Grammarly
Grammarly — ABŞ bulud texnologiyasına əsaslanan yazılış köməkçisi proqramı. Bu, ingiliscə mətnlərdə orfoqrafiya, qrammatika, durğu işarələri, aydınlıq, tutuculuq və çatdırılma səhvlərini nəzərdən keçirir, plagiatı aşkar edir və müəyyən edilmiş səhvləri əvəz etməyi təklif edir. Proqram həmçinin, istifadəçilərə öz üslubunu, tonunu və kontekstdə xüsusi dilini fərdiləşdirməyə imkan verir.
"Grammarly" 2009-cu ildə Aleks Şevçenko, Maks Litvın və Dmitri Lider tərəfindən yaradılmışdır. "Grammarly" masaüstü proqramları, "Google Sənədlər" üçün optimallaşdırılmış brauzer uzantısı və smartfon klaviaturası ilə istifadə üçün müstəqil proqram kimi mövcuddur.
Proqram "Grammarly Inc." tərəfindən hazırlanmışdır. Şirkətin mərkəzi Kaliforniyanın San-Fransisko şəhərində yerləşir. Onların Kiyev, Nyu-York, Vankuver və Berlində ofisləri fəaliyyət göstərir.
== Tarixi ==
"Grammarly" esseləri plagiat olub-olmadığını yoxlayan "My Dropbox" proqramının yaradıcıları Maks Litvın, Aleks Şevçenko və Dmitri Lider tərəfindən təsis edilmişdir. "Grammarly" ilk növbədə universitet tələbələrinə ingilis dili bacarıqlarını təkmilləşdirməyə kömək etmək üçün təhsil proqramı kimi hazırlanmışdır.