haraysız
hard-rok
OBASTAN VİKİ
Disk
Disk (yunan. δίσκος (Diskos) — metaldan və ya plastik kütlədən hazırlanmış, səthi maqnit materialı ilə örtülmüş dairəvi lövhə. İnformasiya bu lövhənin üzərinə sektorlara bölünmüş konsentrik cığırlar şəklində yazılır. Əyilən plastikdən (əyilgən disk) və ya əyilməyən metaldan (sərt disk) hazırlanmış, üzərinə maqnit materiallı örtük çəkilmiş və müəyyən elektrik təsiri nəticəsində rəqəmsal (ikilik) formatda yazılmış informasiyanı özündə saxlaya bilən dairəvi lövhə. Bir çox kompüterlərdə disk, informasiyanı daimi və ya uzun müddətli saxlamaq üçün əsas vasitədir. Diskin maqnit örtüyünü zədələnmədən və çirklənmədən qorumaq lazım olduğundan əyilgən disk (5,25 düymlük) və ya mikrodisk (3,5 düymlük) qoruyucu plastik örtüyə salınır. Yüksək dəqiqlikli məmulat olan sərt disk möhkəm korpusa salınır ki, onu da toz olmayan yerdə açmaq olar. Kompüterlərdə bu növ disklərdən istifadə olunur: əyilgən disklər, mikrodisklər, sərt disklər, çıxarılıb-taxılan sərt disklər, Bernulli diskləri kimi çıxarılıb-taxılan kartriclər. == Mənbə == Физико-математическа и техническа енциклопедия", том 1, АИ "Проф. Марин Дринов, София, 1990 İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Hard-rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Hard rok
Hard-rok (ing. Hard Rock) — ağır rok və ya sərt rok. Rok musiqisinin bir janrıdır. Hard rok musiqisində əsasən bas gitaradan və zərb alətlərindən istifadə olunur. Hard rok 1960-cı illərin əvvəllərində yenidən dirçəldi və 60'cı illərin sonlarına doğru adət etdiyi formanı aldı. 1970-ci ilin başlanğıcı və sonralar isə Led Zeppelin, Deep Purple, Black Sabbath kimi qrupların fəaliyyəti ilə hard rok musiqisi öz çiçəklənmə dövrünü yaşadı. Rok musiqisində "ağırlaşma" 1960-cı illərin ortalarında Böyük Britaniya və Amerika qrupları tərəfindən başlandı, hansılar ki; The Kinks, Cream, The Rolling Stones, The Beatles, The Yardbirds, The Who və mahir rok-gitarist Cimi Hendriks. Hard rok musiqisin bilinən mahnıları "You Really Got Me" (The Kinks) və "White Room" (Cream), "Helter Skelter" (The Beatles) hesab etmək olar. "You Really Got Me" musiqisində isə hard rok'un tipik xüsusiyyətlərini görmək mümkündür. O vaxt yeni ağır rok-qruplar (Guns N’ Roses, Mötley Crüe, Def Leppard) ilə bərabər öz yeni işlərilə 1970-ci illərin klassik hard-rok nümayəndələri (Black Sabbath-ın keçmiş vokalisti Ozzy Osborn, Deep Purple-ın keçmiş vokalisti Devid Koverdeylin Whitesnake qrupu) və 1970-ci illərin ortalarına yaxın debüt etmiş qruplar (Aerosmith, AC/DC, Judas Priest) böyük uğur qazanırdı.
Disk jokey
Dicey və ya disk-jokey – öncədən yazılmış musiqiləri qarışdıran şəxs. Diceylərin bir neçə növü var. Radio diceyləri (və ya radioda işləyən şəxslər) AM, FM, rəqəmsal və ya internet radio stansiyalarında yayım musiqisini qoşanlara deyilir. Klub diceyləri bar, gecə klubları, diskoteka, qonaqlıq və hətta stadionlarda musiqi seçib qoşurlar. Hip-hop diceyləri səhnədə reperlərin arxasında dayanaraq dicey mikserindən istifadə edib musiqilər qoşur, zərbəli səslər yaratmaq üçün turntable alətiylə skretçlər atır və yeni mahnılar üçün sempl və törnteyblizmdən istifadə edərək instrumentallar hazırlayır. Diceylər əsl adlarının, qəbul edilmiş təxəllüslərin və ya səhnə adlarının qarşısında "DJ" titulunu qəbul edə bilərlər.
Germinal disk
Germinal disk — Germinal disk aşağıdakılara istinad edə bilər: == Quşlarda == Germinal disk, blastodisk olaraq da adlandırılır, quş yumurtasının sarısının səthində kiçik, dairəvi, ağ ləkədir (eni təxminən 1,5-3 mm). == Məməlilərdə == Blastodisk, embrionun əmələ gələcəyi blastula içərisində yuvarlaq bir hüceyrəli bir təbəqədir. Blastodisk iki qatdan ibarətdir: hipoblast və epiblast. Hipoblast təbəqəsi blastokist boşluğuna bitişikdir və kiçik, kuboidal hüceyrələrdən ibarətdir. Sütunlu hüceyrələrdən ibarət olan epiblast təbəqəsi amniotik boşluğa bitişikdir.
Kompakt-disk
Sıxılmış Disk (ing. Compact Disc-CD) — 1980-ci illərin əvvəlində musiqinin rəqəmli formada saxlanmasını təmin etmək üçün Phillips, PolyGramm və Bayer şirkətlərinin birgə iştirakı ilə yaradılmış optik informasiya daşıyıcısıdır. Sonralar CD-nin formatı genişləndirilərək başqa verilənləri də saxlamağa şərait yaradılır. Ondan bəri CD. ROM kimi bu disklər kompüterlərdə də verilənləri saxlamaq və nəql etmək çünü tətbiq olunur. == Tarixi haqqında == 7 iyul 1964-cü ildə dünyada ilk multimedialı kompakt-disk işıq üzü görmüşdür. Bu diskə "The Beatles" qrupunun "Ağır günün gecəsi" (A Hard Day’s Night) adlı tam metrajlı filmi yazılmışdı. Kompakt disk 1979-cu ildə Phillips və Sonz tərəfindən işlənmişdir. Phillips özünün öncədən sahib olduğu lazer disklərinin əsasında yeni istehsal prosesi işləyir. Sony öz sırasında rəqəmli profesional maqnitafonlarda işlədilən informasiyanın yazılma formatını — PCM-i (Pulse Code Modulation) daxil edir. 1982-ci ildə Hannover yaxınlığındakı zavodda kompakt disklərin kütləvi istehsalına başlanır.
Microfloppy disk
Microfloppy disk - Apple Macintosh və IBM-uyumlu kompüterlərdə istifadə olunan, diametri 3.5 düym olan və plastmas qında yerləşdirilmiş yumşaq disk. Belə disketin maqnit diski ferrooksidlə örtülmüş maylar “plyonka”dan hazırlanır. Macintosh kompüterlərinin birüzlü disketi 400 Kbayt, ikiüzlü (standart) disketi 800 Kbayt, yüksək sıxlıqlı ikiüzlü disketi isə 1.44 Mbayt informasiya saxlaya bilir. IBM-uyumlu kompüterlərdə tutumu 720 kbayt və ya 1.44 Mbayt tutan üçdüymlük disketlərdən istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sərt disk
Bərk disklər (ingiliscə: Hard (Magnetic) Disk Drive, HDD, HMDD) — kompüterlə iş zamanı istifadə olunan informasiyanın (əməliyyat sisteminin proqramlarının, ən çox istifadə olunan tətbiqi proqramlar paketinin, sənəd redaktorlarının, proqramlaşdırma dillərinin translyatorlarının və s.) daimi saxlanılması üçün istifadə olunur. 13 sentyabr 1956-cı ildə IBM firması RAMAC adlı ilk sərt disk qurğusunu ictimaiyyətə təqdim etmişdir. Bu diskin həcmi 5 Meqabayt idi. Sərt disklər, operativ yaddaşı nəzərə almasaq, kompüterin verilənləri yaddaşda saxlayan qurğuları içərisində, verilənlərə ən tez girişi (adətən 7–20 milli saniyə, ms) və onların ən sürətli (5 Mbayt/saniyə) oxunması və yazılmasını təmin edən qurğulardır. IVM RS tipli müasir kompüterlərin hamısında sərt disklər olur. Sərt disklər bir-birindən yaddaş tutumu və işləmə sürəti ilə fərqlənirlər. Sərt diskin əsas xarakteristikası, onun yaddaş tutumu, yəni diskdə yerləşə biləcək informasiyanın həcmidir. IVM RS tipli kompüterlər üçün yaradılan ilk bərk disklər 5 Mbayt həcminə malik idi. Hazırda istehsal olunan kompüterlərdə adətən 800 Mbaytdan 1,6 Qbayta qədər tutumuna malik sərt disklərdən istifadə olunur. Bu sərt disklər üçün maksimal yaddaş həcmi 9,1 Qbayt olur.
Hard Rock Hallelujah
Hard Rock Hallelujah — Lordi The Arockalypse albomuna daxil olan bir mahnısı.Sözləri ingilis dilində olan rok mahnı Lordi tərəfindən səslənir.
Blu-ray Disk
Blu-ray Disc və ya qısaca BD (ing. blue-ray göy şüa və disc — disk; blue yerinə blu yazılır) — yüksək sıxlığa və dəqiqliyə malik yazı, video və digər rəqəmsal məlumatların saxlanılması üçün istifadə edilən optik daşıyıcı formatı. Blu-ray standartı BDA konsorsiumu ilə birgə hazırlanmışdı. Yeni daşıyıcının ilk prototipi 2000-ci ilin oktyabrında təqdim edilmişdi. Müasir variantı isə 2006-cı ilin yanvarında keçirilən Consumer Electronics Show (CES) - istehlak elektronikasının beynəlxalq sərgisində təqdim edilmişdir. Blu-ray formatı bazara 2006-cı ilin yazında çıxarılmışdır. Blu-ray (mənası "göy şüa") - adı, yazılış və oxuma üçün istifadə edilən qısadalğalı (405 nm) göy (texniki olaraq göy-bənövşəyi) lazerə uyğun adlandırılmışdır. "e" hərfi qəsdən "blue" sözündən çıxarılmışdır, çünki "blue ray" ifadəsi tez-tez istifadə ediləndir və əmtəə nişanı olaraq qeydə alınması ehtimalı böyükdür. Daha böyük məsafələrdə daha qısa fokus uzunluğu vacibdir. Harda ki DVD drayver obyektivləri təxminən 40 dəfə böyükdür, CD drayver obyektivləri 20 dəfə daha çox böyükdür.
Optik disk druzenləri
Optik disk druzenləri optik diski tədricən kalsifikasiya edən mukoproteinlər və qlikozaminoqlikanlardan ibarət qlobullardır. Druzenlər degenerasiyaya uğrayan retinal qanqlion hüceyrələrinin qalıqlarına çevrilə bilərlər. Anadangəlmə qalxıq və ya anormal şəkilli disklər, psevdopapillödem, psevdonevrit, optik diskdə hialin cisimlərin olması kimi problemlər də optik disk druzenlərinə aid edilmişdir. Bu hallar müxtəlif dərəcəli görmə itkisinə, korluğa səbəb ola bilər. == Anatomiyası == Optik sinir retinadan beyinə məlumatları ötürən birləşdirici kabeldir. Bir milyondan çox retinal qanqlion hüceyrə aksonlarından ibarətdir. Optik sinir başı və ya optik disk sinirin ön ucu olub gözün daxilində yerləşir və yalnız oftalmoskopla görünür. Buruna yaxın hissədə, gözün makulasından bir qədər aşağıda yerləşir. Optik diskin daxilində kor nöqtə adlanan hissə mövcuddur, lakin işığı aşkar etmək üçün çubuqlar və konuslara burada rast gəlinmir. Diskin mərkəzində retinanı qidalandıran mərkəzi retinal arteriya vardır.
Hard Candy (Madonna albomu)
Hard Candy Madonnanın on birinci studiya albomu. 19 aprel 2008-ci ildə Warner Bros Records tərəfindən nəşr olunmuşdur.Bu Madonnanın val şirkəti ilə son studiya albomu oldu.
CD-RW disk oxuyucuları
Hit Me Hard and Soft
Hit Me Hard and Soft — ABŞ müğənnisi Billi Aylişin üçüncü studiya albomu. 17 may 2024-cü ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüseri Finneas O'Konnelldir. Albom 8 aprel 2024-cü ildə Şimali Amerikada günəş tutulmasının baş verdiyi tarixdə elan edilib. Billi Ayliş aprelin əvvəllərində sosial şəbəkə hesablarındakı profil şəkillərini mavi rəngə dəyişərək yeni erasına qədəm qoyub. Albomunu elan etməyə hazırlaşan sənətçi bir çox şəhərlərin küçələrində yeni mahnılarından olan sözləri, eləcə də “blohsh” simvolunu əks etdirən reklam lövhələri asdırıb. Bu müddət ərzində Billi Ayliş Instagram-da storilər paylaşıb və marketinq strategiyası kimi onu izləyən istifadəçiləri “yaxın dostlar” siyahısına əlavə edib. Aprelin 8-də müğənni Instagram hesabına “Bittersuite” mahnısının müşayiəti ilə suda batdığı əks olunmuş videosunu “Hazırsınız?” başlığı altında yerləşdirib, daha sonra albomunu elan edib. == Fon == Müğənni Billi Ayliş 2021-ci ildə “Happier Than Ever” buraxıldıqdan bir müddət sonra üçüncü studiya albomu üzərində işləməyə başlayacağını bildirmişdi. Ayliş 2022-ci ildə qardaşı Finneas ilə birlikdə Pixar cizgi filmi “Turning Red” üçün üç mahnı yazmışdır.
RAID disk strukturları və növləri
A Hard Day's Night (albom)
A Hard Day's Night — Böyük Britaniyanın "The Beatles" rok qrupunun studiya albomu.