Grus

der; -es, - kül, kömür külü
Gruppierung
gruselig
OBASTAN VİKİ
Grus grus
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Grus
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Grus japonensis
Yapon durnası (lat. Grus japonensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Uzaq Şərq və Yaponiya ərazisində yayılmış nadir növ. Onların ümumi sayı 1700–2000 baş olaraq qiymətləndirilir. Tamamən yoxa çıxması təhlükəsi qarşısında olmuşdur. Bu səbəbdən Beynəlxalq və yerli qanunlarla qorunur. XX əsrin üçüncu yarısında yapon durnası artıq Hokkoyda adasında geniş əraziyə yayıldıqdan sonra artıq qonşu Saxalin, Kunaşir, Habomai adalarında da görünməyə başlayır. == Təsviri == Ən böyük durna növlərindən biridir. Boyu 158 sm, çəkisi 7,5 kq-dır. Xariçi görünüş baxımından digər durna növlərindən fərqlənir.
Grus leucogeranus
Ağ durna (lat. Leucogeranus leucogeranus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin leucogeranus cinsinə aid heyvan növü. == Kateqoriyası == Azərbaycanda heç bir mənfi təsirə məruz qalmadan həmişə kritik vəziyyətdə olub. == Qısa təsviri == Boyu 140 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 2,1-2,3 m, kütləsi 5-8,6 kq-dır. Ümumi rəngi ağ, qanadlarının ucu qara, ayaqları çəhrayı rəngdədir. Erkək fərd dişidən azca iri və dimdiyi nisbətən uzundur. == Yayılması == Miqrasiya zamanı və bəzən qışda Xəzər sahili boyu, iri daxili su-bataqlıq sahələrinin dayaz sularında müşahidə olunur. Hər il eyni yuvalama və qışlama yerlərinə qayıdırlar. Oktyabr ayında Azərbaycandan keçir. Şirvan MP-də müntəzəm qeydə alınır.
Grus nigricollis
Qaraboyun durna (lat. Grus nigricollis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. Çin və Hindistanın Tibet yaylası ərazisində yayılmışdır. Alp qurşağında müşahidə edilən yegahə durna növüdür. Bu nadir quş Beynəlxalq Qırmızı kitaba daxil edilmişdir. Onların ümümi sayı 5000–6000 arasında dəyişir. Bu quşlar ilk dəfə 1872-ci ildə Nikolay Prjevalski tərəfindən təsvir edilmişdir. O, onları Kukunor göü ətrafında müşahidə etmişdir. Təbiətdə bu növ durnalar 20–30 il yaşaya bilirlər. == Təsviri == Nəhəng quş 115 sm hündürlüyə və 5,35 kq çəkiyə sahibdirlər.
Grus turfa
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
Grus vipio
Antigone vipio (lat. Antigone vipio) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin antigone cinsinə aid heyvan növü. Bu növ durnalar Şərqi Asiya ərazisində yayılmışdır. Nadir növ sayılır. Ornitoloqların hesablamalarına görə onların sayı 4900–5300 başdır. Beynəlxalq və yerli qanunlarla qorunur. == Təsviri == Quşun uzunluğu 190 sm, çəkisi 5,6 kq. Ayağında çəhrayı nöqtələr və boynunda az zolaqlar olan yeganə durna növüdür. Göz ətrafında qırmızı həlqə vardır. Erkək və dişi fərdlər arasında kəskin fərqlər olmasada erkəklər nisbətən iri olur.