Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.
Sedan (rayon)
Sedan (fr. Sedan) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardenlər (departament). Suprefektura — Sedan. Rayon əhalisi 2006-cı ildə 62 129 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 78 nəf / km². Rayon sahəsi — 792 km².
Sedan (şəhər)
Sedan — Fransanın Maas çayı sahilində yerləşən şəhəridir. Şəhər Belçikaya yaxındır. Heç vaxt burada müharibə mərkəzi olmamışdır. Əhalisi 20110 nəfərdir (1990). Şəhər Sedan qalasının adı ilə adlandırılır. Bu qala 1424-cü ildə tikilib. XVI əsrin sonunda qalanın sahəsi 30 000 km² idi. Bu Qərbi Avropanın ən böyük qalası idi. Onun müttəfiqi Buyon qalası idi. Bu qala İspaniyada yerləşir.
Sedan döyüşü
Sedan — Fransanın şimal-şərqindəki Ardenn departamentində, Möz (Maas)çayı qırağında şəhər. XIX-cu əsrin sonlarına qədər qala. Burada 1870-ci il sentyabrın 1-2-də, fransız Şalon ordusunun məğlubiyəti və Fransa imperatoru III Napoleonun əsir düşməsi ilə nəticələnən, Fransa–Prussiya müharibəsinin ən iri vuruşması baş verdi. Avqustun 23-də marşal M.E. Mak-Maqonun komandanlığı altında Şalon ordusu(120 min adam, 393 top, 76 mitralyez), Mez qalasında pruslar tərəfindən mühasiyərə alınmış A. Bazenin Reyn ordusunun mühasirəsini qaldırmaq üçün, cəmləşdiyi Reyms şəhəri rayonundan çıxdı. Mak-Maqon, Şalona və Paris üzərinə hərəkət edən(ümumi sayları 224 min adam və 813 top olan) 3-cü və 4 -cü alman ordularından Sedanı keçməklə yan ötmək istəyirdi. Mak-Maqonun ordusunun yola çıxdığından xəbər tutaraq, alman qoşunlarının faktiki komandanı, baş qərargah rəisi X.Moltke(formal olaraq qoşunlara prus kralı I Vilhelm başçılıq edirdi)onları, rəqibin ordularının birləşməsini qarşılamaq, Şalon ordusunu Belçika sərhədinə sıxmaq və darmadağın etmək üçün Verden, Bar-le-Dük xəttindən Sedana çevirdi. 29 - 30 avqustda Şalon ordusu Möz çayını keçdi və 31 avqustun axşamına kimi, Mezyerdən keçərək Reymsə yürüşü davam etmək üçün Sedan yanında iki günlük dincəlməyə dayandılar. Moltke Mak-Maqonun hərəkətsizliyindən yararlandı, və alman orduları sentyabrın 1-nə keçən gecə cinahların yanından keçmə manevri ilə Şalon ordusunu mühasirəyə aldılar. Səhər başlayan döyüş gün bitənə kimi fransızların tam məğlubiyəti ilə bitdi. Fransız qoşunlarının qalıqları mühasirədən çıxmaq cəhdi etsələr də alınmadı(121 eskadrondan ancaq 20 çıxa bildi).
Sedan (dəqiqləşdirmə)
Sedan
Sedanka adası
Sedanka adası (ing. Sedanka Island, aleut. Sidaanax̂) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Alyasaka ştatı, Qərbi Aleut adaları rayonuna daxildir. Unalaşka adası yaxınlığında yerləşir. Sahəsi 103,31 km²-dir. Adanın uzunluğu 16,6 km-dir. Maksimal hündürlüyü 410 metrdir. Adada yaşayış yoxdur.
Sədan
Sədan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır. Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır. Kənddə Qara-Dindar qalası, Sədan qalası var. Kənd dağətəyi ərazidə yerləşir. 2009-cu ildə kənd əhalisinin sayı 580 nəfər olub. Əhalisi tatlar idi.
Medan
Medan — İndoneziyanın Şimali Sumatra əyalətinin paytaxtı. Sumatranın ən böyük şəhəri və İndoneziyada şəhərlərin ölçüsünə görə 2016-cı ildə təxmini əhalisi 2.229.408 olan beşinci ən çox əhalisi olan şəhərdir. Rəsmi olaraq Mebidanqro (metropol olaraq) olaraq bilinən Medan metropol bölgəsində 4.6 milyon insan yaşayır.Bu ölkənin beşinci ən böyük metropol bölgəsidir və Yava xaricində ən böyükdür. Medan çox mədəniyyətli bir paytaxt və Malakka boğazı ilə həmsərhəd bir ticarət şəhəridir. İndoneziyanın qərb hissəsinə açılan bir qapı olan Medan Belavan limanı və Kualanamu Beynəlxalq Hava Limanı tərəfindən dəstəklənir, hər ikisi də şəhərin mərkəzinə pullu yol və dəmir yolu ilə bağlanır. Milli İnkişaf Planlaşdırma Agentliyinə görə Medan Cakarta, Surabaya və Makasarla yanaşı İndoneziyanın dörd əsas mərkəzi şəhərlərindən biridir.
Secan
Secan (fars. سيجان‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Xosro Beyg dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 53 ailədə 83 nəfəri kişilər və 94 nəfəri qadınlar olmaqla cəmi 177 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Sevan
Sevan (Ermənistan)
Sudan
Sudan (ərəb. السودان; ing. Sudan) və ya rəsmi adı ilə Sudan Respublikası (ərəb. جمهوریة السودان; ing. Republic of the Sudan) — Şimali Afrikada dövlət. Sudan şimaldan Misir, şimal-qərbdən Liviya, qərbdən Çad, cənub-qərbdən Mərkəzi Afrika Respublikası, cənubdan Cənubi Sudan, cənub-şərqdən Efiopiya, şərqdən Eritreya ilə həmsərhəddir. Şimal-şərqdən isə Qırmızı dənizlə əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Xartum, ümumi sahəsi 1,886,068 kvadrat kilometr, əhalisinin sayı 41 milyon nəfərdən çoxdur. Sudan 2011-ci ildə Cənubi Sudan ondan ayrılmasına qədər Afrika qitəsinin və ərəb dünyasının ən böyük ölkəsi olmuşdur. Sudan 1956-cı il yanvarın 1-də müstəqilliyini elan edib.
Cənubi Sudan
Cənubi Sudan (ing. South Sudan) və ya rəsmi adı ilə Cənubi Sudan Respublikası (ing. Republic of South Sudan) — Şərqi Afrikada dövlət. Cənubi Sudan dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimalda Sudan, şərqdə Efiopiya, cənub-şərqdə Keniya, cənubda Uqanda, cənub-qərbdə Konqo Demokratik Respublikası, qərbdə isə Mərkəzi Afrika Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Cuba şəhəri, ümumi sahəsi 619,745 kvadrat kilometr, əhalisinin sayı 10,975,000(2018) nəfərdir. 9–15 yanvar 2011-ci ildə ərazinin gələcək taleyi ilə bağlı referendum keçirilib. Ümumxalq səsverməsinin gedişində cənublular müstəqil dövlət yaratmaq məsələsinə əksəriyyətlə müsbət münasibət bildiriblər. 9 iyul 2011-ci ildə Sudan Respublikası tərəfindən müstəqilliyi rəsmi tanınandan sonra müstəqillik elan edib. Sudanda Şimal-Cənub qarşıdurmasının tarixi XIX əsrdən başlayır.
Ourang Medan
Ourang Medan – Malakka boğazında məlum olmayan səbəbdən bütün heyəti həlak olan və sonradan əfsənəyə çevrilmiş, Niderlanda məxsus kabus gəmi. 1947-ci ilin iyun ayında Malakka boğazında üzən ABŞ-yə məxsus 2 gəmi Ourang Medan gəmisinin radio operatoru tərəfindən göndərilən "SOS" siqnalını, ardınca isə "Kapitan daxil olmaqla bütün heyətimiz öldü" məzmununda radio siqnalı qəbul edir. Radio dalğalarını qəbul edən, çaşıb qalmış digər 2 gəminin radio operatorlarının son siqnalı açıq-aydın eşidilir: "Ölürəm" mesajı alan gəmilərdən biri olan Silver Star dərhal koordinatları müəyyən edib Ourang Medan gəmisini xilas etmək üçün yollanır. Lakin hadisə yerinə yerinə çatan Silver Star gəmisinin heyəti Ourang Medan gəmisinin yaxşı vəziyyətdə olduğu, ancaq məlum olmayan səbəbdən bütün heyətin cansız cəsədləri ilə qarşılaşırlar (cəsədlərin içində hətta itə məxsus cəsəd də var idi). Ourang Medan hadisəsini qeyri-adi edən digər amil də bütün cəsədlərin əlləri ilə işarə edərək günəşə baxdıqlarının bildirilməsidir. Ağızları axıra kimi açılmışdı, sifətlərində qorxu ifadəsi var idi və dişləri bərk sıxılmışdı. Digər bir qəribəlik isə ölənlərin bədənlərində zərbə və ya zorakılıq əlamətlərin olmamasıdır. Bundan bir müddət sonra tryumların birində bilinməyən səbəbdən tüstünün peyda olması gəmidə axtarış aparan Silver Star gəmisinin heyətinin Ourang Medan gəmisini dərhal tərk etməyə məcbur etdi və bir müddət sonra gəmidə hadisənin baş verməsi səbəbini aydınlaşdırmağa maneə yaradan partlayış baş verdi. Bir neçə saniyə sonra isə Ourang Medan gəmisi sulara qərq oldu. Fərziyyələrin birinə görə hadisəyə səbəb Ourang Medan gəmisinin qaçaqmalçılıq yolu ilə nitroqliserin, zarin və digər təhlükəli maddələrin daşınması zamanı həmin maddələrin dəniz suyu ilə qarışması səbəbindən heyətin zəhərlənməsi və gəminin partlaması ilə nəticələnib.
Pol Sezan
Pol Sezan (fr. Paul Cézanne) (tələffüz: pɔl sezan) (19 yanvar 1839[…], Eks-an-Provans[d] – 22 oktyabr 1906[…], Eks-an-Provans[d]) — fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi. Belə demək mümkündürsə, Pol Sezan impressionizm ilə kubizm arasında körpü rolu oynamışdır. O, öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirir. Pol Sezan 1839-cu il 19 yanvar Fransada yerləşən Eks-an-Provansda anadan olub. Onun soyadı Şimali İtalyanın Pyemont əyalətində yerləşən Çezena şəhərindən götürülmüşdür. Bunun əsasında bir sıra mütəxəssislər onun italyan əsilli olduğu fikrini irəli sürmüşlər. Rəssamın atası Lui-Ogüst Sezan şlyapa taciri olmuş, daha sonra isə bankirliklə məşğul omuşdur. Eksdə Burbon Kollecində sonradan yaxın dostu olacaq Emil Zolya ilə birlikdə eyni kollecdə təhsil almışdır. Emil Zolya ilə aralarında olan bu dostluq uzun müddət davam etmişdir.
Sedat Balkanlı
Sedat Balkanlı (15 yanvar 1965, İstanbul – 29 aprel 2009, İstanbul) — Türkiyə milli komandasının və "Qalatasaray"ın veteran futbolçusu. Sedat müdafiəçi olsa da, başla vurduğu qollarla ad-san qazanıb. Komanda yoldaşları ona "qızıl baş" ləqəbini veriblər. 1994/95 mövsümündə "Qalatasaray"ın heyətində hər 8 qola başla imza atıb. Balkanlı peşəkar futbolçu karyerasında "Qaziosmanpaşa", "Konyaspor", "Bursaspor", "Eskişeherspor" və "Fənərbaxça"nın da şərəfini qoruyub. Onun ölümünə milyon nəfərdə bir rast gəlinən dəhşətli əsəb xəstəliyi (ALS) səbəb olub. Sedat bu əlacsız xəstəliyə 1997-ci ildə, 32 yaşında ikən düçar olub. Həmin vaxt həkimlər onun maksimum 2 il yaşaya biləcəyi barədə rəy veriblər. Əsəb xəstəliyi ilə mübarizə aparan Sedatın vəziyyəti tədricən pisləşməyə başlayıb. O, öncə danışmaq, daha sonra yerimək qabiliyyətini itirib.
Sedat Peker
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Sedat Pekər
Rəis Sedat Pekər (türk. Reis Sedat Peker; 1 dekabr 1970, Adapazarı[d]) — Türk mafiya lideri. 2021-ci ildən başlayaraq türk siyasətçilərini və hökumətlə əlaqəli insanların təsdiqlənməmiş, qeyri-qanuni hərəkətlərini əvvəlcə öz "YouTube" kanalı, sonra da Tvitter vasitəsilə ifşa etməyə başlayıb. O, özünü türkçü və turançı kimi təqdim etmişdir.
Seden Gürel
Sedən (Kutlubayan) Gürəl (d. 12 sentyabr 1965, Ankara), Türk pop musiqisi sənətçisi. Sedən Gürəlin Səbəbim Eşq adlı mahnısı və klipi erməni camaatı içərisində də əhəmiyyətli bir müzakirə mövzusu olanmışdır. Sedən Gürəl albomda mahnının bir Erməni melodiyası olduğunu ifadə etmiş olsa da Səbəbim Eşq, Adanayi Voghperke(Adana Ağıdı) olaraq bilinən və 20. əsr. başında Adanada Ermənilərin məruz qaldığı sözdə krımı izah edən ənənəvi bir Erməni melodiyasıdır.Türk xalqına bir erməni təbliğat mahnısının niyə pop musiqi olaraq verilmək istəndiyi müzakirə edilməmişdir. Orijinal mahnının sözləri Türkləri alçaltmaqdadır. Mahnıda keçən qisimlər: Yazıq Ermənilər bir dəqiqədə, Düşdülər vicdansız qılınc altına. Kilsə və məktəb alovlar içində, Minlərlə Erməni öldü vəhşicəsinə. Qanunsuz duyğusuzlar, yetim buraxdı, Övladı anasından, gəlini kürəkənindən, Alçaq ədalətli ilə duyğusuz Cavit, Doydular içib Erməni qanı.
Sedən Gürəl
Sedən (Kutlubayan) Gürəl (d. 12 sentyabr 1965, Ankara), Türk pop musiqisi sənətçisi. Sedən Gürəlin Səbəbim Eşq adlı mahnısı və klipi erməni camaatı içərisində də əhəmiyyətli bir müzakirə mövzusu olanmışdır. Sedən Gürəl albomda mahnının bir Erməni melodiyası olduğunu ifadə etmiş olsa da Səbəbim Eşq, Adanayi Voghperke(Adana Ağıdı) olaraq bilinən və 20. əsr. başında Adanada Ermənilərin məruz qaldığı sözdə krımı izah edən ənənəvi bir Erməni melodiyasıdır.Türk xalqına bir erməni təbliğat mahnısının niyə pop musiqi olaraq verilmək istəndiyi müzakirə edilməmişdir. Orijinal mahnının sözləri Türkləri alçaltmaqdadır. Mahnıda keçən qisimlər: Yazıq Ermənilər bir dəqiqədə, Düşdülər vicdansız qılınc altına. Kilsə və məktəb alovlar içində, Minlərlə Erməni öldü vəhşicəsinə. Qanunsuz duyğusuzlar, yetim buraxdı, Övladı anasından, gəlini kürəkənindən, Alçaq ədalətli ilə duyğusuz Cavit, Doydular içib Erməni qanı.
Semyonovka (Sevan)
Semyonovka — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, Sevan rayonunda kənd.
Setan (Xudafərin)
Setan (fars. موسي كندي‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (58 ailə).
Setan ədədi
Setan ədədi — dizel yanacağının alışma xaraktersitikası olub işçi qarışığın yanmasının gecikmə müddətini (yanacağın silindrə püskürdüldüyü andan onun yanmağa başlamasına qədər olan müddət) təyin edir. Setan ədədi yüksək olduqca gecikmə bir o qədər kiçik olur və yanacaq qarışığı bir o qədər sakit və yumşaq yanır. Setan ədədi setanın (С16Н34, heksadekanın setan ədədi 100 qəbul olunur), α-metilnaftalinlə (setan ədədi 0-dır) qarışıqda (həcminə görə%) həcminə bərabərdir, bu halda bu qarışığın alışmasının gecikmə müddəti həmin şəraitdə sınaqdan keçirilən yanacağın bu göstəricisi ilə eyni olur. 1941-ci ilin ASTM D613 üsuluna görə setan ədədi belə formulə olunurdu. 1962-ci ildən başlayaraq ASTM D613-ə görə qarışıq üçün , α-metilnaftalin əvəzinə 2,2,4,4,6,8,8-heptametilnonan və ya izosetan (setan ədədi 15) istifadə olunur. α-metilnaftalinən imtina olunmasının bir neçə səbəbi var: o asanlıqla peroksid əmələ gətirir, bu da setan ədədinə təsir edir. Onun pis qoxusu var və onu təmiz halda almaq çox çətindir. Setan ədədi 45–55 olan dizel yanacaqları müasir dizel yanacaqlarının optimal işini təmin edir. Setan ədədi 40-dan aşağı olduqda yanmanın gecikməsi (yanacağın püskürdülməsinin başlanğıcı ilə onun alışması arasında olan müddət) və yanma kamerasında təzyiqin sürəti kəskin artır və mühərriyin yeyilməsi də artır. Standart yanacaq 48–51 setan ədədi ilə xarakterizə olunur və yüksək keyfiyyətli yanacağın (premium) setan ədədi 51–55-dir.
Sevan (Ermənistan)
Sevan (1935-ci ildən), Yelenovka (1842-1935) — Ermənistanda şəhər. Əvvəllər İrəvan quberniyasının İrəvan qəzasında, kənd olmuşdur. Sevan rayonunun mərkəzi. Kənd 1842-ci ildə qurulmuşdur. I Pavelin qızı Yelena Pavlovnanın adı verilmişdir. 1935-ci ildə Sevan adı qoyulmuşdur.
Seydan (Urmiya)
Seydan (fars. سيدان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1.220 nəfər yaşayır (217 ailə).
Sevan (Qazaxıstan)
Sevan — Qazaxıstanın Qaraqanda vilayətinin Buxar-Jyrau rayonunda kənd.
Sevan (göl)
Göyçə gölü və ya Sevan gölü — XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı, Cənubi Qafqazda ən iri şirin sulu göl. Qərbi Azərbaycanda (İndiki Ermənistan ərazisi) başlıca gölləri, qərbdə Göyçə gölü və şərqdə indiki Azərbaycan Respublikasının ərazisindəki Kəpəz dağının ətəyində yerləşən Göygöldür. Gölün şimal-qərbində mövcud olmuş ada suyun enməsi nəticəsində yarımadaya çevrilmişdir (Göyçə yarımadası). Göyçə gölü dəniz səviyyəsindən 1926 m yüksəklikdə və sönmüş vulkanlar əhatəsində olub səthi 1400 km2-dir. Göyçə gölü alabalıqları (forel balığı) ilə məşhurdur.
Sədan mahalı
Sədan mahalı — Quba xanlığında mahal. Hacı Səfərəli bəyin idarə etdiyi Sədan mahalı cəmi 5 kənddən ibarət idi. Bu kəndlər Ataçay və Gilgilçay arasında dağ yamacında yerləşirdi. Həm də kəndlərin ikisində - Calğan və Uqahda deyəsən o zaman daimi yaşayan əhali yox idi, çünki siyahıda bu kəndlərin qarşısında adam sayı sütunu boş idi. Ən böyük kəndlər 40 həyətdən ibarət Sədan və 30 həyətdən ibarət Dağ Quşçu kəndləri idi. Çıraqqala da bu mahalın tərkibində idi. Mənbənin verdiyi məlumata görə Fətəli xan sıldırım qayada yerləşən bu qalada özü üçün ev inşa etdirmişdir. Çıraqqala regionun mühüm istehkamlarından biri idi. Sədan mahalında maldarlıq və taxılçılıq inkişaf etmişdir. Mustafazadə Tofiq.
Sədun
Sədun – Tarixi Azərbaycan ərazisində vilayət, Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. "Tarix-i əl-Bab"da adı çəkilən Sədun Şəbəranın yaxınlığında idi. Xaqani və Fələki Şirvani kimi şairlər III Mənuçöhrün Girdimanda və Sədunda (Sədan) tikdirdiyi suvarma şəbəkələrini vəsf etmiş, həmin şəhərlərin Şirvanşah tərəfindən salındığını göstərmişlər. Xanıkov yazırdı: "Sədun, indiki Siadan, Qübbə rayonunda, Şabranın xarabalıqlarının yaxınlığında şəhərdir". Sədun-Sədan Xəzər dənizi və Ataçay çayının, Siyəzən şəhərinin yaxınlığında lokallaşdırılır.