gündə
gündəlik
OBASTAN VİKİ
Gündəcələr
Gündəcələr (lat. Ephemeroptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin qədimqanadlılar şöbəsinə aid heyvan dəstəsi. == Xarici quruluşu == Gündəcələr qanadlı cücülərin qədim və ən ibtidai nümayəndəsidir. Qanadları zərifdir, arxa qanadları yoxdur. Torlu və şəffaf qanadlarının sayı 2 cütdür. Bunların üzərində çoxsaylı uzununa və eninə zərif damarlar var. Bu əlamətinə görə onu başqa cücülərdən fərqləndirmək asandır. Bığcıqları çox nazik, qısa və qılşəkilli olub, iki qısa və yoğun əsas buğumdan və nazik qıllardan ibarətdir. Yaşlılarda ağız orqanları reduksiya olunmuşdur, onlar qidalanmırlar. Gözləri iri, mürəkkəbdir, üç sadə gözcüyü var.