GÜZƏŞTƏ
GÜZİN
OBASTAN VİKİ
Tarix-i güzidə
Tarix-i güzidə və ya Tarix-e qozide (fars. تاریخ گزیده‎; "Seçilmiş tarix") — Həmdullah Qəzvini tərəfindən yazılmış və 1330-cu ildə tamamlanan İslam tarixinin dünyanın yaradılmasından 1329-cu ilə qədərki hissəsini əhatə edən əsər. Quru, sadə üslubda yazılmış və Qiyasəddin ibn Rəşidəddinə həsr edilmişdir."Tarix-i güzidə" çox məşhur olmuşdur və onun çoxlu nüsxələri mövcud idi. Onların çoxuna Avropa kolleksiyalarında rast gəlinirdi. 1903-cü ildə Jül Qantin tərəfindən qismən fransız dilinə tərcümə edilmişdir. Eduard Qranvil Braun 1910-cu ildə tam nəşrini və 1913-cü ildə qısaldılmış ingilisdilli versiyasını nəşr etmişdir. 1960-cı ildə Əbdülhüseyn Nəvai "Tarix-i güzidə"nin tam versiyasını nəşr etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Babaie, Sussan. Iran After the Mongols. Bloomsbury Publishing.