hardtop-sedan

hardtop-sedan (tex.)
hardtop
harfa-harfa 2021
OBASTAN VİKİ
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.
Sedan (rayon)
Sedan (fr. Sedan) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardenlər (departament). Suprefektura — Sedan. Rayon əhalisi 2006-cı ildə 62 129 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 78 nəf / km². Rayon sahəsi — 792 km².
Sedan (şəhər)
Sedan — Fransanın Maas çayı sahilində yerləşən şəhəridir. Şəhər Belçikaya yaxındır. Heç vaxt burada müharibə mərkəzi olmamışdır. Əhalisi 20110 nəfərdir (1990). Şəhər Sedan qalasının adı ilə adlandırılır. Bu qala 1424-cü ildə tikilib. XVI əsrin sonunda qalanın sahəsi 30 000 km² idi. Bu Qərbi Avropanın ən böyük qalası idi. Onun müttəfiqi Buyon qalası idi. Bu qala İspaniyada yerləşir.
Sedan döyüşü
Sedan — Fransanın şimal-şərqindəki Ardenn departamentində, Möz (Maas)çayı qırağında şəhər. XIX-cu əsrin sonlarına qədər qala. Burada 1870-ci il sentyabrın 1-2-də, fransız Şalon ordusunun məğlubiyəti və Fransa imperatoru III Napoleonun əsir düşməsi ilə nəticələnən, Fransa–Prussiya müharibəsinin ən iri vuruşması baş verdi. Avqustun 23-də marşal M.E. Mak-Maqonun komandanlığı altında Şalon ordusu(120 min adam, 393 top, 76 mitralyez), Mez qalasında pruslar tərəfindən mühasiyərə alınmış A. Bazenin Reyn ordusunun mühasirəsini qaldırmaq üçün, cəmləşdiyi Reyms şəhəri rayonundan çıxdı. Mak-Maqon, Şalona və Paris üzərinə hərəkət edən(ümumi sayları 224 min adam və 813 top olan) 3-cü və 4 -cü alman ordularından Sedanı keçməklə yan ötmək istəyirdi. Mak-Maqonun ordusunun yola çıxdığından xəbər tutaraq, alman qoşunlarının faktiki komandanı, baş qərargah rəisi X.Moltke(formal olaraq qoşunlara prus kralı I Vilhelm başçılıq edirdi)onları, rəqibin ordularının birləşməsini qarşılamaq, Şalon ordusunu Belçika sərhədinə sıxmaq və darmadağın etmək üçün Verden, Bar-le-Dük xəttindən Sedana çevirdi. 29 - 30 avqustda Şalon ordusu Möz çayını keçdi və 31 avqustun axşamına kimi, Mezyerdən keçərək Reymsə yürüşü davam etmək üçün Sedan yanında iki günlük dincəlməyə dayandılar. Moltke Mak-Maqonun hərəkətsizliyindən yararlandı, və alman orduları sentyabrın 1-nə keçən gecə cinahların yanından keçmə manevri ilə Şalon ordusunu mühasirəyə aldılar. Səhər başlayan döyüş gün bitənə kimi fransızların tam məğlubiyəti ilə bitdi. Fransız qoşunlarının qalıqları mühasirədən çıxmaq cəhdi etsələr də alınmadı(121 eskadrondan ancaq 20 çıxa bildi).
Sedan (dəqiqləşdirmə)
Sedan

Значение слова в других словарях