Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Auckland Grammar School
Oklənd Gimnaziyası (ing. Auckland Grammar School) — Yeni Zelandiyadakı dövlət orta məktəblərindən biri. Oklenddə yerləşir. 2011-ci ildə Gimnaziyada şagirdlərin sayı 2461 nəfər idi ki, bu göstəriciyə görə məktəb Yeni Zelandiyada 6-cı sıradadır. Gimnaziya daxilində xarici tələbələr üçün yaradılmış yataqxanalar mövcuddur. Oklənd Gimnaziyası Yeni Zelandiyanın ən öndəgedən akademik orta məktəbi kimi tanınır. "Metro Magazine" adlı jurnal Kembric sistemli gimnaziyanın nəticələrini yüksək göstərərək ona yüksək xallar vermişdir. == Tarixi == Gimnaziya 1850-ci ildə general-qubernator Ser Corc Qrey tərəfindən yaradılmışdır. 1868-ci ildən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Məktəbin devizi "Per Angusta Ad Augusta" (azərb.
London Grammar
London Grammar – 2009-cu ildə Nottinqemdə yaranmış ingilis indi pop qrupu. Qrup Hanna Reyd, Den Rotman və Dominik "Dot" Meycordan ibarətdir. Onların debüt qısa albomu (EP) Metal & Dust 2013-cü ilin fevralında Metal & Dust Recordings tərəfindən yayımlandı, debüt albomu (LP) If You Wait isə bir neçə ay sonra, sentyabrda işıq üzü gördü. Albom Böyük Britaniya Albomları Çartında 2-ci yerə yüksəldi və Britaniya Fonoqrafiya Sənayesi (BPI) tərəfindən İkili Platin sertifikatına layiq görüldü. Qrupun ikinci studiya albomu "Truth Is a Beautiful Thing" 2017-ci ilin iyununda buraxıldı və Böyük Britaniyanın Albomlar Çartında 1-ci yerə yüksəldi. Ən son albom, Californian Soil, 16 aprel 2021-ci ildə buraxıldı və Birləşmiş Krallıqda onların ikinci ardıcıl 1 nömrəli albomu oldu. == Üslubu == London Grammar qrupunun musiqisi melanxolik gitara, yüksək tembrli vokal, depresiv sözlər və tez-tez trip-hop və rəqs təsirlərini nümayiş etdirən "mühit, efir və klassik səslərin qarışığı" kimi təsvir edilmişdir. Hanna Reydin güclü vokalı Cudi Tzuke və Florens Uelş ilə müqayisə edilir. Mahnıları yazanda qrupun hər üzvü öz töhvəsini verir, Reydin dediyi kimi: "Sözləri mən yazıram. Amma mahnıları hər üçümüz yazırıq.
Grammar Nazi
Qrammatika nasisti (ing. grammar Nazi) — qrammatika səhvlərinə son dərəcə pedant münasibət bəsləyən İnternet icmalarının ironik adı və internet memi. İcma üzvləri bəzən Nasist Almaniyasının bayrağına bənzəyən, stilizə edilmiş böyük "G" hərfi olan emblemlərdən istifadə edirlər. Gerbdə Rusiyada qadağan edilmiş nasist simvollarının imitasiya əlamətləri var ki, bu da bir neçə dəfə hüquq-mühafizə orqanlarının reaksiyasına səbəb olub. Rus dilçi Maksim Kronqauz qrammatika nasisti fenomeninin tərifini aşağıdakı kimi verir: == Tarixi == Söz 1990-cı illərin əvvəllərində ingilis dilində feminasist, "gym Nazi" (trenajor nasisti), "stroller Nazi" (uşaq arabası nasisti), "breastfeeding Nazi" (süd verən nasist) kimi ifadələr arasında yaranıb. == İstinadlar == === Əlavə ədəbiyyat === Хайдарова В. Граммар-наци // Краткий словарь интернет-языка. LitRes. 2015. 79–80. ISBN 9785457545281.
After School
After School — ABŞ müğənnisi Melani Martinesin 25 sentyabr 2020-ci ildə Atlantic Records tərəfindən buraxılan dördüncü mini-albomu. İfaçı eyni gün “The Bakery” adlı sinqlını da təqdim edib. Bu mini-albomdakı mahnılar sonralar “K-12”nin delüks versiyasında əlavə treklər olaraq yer alıb. Melani Martines bu dəfə əvvəlki mahnılarında canlandırdığı “Cry Baby” obrazından istifadə etməməyi seçib. Belə ki, müğənni daha çox əsl özünü və duyğularını dinləyiciləri ilə bölüşür. == Fon == Melani Martines 2019-cu ilin sentyabrında “V” jurnalına verdiyi müsahibəsində qeyd edib ki, əvvəlki işi “K-12”də olduğu kimi yenə uşaqlıq və yeniyetməlik mövzuları haqqında mahnı çıxarmağa davam edəcək. Müğənni qarşıdan gələn musiqisində daha şəxsi tərəfini nümayiş etdirəcəyindən söz açıb. Melani 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə “K-12” albomunun koseptinə oxşar olan “After School” adlı mini-albom buraxacağını bəyan edib. Mini-albomun ilk olaraq 2020-ci ilin yazında buraxılması planlaşdırılırdı. Melani bundan əlavə, daha əvvəl demişdi ki, iki albom hazırlayacaq və onların hər ikisini filmi də olacaq.
Charm School
Charm School — Roxette qruppunun albomudur.
Landau School
LANDAU School – 2018-ci ildə əsası qoyulmuş, ilk Azərbaycanlı Nobel mükafatı laureatı, nəzəriyyəçi fizik Lev Landaunun adını daşıyan və Bakıda fəaliyyət göstərən özəl orta məktəb kompleksi. LANDAU School "LANDAU Education Group"-un layihələrindən biridir. 2022/2023 tədris ili etibarilə 3000-dən çox şagirdin təhsil aldığı LANDAU School Qafqazın ən böyük özəl məktəblərindən biridir. LANDAU School-un nəzdində "LANDAU Kindergarten" (uşaq bağçası), "LANDAU PreSchool" (məktəbəqədər hazırlıq), "LANDAU Evening School" kursları (II–VII siniflərə qəbul üçün hazırlıq kursları) və "LANDAU Academy" (müəllimlər üçün ixtisasartırma kursları) fəaliyyət göstərir. == Tarixi == 2018-ci ildə Bakıda "LANDAU Education Group"-a daxil olan "Leznik & Co." şirkətinin ofisinin açılışından 40 gün sonra baş vermiş yanğının ertəsi günü layihənin təsisçiləri Emil Leznik və Rahul D'Mello hazırda LANDAU School-un korpuslarından biri olan "Zabitlər" binasında qərara alırlar ki, məhz burada təkcə riyaziyyatı deyil, həmçinin xarici dillər və humanitar fənlərin də tədris edildiyi yeni bir məktəb açılsın. 2022-ci ildə Dövlət İmtahan Mərkəzində DİM və "LANDAU School" Tədris Kompleksi arasında Anlaşma Memorandumu imzalanıb. 2022 və 2023-cü illərdə Gənclər və İdman, Elm və Təhsil nazirliklərinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, "LANDAU School" Təhsil Kompleksinin təşkilatçılığı ilə "Landau" Şahmat Festivalı keçirilib. == Tədrisin təşkili == STEM (ing. Science, technology, engineering, and mathematics (STEM)) təhsili həyata keçirən məktəbdə tədris Azərbaycan, rus və ingilis dilləri olmaqla 3 dildə aparılır. İngilis bölməsində dərslər Britaniya kurrikulumu ("Pearson Edexcel" proqramı; IGCSE (ing.
Baku British School
Bakı Britaniya Məktəbi (ing. Baku British School) — Azərbaycan Respublikasının Bakı şəhərində ümumi təhsil müəssisəsi. == Tarixi == 15 sentyabr 2007-ci ildə Bakı Britaniya Məktəbi öz qapısını 100-dən çox şagirdin üzünə açdı. 2007-ci il dekabr ayında məktəb ilk semester buraxılışını qeyd etdi. 20 mart 2008-ci ildə BSB (Bakı British School) ilk Novruz Bayramını məktəbin həyətində, şagirdlərin çıxışı ilə təntənəli şəkildə keçirtdi. 25 iyun 2008-ci il məktəb ilk yay buraxılışını qeyd etdi. 22 iyun 2009-cu il ilk son zəng qeyd edildi. Bakı Britaniya Məktəbi 22 iyun 2009-cu ildə, məktəbin şagirdləri, muəllimləri, valideynləri, 25 məzunu və 200 dən çox qonağı ilə, Rus Dram Teatrında təntənəli şəkildə ilk son zəngini qeyd etdi. == İbtidai təhsil == İbtidai təhsildə, şagirdlər SAT proqramları (standartlaşdırılan qiymətləndirmə testləri) götürürlər. Bu proqram 2-ci sinifdən 6-cı sinifə qədər hər il götürülür.
CEU Business School
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. == Tarixi == MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.
EMLYON Business School
EMLYON Business School (École de Management de Lyon ), Paris, Lion, Saint-Etienne, Bhubaneswar, Casablanca, və Shanghai da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1872-ci ildə qurulan məktəb. EMLYON, Financial Times tərəfindən 2021-cu ildə Avropa Biznes Məktəbləri arasında 19-ci yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur.
ESCP Business School
ESCP Business School (École supérieure de commerce de Paris), Paris, Berlin, London, Madrid, Turin, və Varşava da kampusları olan biznes sahəsində ixtisaslaşmış Avropa mərkəzli bir universitetdir. 1819-cu ildə qurulan məktəb. ESCP, Financial Times tərəfindən 2021-ci ildə Avropa Biznes Məktəbləri arasında 14-cü yerdə qərarlaşmışdır . Məktəbin proqramları AMBA, EQUIS və AACSB beynəlxalq akkreditasiya qurumlarının hər üçü tərəfindən akkreditə olunmuşdur.
International Business School
Budapeşt Beynəlxalq Biznes Məktəbi (mac. IBS Nemzetközi Üzleti Főiskola, ing. International Business School, Budapest, rus. Международная Школа Бизнеса) — Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş (mac. István Tamás) tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir, Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. == Haqqında == Ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən (o cümlədən Azərbaycandan) 1200-dən çox tələbə ingilis dilində təhsil alır. Tələbələrə Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi verilir, hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil almaq mümkündür.
Lincoln High School
Lincoln High School — Miçiqan ştatının Vorren şəhərində fəaliyyət göstərən orta məktəb. Bu "Van Dyke Public Schools" distriktinə daxil olan yeganə orta məktəbdir. Vorren və Senter-Layn şəhərlərinə xidmət göstərir.
Osborn High School
Osborn High School digər adı ilə Osborn Academy of Mathematics — Detroyt şəhərində fəaliyyət göstərən orta məktəb. Detroit Public Schools Community District (DPSCD)-in bir hissəsidir.
Piper High School
Piper High School — Florida ştatının Sanrayz şəhərində fəaliyyət göstərən dövlət məktəbi. Məktəb "Broward County Public Schools" distriktinin tabeliyindədir. 9–12-ci siniflər üçün təhsil verir. Məktəbdə 2500-dən artıq şagird təhsil alır. Maskotu Benqallardır. Məktəb Sanrayz, Loderhill, Nort-Loderdeyl və Tamarak şəhərlərindən olan tələbələrə xidmət göstərir.
International Business School, Budapest
Budapeşt Beynəlxalq Biznes Məktəbi (mac. IBS Nemzetközi Üzleti Főiskola, ing. International Business School, Budapest, rus. Международная Школа Бизнеса) — Macarıstanda və Böyük Britaniyada qeydiyyatdan keçmiş ali təhsil müəssisəsidir. 1991-ci ildə macar iş adamı prof. İştvan Tamaş (mac. István Tamás) tərəfindən yaradılıb, Macarıstanın paytaxtı Budapeşt şəhərində fəaliyyət göstərir, Avstriyanın paytaxtı Vyanada da korpusu var. International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. == Haqqında == Ali məktəbdə dünyanın 80-dən çox ölkəsindən (o cümlədən Azərbaycandan) 1200-dən çox tələbə ingilis dilində təhsil alır. Tələbələrə Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi verilir, hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil almaq mümkündür.
The New School (Universitet)
Yeni məktəb (The New School) — Nyu-York şəhərində özəl universitet.
Central European University Business School
Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ing. Central European University Business School və ya qısaca CEU BS)- menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır. == Tarixi == MAU Biznes Məktəbinin əsası Beynəlxalq Menecment Mərkəzi (BMM) adı altında 1988-ci ildə əfsanəvi investor və filantrop Corc Soros və digər uzaqgörən liderlər tərəfindən qoyulub. Biznes Məktəb o vaxtdan (onun Beynəlxalq Menecment Mərkəzi (BMM) kimi yaradılmasından) bu yana üç təkamül mərhələsi keçib: 1988-1995. BMM tələbələri təhsillərinin ilk illərini Budapeştdə başa vururdular və daha sonra Qərbi Avropada və Şimali Amerikada yerləşən partnyor məktəblərə keçərək orada təhsillərini bitirib MBA diplomlarını alırdılar. 1996-2001. BMM Klivlənddə (Ohayo) yerləşən Keyz Vestern Rezerv Universitetinin Vezerhed Menecment Məktəbinin françayzinqi kim fəaliyyət göstərib. 2002-indiyədək.
Long Beach Polytechnic High School
Long Beach Polytechnic High School — Kaliforniya ştatının Lonq-Biç şəhərində, 1600 Atlantic Avenue ünvanında yerləşən dörd illik orta təhsil verən dövlət məktəbi. 1895-ci ildə “Long Beach High School” adı ilə təsis edilmişdir. Məktəb Biksbi-Knolls da daxil olmaqla Lonq-Biçin ətraf bölgələrinə, o cümlədən, Siqnal-Hill və Leykvud şəhərlərinin bəzi hissələrinə xidmət edir. Poly olaraq da tanınan bu məktəb “Long Beach Unified School District”-in əsas orta məktəbidir. Məktəbdə 4000-ə yaxın şagird təhsil alır.
Daily Lives of High School Boys
Daily Lives of High School Boys (yaponca: 男子高校生の日常, Hepbörn: Danshi Kōkōsei no Nichijō, azərb. Orta məktəb oğlanlarının gündəlik həyatları‎) — 2009-2012 illərin arasında GANGAN ONLINE jurnalında çap olunan Yasunobu Yamauçinin manqa serialı və onun eyni adlı anime serial və film adaptasiyaları. == Məzmun == Məzmun məktəbin son illəri yaşayan Tadakuni, Hidenori və Yoşitake və onların ətrafdakıların gündəlik həyatından bəhs edir. == Media == === Manqa === Manqa seriayası əvvəlcə Gangan Online internet jurnalında 2009-cu ilin mayın 21-dən, 2012-ci ilin sentyabrın 27-nə dək nəşr olunurdu. Sonra isə, o yeddi tankobon cildə toplanılıb. Onlar 2010-cu ilin fevralın 22-dən, 2012-ci ilin sentyabrın 27-nə dək üzə çıxırdı. === Anime === Sunrise studiyası tərəfindən Şinci Takamatsu tərəfindən rejissorluğu ilə istehsal olunan anime adaptasiyası 2011-ci ilin oktyabrında anons edilmiş, ilk yayımı isə TV Tokyo-da 2012-ci ilin yanvarın 9-da baş tutmuşdur. Sonra o, AT-X, Bandai Channel, TVA, TVO kanallarında və onlayn şəkildə Niconico-da yayımlamışdır. Anime serialının seriyaları 6 Blu-ray və DVD cildində toplanmış, Yaponiyada 2012-ci ilin aprelin 3-ün və sentyabrın 4-dün arasında bu şəkildə buraxılmışdır. Bu disklərdə həmçinin bonus seriyalar və televiziyadakı ilk nümayişindən əvvəl Niconico-da çıxan seriyalar var idi.
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy
My Mental Choices are Completely Interfering with my School Romantic Comedy, Yaponiyada tanınan adı ilə Ore no Nounai Sentakushi ga, Gakuen Love Comedy wo Zenryoku de Jama Shiteiru (俺の脳内選択肢が、学園ラブコメを全力で邪魔している, azərb. Mənim zehni seçimlərim romantik məktəb komediyama tamamilə mane olur‎) və ya qısaca Noucome (のうコメ, Nōkome) — Yukivonun rəssamlığı ilə Takeru Kasukabe tərəfindən yazılmış ranobe seriyası. 2012-ci ilin yanvarında 2016-cı ilin fevralına kimi Kadokawa Shoten nəşriyyatı tərəfindən Kadokawa Sneaker Bunko imprinti altında 12 cildi buraxılmışdır. Sayaka İtsukinin rəssamlığı ilə hazırlanmış manqa adaptasiyası Enterbrain nəşriyyatının "Famitsu Comic Clear" jurnalında 2013-cü ildən 2015-ci ilə kimi nəşr olunmuşdur. Takayuki İnaqakinin rejissorluğu ilə Diomedéa studiyası tərəfindən 10 seriyalıq anime adaptasiyası istehsal olunmuş və 2013-cü ilin oktyabrından dekabrına kimi yayımlanmışdır. Kanade Amakusa "Mütləq seçim" (絶対選択肢, Zettai Sentakushi) adlandırılan lənətdən əziyyət çəkən lisey tələbəsidir. Bu lənət günün istənilən vaxtında ona qarşısına çıxan 2 və ya 3 zehni seçimdən birini seçməsini tələb edir. Hətta bu seçimlər biabırçı olsa belə. Əgər hər hansı seçimdən birini seçməsə, bu, onda güclü baş ağrısına səbəb olur. Seçimlərin çoxu tərbiyəsiz və ədəbsiz xarakter daşıdığından Kanadenin sinif yoldaşları və ətrafındakı insanlar arasındakı nüfuzuna xələl gəlir və həyatı çətinləşir.
Broward County Public Schools
Broward County Public Schools — Florida ştatının Brauard dairəsində fəaliyyət göstərən dövlət məktəbləri distrikti. Ölkənin altıncı ən böyük dövlət məktəbi distriktidir. 2023–2024-cü tədris ilində "Broward County Public Schools" bölgə üzrə 326 müxtəlif məktəb və təhsil mərkəzlərində 251,106 şagirdə təhsil vermişdir. == Məktəblərin siyahısı == === 6–12 siniflər === Dillard High School 6–12 (1907) Lauderhill 6–12 STEM-MED Millennium 6–12 Collegiate Academy === 9–12-ci siniflər (ing. High Schools) === Atlantic Technical College and Technical High School (1973) Blanche Ely High School (1951) Boyd H. Anderson High School (1971) Broward Virtual Education High (2001) Charles W. Flanagan High School (1996) Coconut Creek High School (1970) Cooper City High School (1971) College Academy @ BCC (2001) Coral Glades High School (2004) Coral Springs High School (1975) Cypress Bay High School (2002) Dave Thomas Educational Center — formerly North County Educational Ctr.
Grumman
Grumman, (The Grumman Aircraft Engineering Corporation, sonra Grumman Aerospace Corporation) mərkəzi ABŞ-də yerləşən, hərbi və mülki aviasiya texnikası istehsalı sahəsində fəaliyyət göstərən, 1994-cü ildə Northrop ilə birləşərək Northrop Grumman adını alan şirkətdir. Şirkət 6 noyabr 1929-cu ildə Leroy Grumman (1895–1982), Jake Swirbul (1898–1960) və William Schwendler (1904-1978) tərəfindən yaradılmışdır. ABŞ donanması ilə bağladığı müqavilə ilə bağlı olaraq istehsal etmiş olduğu bir çox hərbi təyyarə istehsal etmiş şirkət, birləşmədən əvvəl hərbi təyyarələrdən başqa təyyarə hissələri və avadanlıqları, data, axtarış və naviqasiya sistemləri, yük maşınları və avtobuslar, elektrik avadanlıqları və vəsaitləri, kosmik gəmi kimi çoxsaylı məhsullar istehsal edirdi. Ay modulu da Grumman tərəfindən istehsal edilmişdir.
Grammarly
Grammarly — ABŞ bulud texnologiyasına əsaslanan yazılış köməkçisi proqramı. Bu, ingiliscə mətnlərdə orfoqrafiya, qrammatika, durğu işarələri, aydınlıq, tutuculuq və çatdırılma səhvlərini nəzərdən keçirir, plagiatı aşkar edir və müəyyən edilmiş səhvləri əvəz etməyi təklif edir. Proqram həmçinin, istifadəçilərə öz üslubunu, tonunu və kontekstdə xüsusi dilini fərdiləşdirməyə imkan verir. "Grammarly" 2009-cu ildə Aleks Şevçenko, Maks Litvın və Dmitri Lider tərəfindən yaradılmışdır. "Grammarly" masaüstü proqramları, "Google Sənədlər" üçün optimallaşdırılmış brauzer uzantısı və smartfon klaviaturası ilə istifadə üçün müstəqil proqram kimi mövcuddur. Proqram "Grammarly Inc." tərəfindən hazırlanmışdır. Şirkətin mərkəzi Kaliforniyanın San-Fransisko şəhərində yerləşir. Onların Kiyev, Nyu-York, Vankuver və Berlində ofisləri fəaliyyət göstərir. == Tarixi == "Grammarly" esseləri plagiat olub-olmadığını yoxlayan "My Dropbox" proqramının yaradıcıları Maks Litvın, Aleks Şevçenko və Dmitri Lider tərəfindən təsis edilmişdir. "Grammarly" ilk növbədə universitet tələbələrinə ingilis dili bacarıqlarını təkmilləşdirməyə kömək etmək üçün təhsil proqramı kimi hazırlanmışdır.
Tammar
Tammar (lat. Macropus eugenii) — kenquru cinsinə aid heyvan növü.
Northrop Grumman
Northrop Grumman, mərkəzi ABŞ-də yerləşən kosmik fəza və müdafiə texnologiyası sahəsində fəaliyyət göstərən 1994-cü ildə Grumman və Northrop şirkətlərinin birləşməsi ilə yaradılmış olan beynəlxalq şirkətdir. Şirkət müdafiə sənayesi sahəsində 2010-cu ildə dünyanın dördüncü böyük şirkəti olmuşdur. 2011-ci ilin aprel ayından etibarən Northrop Grumman şirkəti dörd sahədə fəaliyyət göstərir. Bunlar kosmik fəza sistemləri, elektron sistemlər, məlumat sistemləri və texniki sistemlərdirlər. Northrop Grumman şirkətinin istehsal sahəsinə aviadaşıyıcılar, hərbi təyyarələr, hərbi gəmilər, döyüş raketləri sistemləri, süni peyklər və informasiya texnologiyaları sistemləri də daxildir.
GMM Grammy
GMM Grammy Public Company Limited (Tay dili: จีเอ็มเอ็ม แกรมมี่ və ya G"MM' Grammy) Taylandın ən böyük media konqlomeratı əyləncə şirkətidir. Tayland əyləncə sənayesinin 70 faiz payına iddia edir. Grammy sənətçilərinə Thongchai McIntyre, Silly Fools və Loso daxildir. Şirkət musiqi biznesi ilə yanaşı, konsert istehsalı, rəssam menecmenti, film və televiziya istehsalı və nəşriyyatı ilə də məşğul olur.
Ramsar konvensiyası
Ramsar Konvensiyası — xüsusilə su quşlarının yaşayış yeri olduğu üçün beynəlxalq əhəmiyyətə malik bataqlıq ərazilərin qorunması və davamlı istifadəsi üçün beynəlxalq müqavilədir. Su-bataqlıq əraziləri haqqında Konvensiya kimi də tanınır. 1971-ci ildə Konvensiyanın imzalandığı İranın Ramsər şəhərinin adını daşıyır. Hər üç ildən bir konvensiyanı imzalamış tərəflərin nümayəndələri konvensiyanın işinə rəhbərlik etmək və onun işini yaxşılaşdırmaq barədə qərar (qətnamələr və tövsiyələr) qəbul edən və konvensiyanın siyasət aparan orqanı olan "Razılığa gələn Tərəflərin Konfransı" (ing. Conference of the Contracting Parties) (COP) olaraq toplaşırlar. Tərəflər öz məqsədlərini həyata keçirə bilirlər. COP12 2015-ci ildə Uruqvayın Punta del Este şəhərində, COP13 isə 2018-ci ilin oktyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmişdir. 2,331 ərazinin daxili olduğu və 2.1 milyon km2 ərazini əhatə edən "Beynəlxalq Əhəmiyyətli Bataqlıqlar siyahısı" 2018-ci ilin may ayında hazırlandı. Siyahıda ən çox əraziyə malik olan ölkələrə 175 ərazi ilə Birləşmiş Krallıq və 142 ərazi ilə Meksika daxildir. Siyahıya salınmış bataqlıq ərazilərin ən geniş olduğu ölkə təxminən 148,000 km2 ərazi ilə Boliviyadır.
Oramar üsyanı
Oramar üsyanı — 16 iyul 1930-cu ildə başlayan və 10 oktyabr 1930-cu ildə sona çatan, Şeyx Əhməd Bərzaniyə bağlı Molla Hüseyn Şərifin komandanlığı ilə qaldırılmış üsyan. Bu, 500 nəfərlik kürd silahlı qüvvələrinin Dağlıca kəndində yerləşdirilmiş Türkiyə Silahlı Qüvvələri taboruna hücumu ilə başlamışdır. Bəzi kürd tayfalarının Türkiyə qüvvələri ilə eyni tərəfdə vuruşması və Türkiyə Hərbi Hava Qüvvələrinin bombardmanlara başlaması üsyan kürd qüvvələrinin İraqa geri çəkilməsi ilə başa çatmışdır.
Cebel-Şammar
Cəbəl-Şəmmar (ərəb. إِمَارَة جَبَل شَمَّر‎) və yaxud Həil əmirliyi, (إِمَارَة حَائِل) həmçinin Rəşidi əmirliyi (إِمَارَة آل رَشِيْد) — 1830-1921-ci illərdə Ərəbistan yarımadasında mövcud olmuş əmirlik. Əmirlik səudların Nəcd sultanlığı tərəfindən süquta uğradılmışdır. Dövlətin paytaxtı Hail şəhəri olmuşdur. Əmirlik Rəşidi sülaləsi tərəfindən idarə edilmişdir. Əmirlik hazırkı Səudiyyə Ərəbistanı, İraq, Küveyt və İordaniya dövlətlərin ərazisini əhatə etmişdir. == Tarixi == 1818-ci ildə misirlilər Səudların Dəriyyə əmirliyini süquta uğratdılar. Səudlardan vassal asılılığında olan Cəbəl-Şəmmar əmirliyində, Əl-Əli və Əl-Rəşid qəbilələri arasında hakimiyyət uğrunda mübarizəsi başladı. 1835-ci ildə Əl-Rəşid qəbiləsi üzvləri Abdulla və Ubeyd qardaşları Cebel-Şəmmarda hakimiyyəti ələ keçirərək Əmir Saleh ibn Abd Muhsini öldürdülər. Eyni zamanda, qardaşlar özlərini hakimiyyət uğrunda mübarizədə onlara kömək edən Səud əmiri I Faysalın vassalı olaraq elan etdilər.
Qrimuar
Qrimuar (fr. Grimoire) və ya qrimoriya (fr. Grammaire) — cinləri çağırmaq üçün istifadə olunan sehrli proseduralar (magiya) və ovsunları təsvir etdiyi, ümumiyyətlə cadugərlik reseptlərini tərif etdiyi güman edilən orta əsrlərə aid kitab. Əksər hallarda, kitabların özündə sehrli qüvvələrin olduğuna inanılır. Buna baxmayaraq, Quran kimi qrimuar hesab edilməyən digər müqəddəs kitabların fövqəltəbii keyfiyyətə xas olduğu fərz edilir. Qrimuar içərisində yazılan mətnlər sadəcə ovsunlar, rituallar, sehrli alətlərin hazırlanma üsulu və sehrli proseduraların həyata keçirilməsi üçün lazım olan komponentlərin siyahısı aiddir. Qrimuar termini Avropa mənşəlidir və tarix boyu seremonial sehrbazlar tərəfindən istifadə edilib. Buna baxmayaraq, tarixşünas Ouen Devis qeyd edir ki, bu növ kitablara dünyanın hər yerində rast gəlmək olar. Devis, Ouen. Grimoires: A History of Magic Books (ingilis).
Muammar Z.A.
Muəmmər Zainəl Əsyikin (ərəb. معمر زين العاشقين‎; 14 iyun 1954) — İndoneziya əsilli qari və hafiz.
Qamsar
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.
Qrampa
Qrampa, Ziazan — Ermənistanın Üçkilsə rayonunda kənd.
Qamma
Qamma - yunan əlifbasının üçüncü hərfi. Foton şüalanması bu hərflə işarələnir. Betadan sonra gələn hərfdir.