HƏBİL

meh, yel, nəsim (Adəm peyğəmbərin oğlunun adı).
HƏBİBULLA
HƏBİŞ
OBASTAN VİKİ
Həbilkənd
Bulaqlı (Həbilkənd) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Zəngibasar (Masis) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənubda yerləşir. 1969 - cu ilə kimi, Zəngibasar (Masis) rayonu təşkil edilənədək, Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Toponim X əsrdə yaşamış yağma türk tayfasının bir boyunu təşkil edən bulaq etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib «bulaq tayfasına məxsus yaşayış yeri» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı 1920-ci ildə dəyişdirilib Həbilkənd, sonra yenidən dəyişdirilib Kalinin qəsəbəsi qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 85 nəfər, 1873 - cü ildə 183 nəfər, 1886-cı ildə 222 nəfər, 1897-ci ildə 234 nəfər, 1908-ci ildə 256 nəfər, 1914 - cü ildə 376 nəfər, 1916-cı ildə 228 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş, yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri 1923-25-cı illərdə ata yurdlarına dönə bilmişdir. Burada 1926-cı ildə 36 nəfər, 1931-ci ildə 75 nəfər azərbaycanlı yaşamışdır.