtəlif sənətlər öyrənmək istəyib və 1902-ci ildən ilk yazıları çap olunmağa başlayıb. Elə həmin ildən o Almaniyada dərs deməyə çağırılır və burada gənc ev xadiməsi Anni Pleydenə dəlicəsinə vurulur. Parisə qayıtdıqdan sonra Apoliner avanqard artistlər sırasına qoşulur.
Giyom Boni
Giyom Boni (ing. Guillaume Boni; 1530, Sen-Flur[d] – 1598) — intibah dövründə yaşamış Fransa bəstəkarı. Bonni 1565-ci ildən ölümünə qədər Sent-Etyen kafedralında xormeyster olmuşdur. Antuan de Bertran kimi o da Overn şəhərində anadan olmuş və Tuluzada fəaliyyət göstərmişdir. == Əsərlər == Psalmi Davidici novis concentibus sex vocibus modulati cum oratione Regia 12.
Giyom Lopital
Qiyom Fransua Antuan de Lopital (d. 1661, Paris – ö. 2 fevral, 1704, Paris) — Fransız riyaziyyatçısı, diferensial hesabı üzrə ilk çap olunmuş dərsliyin müəllifi.
Henri Giyom Qaleotti
Anri Qiyom Qaleotti (fr. Henri-Guillaume Galeotti; 10 sentyabr 1814, Paris – 14 mart 1858, Brüssel) — Belçika botaniki. == Elmi fəaliyyəti == Anri Qiyom Qaleotti toxumlu bitkilər, qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Mémoire sur la constitution géognostique de la province de Brabant, 1837 - On the geognostic constitution of the province of Brabant. Mémoire sur les fougères du Mexique, et considerations sur la géographie botanique de cette contrée; with Martin Martens (1842) - On ferns native to Mexico, with considerations to their phytogeography. "Enumeratio synoptica plantarum phanerogamicarum ab Henrico Galeotti in regionibus Mexicanis collectarum : [Bruxelles 1842-1845]. Oct. (Enum. pl. Galeotti)"; with Martin Martens.
Tirli Giyom
Tirli Vilhelm (lat. Willelmus Tyrensis) və ya Tirli Giyom (fr. Guillaume de Tyr; təq. 1130, Qüds – 29 sentyabr 1186, Qüds) — Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri. == Həyatı == Onun ailəsinin regiona Fransadan, ya da İtaliyadan gəldiyi güman edilir. Tarixçilər onun valideynlərin krallıqda məskunlaşmış "varlı tacirlər" olduqlarını ehtimal edirlər, lakin onların Birinci Səlib yürüşündə iştirak edib-etmədikləri və ya sonradan region məskunlaşıb-məskunlaşmadıqları məlum deyil. Vilhelm təxminən 1130-cu ildə Yerusəlim şəhərində anadan olmuşdur. Onun ən azı Ralf adında bir qardaşı var idi. Anasının 1165-ci ildən əvvəl vəfat etməsi istisna olmaqla, ailəsi haqqında başqa heç nə məlum deyil. Vilhelm latın, fransız, yunan, ərəb, süryani və alman dillərini mükəmməl bilirdi.
II Giyom de Villarduen
II Gilyom Villarduen (fr. Guillaume II de Villehardouin; təq. 1211, Kalamata[d] – 1 may 1278, Kalamata[d]) — 1246-cı ildən 1278-ci ilə qədər hakimiyyətdə olmuş Axeya knyazı. == Həyatı == I Joffrua de Villarduen və Elizabet de Şappın ikinci oğlu olmuşdur. O, atasının ölümündən sonra Kalamata şateleni olmuşdur. Villarduen 1246-cı ildə qardaşı II Joffrua de Villarduenim varisi elan edilmişdir və Axeya knyazı.olmuşdur. II Gilyomun hakimiyyəti dövründə Axeyada Parisdə olduğu kimi yaxşı fransızca danışıldığına inanılırdı. Məlumdur ki, Gilyom özü şeirlər yazmışdır. Onun sarayının divarları cəngavər şücaətlərini əks etdirən freskalarla bəzədilmişdir, sarayda tez-tez turnirlər və ovlar keçirilirdi. Venesiya donanmasının köməyi ilə Monemvasiyanı ələ keçirmiş və Sparta düzənliyini qorumaq üçün Mistra qalasını tikmişdir.