GÜZAR
GÜZƏM
OBASTAN VİKİ
Güzdək
Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Qəsəbə 1959-cu ildə neft yataqlarının istismar edilməsi ilə əlaqədar olaraq salınmışdır. Qəsəbənin ərazisi Abşeron kəndlərinin qışda qoyun saxladıqları yer olmuşdur. Buradakı ağıllar (yerli əhali arasında xəmbək adlanır) indi də qalmaqdadır. Oykonim türk dillərində geniş yayılmış guz/kuz (payız) sözündən və məkan bildirən -dək/lək şəkilçisindən ibarət olub, "payız otlağı, payız binəsi, payızlıq" deməkdir. == Əhalisi == Əhalisi 2400 nəfərdir. (2008).
Aşağı Güzdək
Aşağı Güzdək — Azərbaycan Respublikasının Abşeron rayonunun Ceyranbatan inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi Ceyranbatan qəsəbə Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Aşağı Güzdək qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Əvvəllər Güzdək dəmir yol stansiyası yanında qəsəbə adlandırılmışdır. 1965-ci ildən qəsəbənin adı indiki kimi rəsmiləşdirilmişdir. Oykonim yaşayış məntəqəsinin coğrafi movqeyi ilə bağlı yaranmışdır. Oykonimin ikinci komponenti güzlək (payız otlağı) sözünun tələffüz formasıdır. == Coğrafiyası və iqlimi == Rayon mərkəzindən 8 km şimal-qərbdə, Güzdək dəmiryolu stansiyasından 600 m aralıdır.
Güzdək bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Güzdək bələdiyyəsi
Abşeron bələdiyyələri — Abşeron rayonunda fəaliyyət göstərən bələdiyyələr. Abşeron rayonu ərazisində fəaliyyət göstərən 15 bələdiyyə var. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Güzdək Bozdağı palçıq vulkanı
Güzdək Bozdağı palçıq vulkanı — Güzdək qəsəbəsindən 6 km qərbdə yerləşir. Abşeron yarımadasının ən iri orfoqrafik vahidlərindən biri hesab edilir. Vulkan təpəsi yastı səthli kəsik konus şəklindədir. Brekçiya əsasən, Paleosen, Eosen, Oliqosen-Miosen və qismən üst Təbaşir mənşəli bərk süxurlardan ibarətdir. Sahənin şimal-şərq hissəsində qaç və palçıq püskürən, paraçit çıxışların əmələ gətirdiyi 27 sopka yerləşir. Palçıq vulkanı sahəsinin geoloji quruluşunda Abşeron, Ağcagil mərtəbəsi və Məhsuldar qat çöküntüləri iştirak edirlər. Brekçiya örtüyü göstərir ki, vulkan bir neçə dəfə püskürmüşdür. Qıvrılan uçun dil şəklindəki püskürmənin uzunluğu bir kilometrədək uzanır. Yerli sakinlərin məlumatlarına görə vulkanın keçən əsrdə baş vermiş iri püskürməsi çamanı yaxınlıqda olan 6 çoban, 2000-dən çox mal-qara həlak olmuşdur. Ətrafı işıqlandıran güclü alovun şüaları 10 km məsafədən görünürmüş.

Значение слова в других словарях