GRAPH

n qrafik, diaqram, əyri; ~ paper millimetrlik kağız

GRAPE-VINE
GRAPHIC
OBASTAN VİKİ
EGA (Enhanced Graphics Adapter)
EGA (ing. Enhanced Graphics Adapter – Təkmilləşdirilmiş qrafiki adapter) — öz xarakteristikasına görə (rəngli) CGA və VGA arasında yerləşən, IBM PC üçün monitor və videoadapterlərin standartıdır. IBM firması 1984-cü ilin avqustunda IBM PC/AT fərdi kompüterinin yeni modeli üçün EGA standartını buraxıb. EGA videoadapteri 16 rəng və 640×350 keyfiyyətini dəstəkləyir. Videoadapter MC6845 Motorolasının videokontrolleri və BİOS-un qrafiki funksiyalarının genişləndirilməsi üçün 16kB PZU ilə təchiz olunub. EGA adapteri 640×350 keyfiyyətini dəstəkləməsi zamanı mümkün 64 rəngdən (hər biri 2 bit olmaqla qırmızı, yaşıl və göy tərkibli) 16-nı eyni vaxtda istifadə etməyə imkan verir. EGA həmçinin qrafiki dəstəkli, 16 rəng keyfiyyətli CGA-in 640×200 və 320×200 keyfiyyətini dəstəkləyir; bu zaman yalnız CGA palitrasındakı rənglərdən istifadə etmək olar. EGA standartı CGA ilə tam uyğunlaşmasa da, CGA-in ilkin rejimləri EGA tərəfindən dəstəklənir. EGA şəkilləri MDA monitorlarında ekrana çıxara bilər, bu imkan platadakı dəyişdiricilərin köməyilə əldə olunur, bu vaxt yalnız 640×350 keyfiyyət rejimi mümkündür. EGA platası ISA şininə 8 bit variantından başlayaraq qoşulur.
Graphical Kernel System
Graphical Kernel System (GKS) – kompüter qrafikasının beynəlxalq standartı; Amerika Milli Standartlar İnstitutu (ANSI) və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən rəsmən tanınır. GKS qrafik görüntülərin təsviri, manipilyasiyası, saxlanması və ötürülməsinin standart üsullarını proqramçıların ixtiyarına verən interfeysdir. GKS aparat deyil, tətbiqi səviyyədə fəaliyyət göstərir və ayrı-ayrı qurğularla deyil, “məntiqi işçi stansiyalarla” – giriş və çıxış qurğularının kombinasiyaları ilə (məsələn, klaviatura, siçan və monitor) işləyir. Bunun sayəsində görüntüləri müxtəlif qurğular vasitəsilə daxil etmək və çıxarmaq olar və onları heç bir çətinlik çəkmədən ötürmək olar. 1978-ci ildə buraxılmış GKS standartı ilkin olaraq ikiölçülü qrafiklərin emalı üçün nəzərdə tutlmuşdu; sonrakı GKS-3D modifikasiyasında üçölçülü qrafiklərlə işləmək imkanları yarandı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Graphistylis
Graphistylis (lat. Graphistylis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Graphistylis argyrotricha (Dusén) B.Nord. Graphistylis cuneifolia (Gardner) B.Nord. Graphistylis dichroa (Bong.) D.J.N.Hind Graphistylis itatiaiae (Dusén) B.Nord. Graphistylis oreophila (Dusén) B.Nord. Graphistylis organensis (Casar.) B.Nord. Graphistylis serrana (Zardini) B.Nord. Graphistylis toledoi (Cabrera) B.Nord.
HD GRAPHICS 2500
Video Graphics Array
Video Graphics Array və ya qısaca VGA — 2 aprel 1987-ci ildə İBM şirkəti tərəfindən istehsal edilən ekran standartı. VGA standartı ilk olaraq İBM PS/2 sistemlərində mikrosxem dəsti olaraq istifadə edilmişdir. VGA PC oxşar istehsalına uyğun sonuncu İBM qrafik standartı idi, hansı ki, faktiki olaraq, bütün mövqelərdə 1990PC qrafik standartı gözlənilmədən həyata keçdi. Bu İBM genişləndirilmiş qrafik standartı tərəfindən rəsmi təqib idi. Çoxlu müxtəlif yeniliklər sayəsində VGA-nın təkmilləşdirilmiş forması SVGA (Super VGA) hazırlandı. Bu gün VGA analoq interfeysi 1080p və daha yüksək qətiyyətli videolar üçün istifadə olunur. Burada şəkil keyfiyyətinin deqradasiyası kabelin keyfiyyətindən və uzunluğundan asılıdır. VGA hər iki növ bütün ünvanlı nöqtəli qrafik rejimi və alfasayısal yazı rejimini dəstəkləyir. Standart qrafik rejimləri bunlardır: 640x480–16 rəng və ya tək rəng 640x350 və ya 640x200–16 rəng və ya tək rəng 320x200–4 və ya 16 rəng 320x200–256 rəng 640x480(16 rəng) və 320x200(256 rəng) rejimlər tam şəkildə palitraları müəyyən edir. Yüksək qətiyyətli və başqa ekran rejimləri də mümkündür.
İntel hd graphics 2000
Grapholita
Meyvəyeyən (lat. Grapholita) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yarpaqbükənlər fəsiləsinə aid heyvan cinsi.
Grapholita molesta
Şərq meyvəyeyəni (lat. Grapholita molesta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yarpaqbükənlər fəsiləsinin meyvəyeyən cinsinə aid heyvan növü. == Xarici quruluşu == Şərq meyvəyeyəninin kəpənəyinin qanadlarının açılmış halda ölçüsü 12-14 mm olmaqla rəngi bozumtul-qonurdur. Ön qanadlarının qabaq kənarlarında dırnaq şəkilli 7 cüt ağ ləkə, arxa kənarlarında isə 7 cüt qara ləkə vardır. Arxa qanadları bozumtul qonur olmaqla, bürünc kimi parlaqdır, saçaqlı haşiyələrlə örtülüdür. Bığcıqları sapvaridir, üzərində nazik nəzərə çarpacaq dərəcədə halqalar vardır. Qarıncığın alt tərəfi ağ rəngdə, üst tərəfi isə boz-qonur rəngdədir. Yumurtaları oval şəkildə olub, uzunluğu 0,4-0,5 mm, eni isə 0,15 mm-dir. İlk əvvəl ağ rəngdə olan yumurtalar 2-3 gündən sonra çəhrayı-narıncı rəngə çalır. Tırtılı birinci yaşda ağımtıl-süd rəngində, 4-5-ci yaşda isə çəhrayı ağımtıl rəngdə olmaqla uzunluğu 11 mm-dir.