HAMİD

həmd edən; tərif söyləyən.
HAMİ
HAMİDƏ
OBASTAN VİKİ
Hamid Azayev
Hamid Hadidoviç Azayev (5 mart 1948, Novopokrovski rayonu, Krasnodar diyarı) — Teatr və kino aktyoru. X.Nuradilov adına Çeçenistan Dövlət Dram teatrının aktyorudur. Çeçen-İnquş MSSR-in əməkdar artisti, Çeçenistanın xalq artistidir. == Həyatı == 5 mart 1948-ci ildə Qazaxıstanın Semipalatinsk vilayətinin Novopokrovski rayonunun Alekseyevka kəndində anadan olmuşdur. 1967-ci ildə Çeçen-İnquş MSSR-in Dışne-Vedeno kəndində orta məktəbi bitirmişdir. 1973-cü ildə Rusiya Teatr İncəsənəti İnstitutunu bitirmişdir. Həmin ildən indiyə kimi Çeçenistan Dövlət Dram teatrında işləyir. == Filmoqrafiya == Babək (film, 1979) Birisigün, gecəyarısı...
Hamid Kərzai
Hamid Karzai (d. 24 dekabr 1957), 2004-cü ildən Əfqanıstanın prezidenti. Talibandan sonras ilk prezidenti. Paştun mənşəlidir. 2001–2004-cü illər arasında xalq tərəfindən çox sevilən Karzai, 2004-cü il seçkiləri sonrası dövrdə rəhbərlikdə korrupsiyanın artması, ölkə miqyasında Taliban və Əl Qaidə xadimlərinin təkrar güc qazanmasıyla birlikdə həm Karzai'nin hökumətinə qarşı həm də ölkənin gələcəyinə qarşı bir şübhə və inamsızlıq mühiti yarandı. Həmid Karzai 2009-ci il noyabr ayında ikinci dəfə prezident seçilmişdir.
Nima Ərkani Hamid
Nima Ərkani Hamid (ing. Nima Arkani-Hamed; 5 aprel 1972, Hyuston, Texas) — İran əsilli Amerika-Kanada nəzəri fiziki. Ərkaninin valideynləri Iran və Təbriz şəhərinin əhalisindəndirlər.
Əbdülhaq Hamid Tərxan
Əbdülhaq Hamid Tərxan — Türk ədəbiyyatının nümayəndlərindən biri, şair Əbdülhaq Hamid Tərxan 1852-ci ildə anadan olmuşdur. 1937-ci ildə vəfat etmişdir. Əbdülhaq Hamid XIX əsrin ikinci yansı — XX əsrin birinci yansmda Türkiyənin ən böyük şairlərindəndir. Türkiyə ədəbiyyatma Şinasinin, Ziya Paşanm, Namiq Kamalm gətirdiyi yenilikləri davam etdirmək yoluyla gedən Ə. Hamid bu yeniləşmədə daha yüksək zirvəiərə qalxmış, türk şerini həm məzmun, həm formaca zənginləşdirmişdir. Divan ədəbiyyatı ənənələrindən bəhrələnən, hətta şerlərini ərəb-fars tərkibləriylə qəlizləşdirən Hamid eyni zamanda Qərb ədəbiyyatımn da bir çox dəyərlərini yaradıcı surətdə mənimsəmiş, türk poeziya və dramaturgiyasmda yeni bir səhifə açmışdır. XX əsrin əvvəllərində Hamid sənəti Azərbaycan ədəbiyyatma, özəlliklə Hüseyn Cavid kimi müqtədir bir sənətkann yaradıcılığma təsir göstərmişdir. Gənc yaşlarmda itirdiyi həyat yoldaşmın xatirəsinə həsr etdiyi "Məqbər" poeması şairin şah əsərlərindən, ümumtürk ədəbiyyatının poetik zirvələrindəndir. Böyük şair Əbdülhaq Hamid Tərxan Qərbin, xüsusilə, Fransa ədəbi mühitinin təsiri ilə "Sənət sənət üçündür!" deyir, bu inamla yazıb-yaradırdı.
Əbu Hamid Türka
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
Əbu Hamid Türkə
Əbu Hamid Sədrəddin Məhəmməd Türka- 13-cün əsrin sonlarında və 14-cü əsrin əvvəllərində yaşayan və Türka İsfahani ailəsinin və soyunun ilkinci görkəmli şəxsi olan türk alim və müəllif.Soyun adı Əbu Hamedin babasına aiddir ki Xucənddən İsfahana köçmüş türk idi.
Əbu Hamid əl-Qəzali
Əbu Hamid əl-Qəzali (daha dəqiqi: Qəzzali), tam adı Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzali (ərəbcə: ابو حامد محمد بن محمد الغزالى, qısaca: الغزالى); 1058 və ya təq. 1056, Tus – 19 dekabr 1111, Tus) — müsəlman teoloqu, filosofu, sufisi. Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi.
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı
Hamid Kərzai adına Beynəlxalq Hava Limanı (puşt. د حامدکرزی نړيوال هوائي ډګر, dəri میدان هوائی بین المللی حامدکرزی) — Əfqanıstanın Kabil şəhərində yerləşən beynəlxalq aeroport. Kabilin mərkəzindən 5 km uzaqlıqda yerləşir. 2014-cü ildə hava limanına Əfqanıstana 2001-2014-cü illərdə rəhbərlik etmiş Hamid Kərzainin adı verildi. == Haqqında == 1960-cı ilin əvvəllərində inşa edilmişdir. SSRİ-nin Əfqanıstana müdaxilə etdiyi dövrdə (1979-1989-cu illər) hava limanı Qızıl Ordu tərəfindən tam nəzarətə alınmışdı. SSRİ-nin Əfqanıstandan çəkilməsindən sonra aeroport SSRİ-ni dəstəkləyən qüvvələrin nəzarətində qaldı. 2001-ci ildən sonra hava limanı ABŞ Ordusu, NATO və NATO-nun tabeliyində olan BTDQ-nin nəzarəti altına düşdü. 2002-ci ildən sonra BMT hava limanına tətbiq etdiyi sanksiyaları aradan qaldırdı və bundan sonra hava limanından mülkü uçuşlara icazə verildi. 2021-ci ildə Kabilin Taliban tərəfindən ələ keçirilməsindən sonra mülki uçuşlar ləğv edildi.
Hamidi
Hamidi (1407, İsfahan – 1485, Konstantinopol) — azərbaycanlı şair, XV əsr Azərbaycan ədəbiyyatının nümayəndələrindən biri. == Həyatı == Hamidi türk,fars və ərəbcə müxtəlif janrda şeirlər yazan şair həm də tarixçi idi. "Təvarixi-ali-Osman" adlı elmi əsərin müəllifidir. Geniş oxucu kütləsini nəzərə alaraq "Cami-süxənquy" əsərini yazmışdır.Onun ən böyük xidməti anadilli şeirin inkişafına yardımçı olmasıdır. Onun şeirlərində artıq Füzuli ənənələri yoxdur. 1407-ci ildə İsfahanda anadan olmuş, ilk təhsilini burada alaraq şair kimi yetişmişdir. 20 yaşından etibarən ömrünün 30 ilini səyahətlərdə keçirmişdir. Bu haqda özünün "Həsbi-halnamə" əsərində məlumat vermişdir.Hamidi Azərbaycanda mükəmməl mədrəsə təhsili aldıqdan sonra Fateh dövründə, 1455–1456-cı illərdə Osmanlıya getmişdir. Fars və türk dilində yazdığı şeirləri ilə sarayın diqqətini cəlb etmişdir. 20 il Fateh Sultan Mehmetin sarayında yaşayan şair bu barədə "Vəsf-halnamə" əsərində məlumat vermişdir.
Hamidu Keyta
Hamidu Keyta (17 dekabr 1994, Montivile[d]) — Türkiyə Super Liqasında çıxış edən "Konyaspor"da oynayan fransalı peşəkar futbolçu. == Karyerası == === Sent-Etyen === Hamidu Keyta 13 yanvar 2017-ci ildə Sent-Etyenin heyətində Liqa 1 -də Lillə 1–1 bərabərə qalan matçda peşəkar debüt etdi. === Santa Klara === 31 iyul 2021-ci ildə Hamidu Keyta Portuqaliyanın Santa Klara klubu ilə iki illik müqavilə bağladı. === Zirə === Hamidu Keyta Zirə ilə 1 il 6 aylıq müqavilə bağladı. Zirənin heyətində ilk dəfə Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab matçında Səbailə qarşı matçda çıxış edib. Həmin matçda 66-cı dəqiqədə meydana çıxıb. 72-ci dəqiqədə isə həmin matçda özünün 1-ci, komandasının 3-cü qolunu vurub. Matç Zirənin 4–0 hesablı qələbəsi ilə başa çatıb. İlk dəfə 90 dəqiqə meydanda olduğu matç Azərbaycan Premyer Liqasının Zirə-Neftçi matçıdır. Həmin matç Zirənin 2–0 hesablı qələbəsi ilə başa çatıb.
Hamida Candubi
Həmidə Candubi (ərəb. حميدة جندوبي‎) (22 sentyabr 1949, Tunis – 10 sentyabr 1977, Marsel Penitensiar mərkəzi[d]) — Qərbi Avropada edam edilən sonuncu şəxs və Qərb ölkələrində başı kəsilərək edam edilən sonuncu şəxs. Tunisli mühacir olan Candubi 21 yaşlı Elizabet Buketə işgəncə verməkdə və onu öldürməkdə təqsirli bilinib. O, 1977-ci il sentyabrın 9-da prezident Valeri Jiskard d'Estenqə əfv edilməsi barədə xahişi rədd edildikdən sonra xahişi mənfi cavab aldıqdan az sonra gilyotinlə edam edilib. 1981-ci ildə Fransua Mitteran prezident seçildikdən sonra Fransada ölüm hökmü ləğv edildi.

Значение слова в других словарях