Hass

der; -es nifrət, kin, qərəz, küdurət; e-n ~ auf j-n haben kiməsə qarşı nifrət bəsləmək, ədavət bəsləmək, kimsədən nifrət etmək; aus ~ nifrətdən
haspeln
hassen
OBASTAN VİKİ
Hass (torpaq mülkiyyəti)
Hass (osman. خاص, ərəb. خاص‎; mənası – "xüsusi") — Osmanlı imperiyasında mütləq şəxsi hərbi xidmətlə əlaqəli olmayan böyük bir torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir hassdan illik gəlir 100 min akçadan çox olmuşdur. Hass sahibi bəy idi. Hökumət hərbi yürüş təşkil edərsə, bəy hər 5 min akça gəliri olan bir cəbəli verirdi.
Bidens hassleriana
Bidens hassleriana (lat. Bidens hassleriana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Bilal Hassani
Bilal Həsəni (fr. Bilal Hassani; ərəb. بلال حسني‎; 9 sentyabr 1999) — Ərəb əsilli Fransa müğənnisi, bəstəkarı və "YouTube" kanal müəllifi. O, "Roi" mahnısı ilə Fransanı İsraildə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Bilal Həsəni 9 sentyabr 1999-cu ildə Paris şəhərində Mərakeş ailəsində dünyaya göz açmışdır. O, anası ilə Parisdə yaşayır. Taha adlı böyük qardaşı var. Atası isə Sinqapurda yaşayır. Bilal 2017-ci ildə rəsmi olaraq homoseksual olduğunu sosial şəbəkələrdə etiraf etmişdir. Bunun ardınca əslən ərəb olan gənc ifaçı sosial şəbəkələrdə müəyyən şəxslər tərəfindən təhqirlərə məruz qalır və hətta ölümlə təhdid edilir.
Bulbophyllum hassallii
Bulbophyllum hassallii (lat. Bulbophyllum hassallii) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dendrobium hasseltii
Dendrobium hasseltii (lat. Dendrobium hasseltii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista hasseltii (Blume) Kuntze Pedilonum hasseltii Blume Callista cornuta (Hook.f.) Kuntze Callista kuhlii (Blume) Kuntze Dendrobium brinchangense Holttum Dendrobium cornutum Hook.f. Dendrobium curtisii Rchb.f. Dendrobium kuhlii (Blume) Lindl.
Hassa
Hassa — Hatay ilində ilçə.
Hassan Niknafs
Hassan Niknafs — Xəzər Universitetinin əvvəlki rektorudur.
Hassane Bande
Boureyma Hassane Bande (30 oktyabr 1998-ci ildə anadan olub) — Belçika Birinci Diviziya A təmsilçilərindən olan Mexelen klubunda hücumçu kimi çıxış edən peşəkar Burkina-Fasolu futbolçudur. Bande peşəkar karyerasında debütünü Mexelen klubu ilə 19 avqust 2017-ci ildə Belçika Birinci Diviziya A-da Royal Antverpen klubuna qarşı oyunda etmişdir. O, sonradan meydana daxil olmuş və komandasının yeganə qolunun müəllifi olmuşdur. 4 dekabr 2017-ci ildə Bande Mexelen klubunu tərk edərək Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Bande Burkina-Faso milli futbol komandası ilə debütünü 14 noyabr 2017-ci ildə 2018 Dünya Kubokunun təsnifat mərhələsində Kabo-Verde millisinə qarşı oyunda etmişdir.
Hassium
Hassium (Hs) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 108-ci element. Element haqqında ilk etibarlı məlumat 1984-cü ildə Dubnada və bundan asılı olmayaraq Almaniyanın Qessen federal torpağında Darmştadt şəhəri yaxınlığında ağır ionların tədqiqatı laboratoriyasında alınmışdır. Bu qədim alman knyazlığının latınca adı Hassia idi və elementin də adı buradan götürülüb. Bu elementin də adında dolaşıqlıq var idi (əvvələr onu qanium adlandırırdılar).
Mikania hassleriana
Mikania hassleriana (lat. Mikania hassleriana) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Nancy9 (Hassa Beek)
Nancy9 (Hassa Beek) — Nensinin 9-cu studiya albomu.
Odd Hassel
Odd Hassel (norv. Odd Hassel; 17 may 1897[…], Kristianiya[d] – 11 may 1981[…], Oslo) — norveçli fiziki kimyaçı və 1969-cu il Kimya üzrə Nobel mükafatı laureatı. Odd Kristianiada ginekoloq Ernst "Skippi" Hassel və Matilda Torrealba Rodriqez İmlaks Fernando Qonzales Klavenesin ailəsində anadan olmuşdur. 1915-ci ildə o, Oslo Universitetinə qəbul olunmuş, 1920-ci ildə buranı bitirmişdir. Universitetdə o riyaziyyatı və fizikanı mükəmməl qavramışdır. Bu dövrdə o, bir illiyinə təhsilindən ayrılaraq, professor Kazimir Fayansın laboratoriyasında işləmək üçün Almaniyaya, Münhenə getmişdir. Onun buradakı işi hopdurma (elektromaqnetik radiasiyanın) indikatorlarının kəşf olunmasına gətirib çıxardı. Sonradan o, Berlinə köçərək Kayzer Vilhelm İnstitutunda rentqen şüalarının kristalloqrafiyası üzrə tədqiqatlar aparmağa başlamışdır. Öz araşdırmasını Frits Haberin köməyi ilə əldə etdiyi Rokfeller təqaüdü ilə davam etdirmişdir. 1924-cü ildə o Berlin Universitetində fəlsəfə doktoru dərəcəsini aldı.
Oliviya Hassi
Oliviya Hassi (ing. Olivia Hussey; 17 aprel 1951, Buenos-Ayres) — Böyük Britaniya aktrisası. Oliviya Hassi 17 aprel 1951-ci ildə Buenos Ayresdə anadan olmuşdur. Atası Andreas Osuna opera müğənnisi olmuş və İsvaldo Ribo təxəllüsü ilə tanınmışdı. Oliviyanın 2 yaşı olarkən valideynləri ayrılırlar. 5 ildən sonra anası kiçik qardaşı ilə birlikdə Oliviyanı Londona aparır. Məhz orada Oliviya anasının soyadını götürür və teatr məktəbində təhsil almağa başlayır. O, ilk televiziya rolunu 13 yaşı olarkən alır və tezliklə italyan rejissor Franko Zeffirellinin "Romeo və Cülyetta" filmində Cülyetta rolunu ifa edir. Oliviya həmin roluna görə "Qızıl qlobus" mükafatına layiq görülür. Oliviya Hassi 1971-ci ildə Los-Ancelesə gəlir və aktyor Din Martinin oğlu ilə ailə həyatı qurur.
Pedilonum hasseltii
Dendrobium hasseltii (lat. Dendrobium hasseltii) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. Callista hasseltii (Blume) Kuntze Pedilonum hasseltii Blume Callista cornuta (Hook.f.) Kuntze Callista kuhlii (Blume) Kuntze Dendrobium brinchangense Holttum Dendrobium cornutum Hook.f. Dendrobium curtisii Rchb.f. Dendrobium kuhlii (Blume) Lindl.
Rafflesia hasseltii
Rafflesia hasseltii (lat. Rafflesia hasseltii) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Sverre Hassel
Sverre Helge Hassel (30 iyul 1876, Kristianiya[d] – 6 iyun 1928, Oslo) - Norveçli qütb tədqiqatçısı və Cənub qütbünü fəth edən ilk 5 insandan biri.
Səlim Hassun
Səlim Hassun — iraqlı jurnalist. Səlim Hassun Mosul şəhərində anadan olub. O, bir çox vəzifələrdə çalışıb. O, 1918-ci ildə "Mosul" qəzetinin baş redaktoru, "Əl Aləm Əl Ərəbi"nin isə məsul redaktoru, Osmanlı idarəsindəki Mosulda alman kitabxanasında müdir işləyib. Daha sonra təhsil sahəsində fəaliyyət göstərib, ingilis işğalı dövründə Mosulda maarif müfəttişi, 1919-cu ildə "Nadi Əl İlmi"nin baş redaktoru işləyib. Səlim Hassun Bağdada getdikdən sonra milli hökumət dövründə "Əl Aləm Əl Ərəbi" nəşrini çap etdirib.
Vicia hassei
Vicia hassei (lat. Vicia hassei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. Ervum hassei (S.Watson) Stank. Vicia exigua var. hassei (S.Watson) Jeps. Vicia exigua var. californica Torr.
Xalid Hassan
Xalid Mahmud oğlu Hassan (26 yanvar 1995, Sumqayıt – 4 noyabr 2020, Martakert rayonu[d]) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xalid Hassan 1995-ci il yanvarın 26-da Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindən idi. 1995-ci ilin iyul ayında — Xalid Hassan 6 aylıq olanda Hassan ailəsi Sumqayıt şəhərindən Qazaxıstanın Almatı şəhərinə gəlirlər burada yaşamağa başladı. Bir müddət sonra Hassan ailəsi yenidən Azərbaycana qayıtdı və Xalid Hassan birinci sinifə Bərdə rayonu ərazisində Ağdam şəhəri 2 nömrəli tam orta məktəbində getdi. Daha sonra ailəsinin işi ilə bağlı yenidən Qazaxıstanda yaşayan Xalid Hassan 10-cu sinifə qədər Almatı şəhərində təhsil aldı. Tam orta təhsilini Azərbaycanda bitirib. Xalid Hassan 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib. Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb.
Əmmar Hassan
Hasselt Universiteti
Hasselt Universiteti — Belçikanın Hasselt şəhərində ictimai tədqiqat universiteti. Universitetin 7000-dən çox tələbə və 1700 akademik, inzibati və texniki işçi heyəti var. Hasselt Universiteti təhsil, tədqiqat və innovasiya sahəsində əməkdaşlığı təşviq edən geniş regional, milli və qlobal şəbəkəyə malikdir. Universitet rəsmi olaraq 1971-ci ildə Limburg Universiteti Mərləzi kimi qurulmuşdu. 1973-cü ilin sentyabrında ilk tədris ili başladı. 2005-ci ildə adı Hasselt Universiteti olaraq dəyişdirildi. 2022-ci ildə Hasselt Universiteti EURECA-PRO Avropa Universitetlər Alyansına qoşuldu. Şəbəkə tələbələrə və işçilərə məsul istehlak və istehsal sahələrində təhsil almağa, öyrətməyə və tədqiqat aparmağa imkan verir. Hasselt universitetinin və onun Avstriya, Fransa, Almaniya, Yunanıstan, Polşa, Rumıniya və İspaniyadakı tərəfdaşlarının məqsədi davamlı inkişaf sahəsində Avropa təhsil və tədqiqat mərkəzinə çevrilməkdir. Universitet Times Higher Education jurnalının reytinqində yaşı 50-dən aşağı olan 605 universitet arasında 35-ci yerdədir.
Elizabet Hasse
Elizabet Hasse (alm. Elisabeth Hasse‎; 1917 – 1945) — Auşvitz konsentrasiya düşərgəsində nasist SS qadın nəzarətçisi və mühafizəçisi. Hasse Auşvitz konsentrasiya düşərgəsində məhbuslara qarşı qəddar rəftarı ilə tanınırdı. Müharibədən sonra sovet hərbi tribunalı tərəfindən mühakimə olunmuş, müharibə cinayətlərində təqsirli bilinmiş, ölüm cəzasına məhkum edilmiş və edam edilmişdir.
Polygonum hassanabdalicum
Persicaria lapathifolia (lat. Persicaria lapathifolia) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin persicaria cinsinə aid bitki növü. Polygonum lapathifolium L. Polygonum persicaria var. lapathifolium (L.) Meisn.
Ervum hassei
Vicia hassei (lat. Vicia hassei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ervum hassei (S.Watson) Stank. Vicia exigua var. hassei (S.Watson) Jeps. === Heterotipik sinonimləri === Vicia exigua var. californica Torr.
Vicia exigua var. hassei
Vicia hassei (lat. Vicia hassei) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ervum hassei (S.Watson) Stank. Vicia exigua var. hassei (S.Watson) Jeps. === Heterotipik sinonimləri === Vicia exigua var. californica Torr.

Значение слова в других словарях