Rutger Hauer
Rutger Ulsen Hauer (Nid.: [ˈrɵtxər ˈulsə(n) ˈɦʌuər]; 23 yanvar 1944[…], Bryokelen[d], Utrext – 19 iyul 2019[…], Betsterzvaq[d], Frislandiya[d]) — hollandiyalı aktyor, yazıçı və ekoloq. Həm holland, həm də ingilisdilli seriallarda və filmlərdə rol alıb.
Onun karyerası Hollandiya televiziyasında yayımlanan "Floris" serialındakı rolu ilə 1969-cu ildə başladı və 1973-cü ildə kütləvi uğur əldə edən "Türk şirniyyatı" filmi ilə daha da gücləndi. 1977-ci ildə o, "Narıncı əsgər" filmi ilə dünya miqyaslı ulduza çevrildi və Amerika filmlərində çəkilməyə başladı. "Gecə qırğıları" filmində beynəlxalq terrorçu, Blade Runner filmində öz mövcudluğunu dərk edən android Roy Battini canlandırır. Bu filmlərdə nümayiş etdirdiyi aktyor bacarığı onun "Ostermanın uikendi", "Ledi-şahin", "Bədən və qan", "Yol yoldaşı", "Sobibordan qaçış" (bu rola görə Ən yaxşı ikinci plan aktyoru nominasıyasında Qızıl Qlobus mükafatı), "Kor qəzəb", "Qəhrəmanların qanı" və "İzdivac" filmlərində aparıcı rollar almasına səbəb oldu. 1990-cı illərdə o "Baffi – vampirlərin qatili", "Təhlükəli adamın etirafları", Sin City, Batman başlayır, "Ayin" kimi filmlərdə məşhur köməkçi rollar, habelə "Tüfəngli evsiz" filmində baş rol oynadı.
Hauer ekoloq idi. O, həmçinin Rutger Hauer Dəniz Ulduzları Dərnəyi adlı QİÇS haqda məlumatlılıq təşkilatı qurmuşdu.
Hauer 23 yanvar 1944-cü ildə, Hollandiya İkinci Dünya Müharibəsi dövründə alman işğalı altında olarkən Bryokelendə anadan olmuşdur.