Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Az-Granata
"AZGRANATA" (rəsmi adı: “AZGRANATA” MMC) — Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biri. Azərbaycan Respublikasının Ağsu rayonunda yerləşir. "AzGranata" meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. == Tarixi == “Az-Granata” MMC-nin 2008-ci ildə Ağsu rayonunda 12.5 hektarlıq ərazidə inşasına başlanılmış şirə və şərab emalı zavodunun açılışı 29 oktyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Zavoda 50 milyon manat investisiya qoyulmuş; quraşdırılmış avadanlıq Avropanın aparıcı şirkətlərindən gətirilmişdir. == Məhsulları == "Az-Granata"da istehsal olunan məhsullar bunlardır: Təbii şərablar (ordinar şərablar, saxlanılmış şərablar, markalı şərablar) Xüsusi şərablar (likyor şərabları, ordinar, markalı və kolleksiya şərabları) "Icewine" şərabı, qazlaşdırılmış şərablar Meyvə şərabları (təbii kəmşirin nar şərabları, likyor şərabları, oynaq nar şərabı) Konyaklar (ordinar konyaklar, markalı konyaklar (5, 6, 10, 20 illik)) Meyvə araqları (zoğal, tut, gavalı, alma, üzüm, ərik, nar, muskat) Ətirli tünd içkilər (heyva, tomat, kəklikotu, tərxun); viskilər (5, 6, 7 illik) Vodkalar (xüsusi və premium) Meyvə şirə və kompotları Təbii sular. == İnfrastrukturu və fəaliyyəti == === Zavodu === "Az-Granata"nın zavodu 5,5 hektar sahədə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 m² təşkil edir. Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur.
Qranada
Qranada (isp. Granada) — İspaniyanın tarixi Əndəlüs vilayətində yerləşən şəhər. 1492-ci ilə kimi Qranada əmirliyinin paytaxtı olmuşdur. Əndəlus müsəlmanlarının tikdiyi məşhur Əlhambra sarayı bu şəhərdədir.
Qranat
Qranat qrupu - Ümumi formulu A3B2 [SiO4]3 olan minerallar; burada A = Mg2+, Fe2+, Mn2+, Ca2+, Y3+, nisbətən az Na+, K+; B=Al3+, Fe3+, Cr3+, Mn3+, nisbətən az V3+, Ti3+, Ti4+, Zr4+, TR3+. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Kubik sinqoniya Qessonit – qırmızı rəngli dəmirli qrossulyar; melanit – demək olar ki, tam qara rəngli titanlı andradit; demantoid – rəngi yaşılımtıl-sarıdan zümrüdü — yaşıladək olan andradit və b. Rəng – müxtəlifdir: ağdan qarayadək (göy rəng istisna olmaqla); pirop – qırmızı; almandin – qırmızı, qonuru-qırmızı, qara; spessartin – sarı, narıncı-sarı, tünd-qırmızı; qrossulyar – rəngsiz, açıq-yaşıl; andradit – qonur, yaşıl, qara; uvarovit – zümrüdü-yaşıl; Mineralın cizgisinin rəngi – müxtəlif çalarlı açıq rəngli; Parıltı – yağlı, şuşə, bəzən almaz; Şəffaflıq – yarımşəffaf, bəzən şəffaf; Sıxlıq – 3,50–4,30: piropun – 3,57, qrossulyarın – 3,60, uvarovitin – 3,83, andraditin – 3,87, spessartinin – 4,19, almandinin – 4,30; Sərtlik – 6,5–7,5; Kövrəkdir; Ayrılma – yoxdur; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari, qabıqvari; Bölünmə – bəzən {110} üzrə; Başqa xassələr – dəmirli növlərinin maqnitlik xassəsi vardır; Morfologiya – kristallar: rombododekaedrik və tetraqon-trioktaedrik; İkiləşmə: nadir hallarda {210} üzrə; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, püruzlar. Əsasən uqranditlərlə təmsil olunmuş qranatların ən mühüm yığınları turş maqmatik süxurlarla karbonat süxurlarının (əhəngdaşı və dolomitlərin) endo- və ekzokontakt zonasında kontakt — metasomatik yolla əmələ gəlir. Maqmatik mənşəli qranatlar əsasən piralspitlərə aiddir: pirop ultraəsası süxurlar üçün xarakterikdir; almandin və spessartin isə qranitlərin və qranit peqmatitlərinin tipik minerallarıdır. Metamorfik mənşəli qranatlara ekloqitlərdə, kristallik şistlərdə rast gəlinir. Andradit bəzən hidrotermal damarlarda tapılır. Almandin çökmə süxurların tipik qırıntı mineralıdır. Pirop və almandin dayanıqlı kimyəvi birləşmələr olub, içərisində yerləşdikləri süxurların parçalanması zamanı səpintilərə keçirlər.
Qranada FK
Qranada FK — Qranada şəhərini təmsil edən ispan futbol klubu. Klub 14 aprel 1931-ci ildə Recreativo Granada adı ilə yaradılıb. 1941-ci ildə klub La Liqada debüt etdi və 1959-cu ildə Kral Kubokunun finalına çıxdı və orada "Barselona"ya uduzdu. Ümumilikdə, klub Primerada 17 mövsüm keçirdi ki, sonuncu mövsüm 1975/76-dır. O vaxtdan bəri komanda əsasən Sequnda B-də çıxış edib (33 mövsümdən 22 mövsüm). 2009-cu ildə klub bağlanmaq ərəfəsində idi, lakin Qranada Udineze ilə tərəfdaşlıq müqaviləsi bağlayaraq xilas oldu . Nəticədə, əsasını “Udineze”dən icarəyə götürənlərdən təşkil edən klub Sequndaya, növbəti mövsümdə isə Primeraya yüksələ bildi. 2016/17 mövsümünün sonunda klub İspaniya ikinci divizionuna düşüb. İki mövsümdə yenidən yüksək liqaya qayıda bildi. 2019/20 mövsümü “Qranada” üçün “Vilyarreal”la (4:4) qatil oyunu ilə başladı.
Qranada Konfederasiyası
Qranada Konfederasiyası (isp. Confederacion Granada). Konfederasiyanın ərazisi Mərkəzi və Cənubi Amerika ərazisində yerləşirdi. XIX əsrdə mövcud olmuş dövlət. 1853-cü ildə Yeni Qranada Respublikasında konsitutsiya qəbul edilir ki, bunun sayəsində mərkəzləşdirilmiş dövlət federativ dövlətə çevrilir. 27 aprel 1855-ci ildə Yeni Qranadada ilk federal ştat yaradılır. 11 iyun 1856-cı ildə Antiokiya, ardından 13 may 1857-ci ildə isə Santander kimi ştatlar meydana gəlir. Yeni Qranadanın parcalamasının qarşısını almaq üçün 1857-ci ildə kongres qanun qəbul edir. Bununla da ölkədə Bolivar, Boyaka, Kauka, Kundinamarka və Maqdelena ştatları yaranır. 1858-ci ildə hakimiyyətə konservantlar gəlir.
Qranada Universiteti
Qranada Universiteti (isp. Universidad de Granada) — İspaniyanın Qranada şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1531-ci ildə qoyulmuşdur. Universitetin fakültələri bunlardır: Hüquq fakültəsi; İqtisadiyyat və biznes fakültəsi; Tibb fakültəsi; Əczaçılıq fakültəsi; Psixologiya fakültəsi; Kompüter elmləri fakültəsi; Sosial elmlər fakültəsi; Memarlıq fakültəsi; Mülki inşaat fakültəsi; Xarici dillər fakültəsi; Fəlsəfə fakültəsi; Fizika fakültəsi; Tətbiqi riyaziyyat fakültəsi; Biologiya fakültəsi; Kimya fakültəsi. Universitet zəngin kitabxanaya malikdir. Koimbra qrupunun üzvüdür. Universitetə qəbul olmaq üçün əsas şərt dil bilikləri səviyyəsinin yüksək olmasıdır. İspan dilinin minimal səviyyəsi DBE olmalıdır.
Qranada qətliamı
Qranada qətliamı — 1066-cı ildə Qranada şəhərində yaşayan yerli yəhudiəsilli əhaliyə qarşı törədilmiş qətliam. Hadisə 1066-cı ilin 30 dekabr tarixində (İbrani təqvimlə: 9 Tevet, 4837-ci il) baş vermişdir. Hadisələr İslam hakimiyyətinə tabe olan Əndəlus bölgəsinin Qranada şəhərindəki dövlət sarayında yəhudi əsilli vəzir Yozef ibn Nagrela qarşı sui-qəsd ilə öldürülməsindən sonra şiddətlənmişdir. Yəhudi əsilli vəzirə qarşı törədilmiş hadisədən sonra şəhərdə yaşayan bir çox yəhudi öldürülmüş və yəhudilərə məxsus mülklərə ziyan vurulmuşdur. Yozef ibn Nagrela və ya tarixi mənbələrdə xatırlandığı kimi Yozef ha-Nagid (ivr. ‏רבי יהוסף בן שמואל הלוי הנגיד‏‎ ; ərəb. ابو حسين بن النغريلة‎) Berber hökümdarı Bədis əl-Müzəffərin sarayında vəzir kimi çalışırdı və eyni zamanda Qranada şəhərindəki yəhudi icmasının rəhbəri kimi də tanınmaqda idi. Rabbi Samuel adlı yəhudinin ailəsində dünyaya gələn Yozef ilk təhsili atasından almışdır. Atasının vasitəsilə ivrit dilində yazılmış şeirlərlə tanış olmuş və ivrit ədəbiyyatı ilə daha yaxından maraqlanmağa başlamışdır. Qeydlərinə əsasən 1045-ci ildə atası ilə birlikdə hərbi səfərlərə çıxmışdır.
Qranada əmirliyi
Qranada əmirliyi və ya Bəni Əhmər dövləti — Əndəlus Əməvi dövləti süqut etdikdən sonra Əndəlusda 1233-cü ildə mərkəzi Qranada şəhəri olan Qranada əmirliyi quruldu. Bu dövlət də Əndəlus əməviləri kimi elm sahəsində çox irəli getmiş, dövrün ən yüksək elm mərkəzlərini yaratmışdır. Bunlardan ən əhəmiyyətlisi Qranadada Əlhambra sarayının kitabxanası idi. Qranada əmirliyi uzun müddət xristian istilasına qarşı dayanmışdır. Lakin, Araqon kralı Ferdinand və Kastiliya kraliçası İzabella evlənərək vahid İspaniya dövlətinin təməlini qoydular və müsəlmanlara qarşı birləşdilər. Müqavimət göstərə bilməyən Qranada əmirliyinin son hökmdarı Abdullah Sağir Osmanlı hökmdarı II Bəyaziddən kömək istədi. II Bəyazid qardaşı Cem Sultanla bağlı problem və kifayət qədər donanmasının olmaması səbəbindən bu ölkəyə kömək edə bilmədi. Abdullah Sağir xristian krallarla bir müqavilə bağlayaraq təslim oldu. Şəhəri tərk edən Əndəlus əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu gün "Mavrın son nəfəsi" adı ilə məşhurdur. Bağlanan müqaviləyə və təslim şərtlərınə görə müsəlmanlarla pis davranılmamalı idi.
Qranada müharibəsi
Qranada müharibəsi (isp. Guerra de Granada) — Pireney yarımadası ərazisində xristian və müsəlman hökmdarları arasında qarşıdurmanın 28 fevral 1482-ci ildən 2 yanvar 1492-ci illərə qədərki dövrü əhatə ədən son mərhələsi. Xristianların qələbəsi və Rekonkistanın sonu ilə yekunlaşmışdır. Demək olar on il davam etmiş müharibə davamlı bir proses deyildi, adətən yazda başlayan və qışda kəsilən bir sıra kampaniyalardan ibarət idi. Qranada əmirliyinin əhalisi daxili qarşıdurma və vətəndaş müharibəsi səbəbindən bölünmüşdü, xristianlar isə ümumi çərçivədə birləşmişdilər. Müharibə həm də xristianların artilleriyadan səmərəli istifadəsi ilə xarakterizə olunurdu. Bu, onlara əks halda uzun müddət mühasirəyə alınmalı olan şəhərləri tez bir zamanda ələ keçirməyə imkan verirdi. Müharibə 1492-ci ildə Qranadanın süqutu ilə yekunlaşmışdır. Müharibə II Araqonlu Ferdinand və I Kastiliyalı İzabellanın birgə təşəbbüsü idi. Müharibə üçün qoşunların və vəsaitlərin çoxu Kastiliyadan gəldiyi üçün Qranada Kastiliya torpaqlarına birləşdirilmişdir.
İqor Qrabar
İqor Emmanuiloviç Qrabar (rus. Игорь Эммануилович Грабарь) (25 mart 1871, Buda və ya Peşt[d], Peşt medyesi – 16 may 1960[…], Moskva[…]) — rus postimpressionist rəssam, sənətşünas, maarifçi, incəsənət tarixçisi. SSRİ xalq rəssamı (1956). İqor Qrabar 25 mart 1871-ci ildə Avstriya-Macarıstan İmperiyasının sərhədləri içində olan Macarıstan Krallığının paytaxtı Budapeştdə doğulmuşdur. Ailəsi Slavyan qurtuluş hərəkatının aktiv iştirakçıları arasında idi. Dövlət tərəfindən təzyiq gördüklərindən atası 1876-cı ildə Rusiyaya qaçmaq məcburiyyətində qaldı, 1880-ci ildə həyat yoldaşı və uşaqları da Rusiyaya qaçdılar. İqor Qrabar Moskva kollecinde oxudu. Rəsim təhsilinə burada başladı. 1889-cu ildə girdiyi Sankt-Peterburq Universitetində Hüquq və Filoloji təhsillərini tamamlayaraq 1894-cü ildə məzun oldu. Üniversitet illərində müxtəlif jurnallarda yumoristik qısa hekayələr yazaraq şəkillər çəkdi.
Yeni Qranada Respublikası
Yeni Qranada Respublikası (isp. República de la Nueva Granada).Mərkəzi və Cənubi Amerikanın bir hissəsini əhatə edən və XIX əsrdə mövcud olmuş dövlət. Onun ərazisinə Panama, Kolumbiya, üstəlik Ekvadorun və Venesuelanın ərazilərinin bir hissəsi daxil idi. 1830-cı ildə Böyük Kolumbiya Respublikası dağılır. 1831-ci ildən dağılmış dövlətin yerində yeni dövlətlər meydana gəlir: Ekvador,Venesuela və Yeni Qranada dövləti. 29 fevral 1832-ci ildə Milli konventə üzv olan Antokiya, Barbakoas, Kartaxena, Mompas, Neyva, Pamplona,Panama, Posta, Popayan, Sokorro, Tuxna, Veles və Veraquas bölgələri yeni konsitutsiyanı qəbul edirlər. Bu konsitutsiya görə dövlət Yeni Qranada Respublikası elan edilir. 1839-cu ildə ölkədə vətəndaş müharibəsi başlayır. İlk əvvəl bu müharibə daxili xarakter daşısada sonradan prezident Xose İqnasio de Markes kömək üçün Ekvadora müraciət etməsi ilə müharibənin xüsusiyyəti dəyişir. Üstəlik prezident köməyin əvəzinə Ekvadora ərazi vəd edirdi.
Kolinda Qrabar-Kitaroviç
Kolinda Qrabar-Kitaroviç (xorv. Kolinda Grabar-Kitarović) — Xorvatiya Respublikasının 4-cü prezidenti. 19 fevral 2015-ci ildən etibarən vəzifələrini icra etməkdədir. İki uşağı var.