Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bədəxşan
Bədəxşan(Puştu/fars. بدخشان‎, tac. Бадахшон, rus. Бадахшан, (çin.), "Bədax dağları" anlamında, Min sülaləsi dövründə Çin adı - 巴丹沙)—Tarixi vilayət. == Tarixi == Əfqan Türkistanı olaraq da bilinən bölgənin şimalında Amudərya, cənubunda Hindukuş dağları, şərqində Şərqi Türkistan, qərbində isə Kunduz çayıdır. Qismən dağlıq görünüşdə yüksək bir yayla olan Bədəxşanın ən hərəkətli kəsimi və ən canlı ticarət sahəsi Gökçəsu (Kökçəsu) vadisidir. Öncələri Bədəxşan adının də bu vadidə çox olduğu söylənən bədaxş/bəlaxş (Fr. balais, İng. balas) adındakı çəhrayı yaqutdan (ləl-i Bədaxşi, ləl-i Bədaxşani) gəldiyi irəli sürülmüşsə də daha sonra bunun əksinin söz mövzusu olduğu və daşın adını buradan aldığı görüşü qüvvət qazanmış , son illərdə isə kəlimənin Sasanilərn bədaxş/badaxş (Pəhləvicə bidaxş “müfəttiş, yüksək hakim”) ünvanından törəndiyi təsbit edilmişdir . Bədəxşan adı ilk dəfə VII-VIII əsrlərə aid Çin qaynaqlarında Po-to Chang-na şəklində keçir.
Bədəxşan vilayəti
Bədəxşan vilayəti (puşt. د بدخشان ولایت , translit. Bədəxşan vilayət, fars. ولایت بدخشان‎, translit. Vilayət-i Bədəxşan) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Sahəsi 44.059 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən əhalisi 860.3 min nəfər, inzibati mərkəzi Feyzabad şəhəridir. == Vilayətin inzibati quruluşu == Vilayət inzibati cəhətdən 13 rayona bölünür. == Əhalisi == Vialyətin əhalisi əsasən taciklərdən və özbəklərdən həmçinin az sayda qırğızlardan, uyğurlardan ibarətdir. Vilayətin Darvaz rayonunun əhalisini etnik farslar olan darvazi tayfası və Hind-Avropa dil ailəsinin Hind-İran qrupuna aid təngşevi tayfası təşkil edir. Qırğızlar Bədəxşan vilayətinin Vahan rayonun Böyük Pamir kəndində yaşayırlar və sayları təxminən 4 min nəfərdir.
Bədəxşan xanlığı
Bədəxşan xanlığı (fars. هانیگاریا بدخشان‎) — XVII—XIX əsrlərdə Əfqan Türkistanında mövcud olmuş, sonradan Əfqanıstan Əmirliyinə birləşdirilən özbək dövlətidir. İlk hökmdar Yarbek xan, sonuncu özbəklərin Yaridlər sülaləsindən olan Cahandar şah idi. == Tarixi == XV əsrdə Bədəxşan Teymurilər imperiyasının tərkibində idi. XVI əsrdə Şeybanilərin özbək sülaləsinin nümayəndələri bu əraziyə iddia etməyə başladılar. Şeybanilərin Teymurun nəsli ilə sonrakı mübarizəsi burada gah birinin gah digərinin uğuru ilə keçdi. Bədəxşan, nəhayət, II Abdulla xan (1583-1598) tərəfindən sonunculardan geri alındı . == Özbək hakimiyyəti altında == 1584-cü ildə II Abdulla xan Bədəxşanın yalnız qərb hissəsini ələ keçirə bildi. Geri alınan ərazi Əbdülmömin xanın mirasına daxil edildi. Lakin Bədəxşanın şərq hissəsi hələ də Süleyman-şah və onun övladlarına məxsus idi.
Dağlıq Bədəxşan Muxtar Vilayəti
Dağlıq Bədəxşan Muxtar Vilayəti (tac. Вилояти Мухтори Кӯҳистони Бадахшон) — Tacikistan Respublikası ərazisində yerləşən muxtar vilayət. 15 avqust 1923-cü ildə Pamirdə Sovet hakimiyyəti bərqarar olduqdan sonra Türkistan Muxtar Sovet Sosialist Respublikası, Fərqanə vilayətinin tərkibinə Pamir Pamir dairəsi daxil edilir. 1925-ci ilin 2 yanvar tarixində SSRİ MİK Tacikistan Muxtar Sovet Sosialist Respublikası tərkibində Dağlıq Bədəxşan Muxtar Vilayətini təsis edir. 1929-cu ilin 16 oktyabrında Tacikistan SSR adı ilə SSRİ tərkibinə daxil edilir. 5 dekabr 1936-cı ildə adı Dağlıq Bədəxşan Muxtar Vilayəti olaraq dəyişdirilir. 4 avqust 1967-ci ildə təsərrüfat və mədəniyyət sahəsində tikintilərdə uğurlarına görə Lelin ordeni, 1972-ci ildə isə Xalqlar dostluğu ordeninə layiq görülmüşdür. DBMV şimaldan Qırğızıstan, şərqdən Çin, cənub və qərbdən Əfqanıstanla sərhədə malikdir. Vilayətin ərazisi 64 100 km² (Tacikistan ərazisinin 44,9 %) təşkil edir. Vilayətin inzibati mərkəzi Xoroq şəhəridir.
Bədəlan
Bədəlan — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Məlumat == Masallı rayonu Bədəlan kənd inzibati ərazi dairəsi mərkəzi Bədəlan kəndi olmaqla Bədəlan, Çayqıraq, Aşurlu və Dəmirçi kəndlərini əhatə edir. Kənd paytaxtdan 244 km və rayon mərkəzindən 11 km məsafədə yerləşir. Bədəlan kəndinin və bu toponimin yaranması haqqında mülahizəyə görə kənd sakinləri Lerikin Barzavu kəndindən hazırda yaşadıqları məkana köçüb gəlmiş Bədəl adlı bir şəxsin başçılıq etdiyi tayfanın nümayəndələridirlər və bu kənd adı da bu şəxs adı ilə bağlı yaranmışdır.[mənbə göstərin] == Əhalisi və coğrafi mövqeyi == Bədəlan kəndi respublikanın cənub-şərqində - Lənkəran ovalığında yerləşir, o rayonun Xıl, Sirəbil, Musaküçə, Kolatan, Lürən, Qızılavar, Xanəlion, Babaser, Mollaoba, Məmmədoba kəndləri və Boradigah qəsəbəsi ilə həmsərhəddir. Masallı-Boradigah şose yolunun 11-ci kilometrliyində yerləşir. Bədəlan kəndinin sahəsi 382 ha, Çayqıraq kəndinin sahəsi 260 ha, Aşurlu kəndinin sahəsi 289 ha, Dəmirçi kəndinin sahəsi 340 ha olmaqla kənd ərazi dairəsinin ümumi sahəsi 1271 hektardır. 2017-ci ilin əvvəlinə olan məlumata görə Bədəlan kəndinin əhalisi 2598 nəfər, Çayqıraq kəndin əhalisi 1554 nəfər, Aşurlu kəndinin əhalisi 2094 nəfər, Dəmirçi kəndin əhalisi 2190 nəfər olamqla ümumilikdə kənd ərazi dairəsində 8436 nəfər yaşayır. Kənddə 1936 ev təsərrüfatların olmaqla 1230 fərdi yaşayış evi və 2 ümumi yaşayış binası vardır.[mənbə göstərin] == İnfrastruktur == Bədəlan kənd inzibati ərazi dairəsi dövlət əhəmiyyətli avtomobil yolunun üstündə yerləşməklə əhətə etdiyi bütün kəndlələ asfalt yollarla birləşdirilmişdir. Bədəlan kənd inzibati ərazi dairəsində Poçt Şöbəsi (İndeks: AZ4412) və 1104 yerlik EATS (Kod: 62/63) fəaliyyət göstərir. Geniş zolaqlı internetdən itifadə edən abonentlərin sayı 520 nəfərdir.
Sergey Bədəlyan
Sergey Qriqoryeviç Bədəlyan (erm. Սերգեյ Գրիգորի Բադալյան, rus. Сергей Григорьевич Бадалян; 4 iyul 1947, İrəvan, Ermənistan SSR – 25 noyabr 1999, Moskva) — Ermənistan fiziki, siyasətçisi və dövlət xadimi, 1992–1999-cu illərdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1996-cı və 1998-ci illərdə Ermənistan prezidentliyinə namizəd. == Həyatı == Sergey Qriqoryeviç Bədəlyan 4 iyul 1947-ci ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1965–1970-ci illərdə İrəvan Politexnik İnstitutunun Texniki Kibernetika fakültəsində riyaziyyat mühəndisi ixtisası üzrə təhsil almışdır. Bədəlyan 1970–1973-cü illərdə İrəvan Politexnik İnstitutunda assistent işləmişdir. O, 1973–1980-ci illərdə Dubnadakı Birgə Nüvə Tədqiqatları İnstitutunda riyaziyyatçı mühəndis olmuşdur. Bədəlyan 1980–1982-ci illərdə İrəvan Fizika İnstitutunda tədqiqat qrupunun rəhbəri olmuşdur. O, 1982–1991-ci illərdə İrəvan Fizika İnstitutunun İPK Komitəsinin katibi olmuşdur. Bədəlyan 1991-ci ildə Ermənistan Kommunist Partiyası (EKP) İrəvan Şəhər Komitəsinin birinci katibi olmuşdur.