helium
hellən qoymaq 2021
OBASTAN VİKİ
Helium
Helium (He) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 2-ci elementdir. Rəngsiz, iysiz, dadsız, zəhərsiz, inert monoatomik qazdır, cədvəldə təsirsiz qazlar yarımqrupunda ilk elementdir. Helium bütün elementlər arasında ən aşağı qaynama və ərimə temperaturuna malikdir. Onu, yalnız 25·105 Pa təzyiq altında bərk hala keçirmək olur. Heliumun yanlız bir energetik səviyyəsi var və bu səviyyə təmamilə dolub. Bu səbəbdən helium təsirsiz qazdır və inert qazlar siyahısında birincidir. Heliumun adı Günəşi himayə edən yunan titanı Heliosun şərəfinə qoyulub. Buna səbəb helium elementinin günəş işığında kəşf edilməsidir. == Tarixi == === Kəşfi === Heliumun qalıqlarına ilk dəfə 18 Avqust 1868-ci ildə Günəşin xromosferinin spektrində 587.49 nanometr dalğa uzunluğu olan parlaq sarı bir xətt olaraq rast gəlindi. Xətt, Hindistanın Guntur şəhərində günəş tutulması zamanı fransız astronomu Jül Janssen tərəfindən aşkar edilmişdir.
Neon
Neon (Ne) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 10-cu element. Ağla gələn ilk istifadə sahəsi rəngli reklam işıqlandırmaları olsa da; yüksək gərginlikli göstəricilərində, Paratoner, dalğa metr balonlarında və televizorların elektron şüa borularında da neon qazından istifadə edilir. Qaz lazerlərinin istehsalında, helyumla birlikdə istifadə edilir. Maye neon, dövrümüzdə ticari olaraq əldə edilir və soyuducuda olaraq istifadə edilməkdədir. 1898-ci ilin iyununda ingilis kimyaçılar, Uilyam Ramzay və Moris Travers tərəfindən kəşf edilmişdir Neon atom nömrəsi 10 olan kimyəvi elementdir. Nəcib qazdır. Neon, havanın sıxlığının üçdə ikisi ilə normal şəraitdə rəngsiz, qoxusuz, inert monatomik (təkatomlu) qazdır. 1898-ci ildə quru havada azot, oksigen, argon və karbon dioksid çıxarıldıqdan sonra qalan üç nadir inert elementdən biri olaraq (kripton və ksenon ilə birlikdə) kəşf edilmişdir. Neon, kəşf edilən bu üç nadir qazlardan ikincisi idi və parlaq qırmızı emissiya spektrinə sahib yeni bir element kimi tanındı. Neon, yunan sözü olan νέος (neos) sözündən yaranmışdır və "yeni" mənasını daşıyır.
Neon tetra
Paracheirodon innesi (lat. Paracheirodon innesi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin paraxeyrodon cinsinə aid heyvan növü. Ana vətəni: Cənub Amerika Bəslənmə forması: Heyvanlar ilə bəslənən Davranış forması: Təcavüzkar olmayan Öz növlərinə davranışı: Təcavüzkar olmayan Üzmə səviyyəsi: orta-Səth Cinsiyyət ayrı-seçkiliyi: Cinsiyyət ayrı-seçkiliyi çətindir. Dişi balıqlar nisbətən daha iri, daha yumrudur. Kişilər daha incə quruluşa sahibdir. Altdakı şəkildə; üstdəki balıq dişi altdakı kişidir. Artıma: Hazır dişi, uyğun bir kişilə, bol bitkiləndirilmiş, loş işıqlı bir tanka alınaraq burada törəməsi təmin edilər. 130 ətrafı yumurta tökərlər. Yumurtlamadan sonra ana ata ana akvariuma geri atılar. Balalar 5 gün sonra sərbəst üzməyə və yem yeməyə başlar.
Qara neon
Hyphessobrycon herbertaxelrodi (lat. Hyphessobrycon herbertaxelrodi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin hifessobrikon cinsinə aid heyvan növü. Ana vətəni: Paraqvay, Braziliya Bəslənmə forması: heyvanlar ilə bəslənən və bitkilər ilə bəslənən Davranış forması: təcavüzkar olmayan Öz növlərinə davranışı: təcavüzkar olmayan Üzmə səviyyəsi: orta-səth Cinsiyyət ayrı-seçkiliyi: dişi-erkək ayrı-seçkiliyi çətindir. Dişilər nisbətən daha yumru, iridir. Erkəklər daha incə quruluşludur, rəngləri daha parlaqdır. Artıma: yumurta qoyaraq artırlar. Törəmələri sıx məşğul ol tələb edən narın bir müddətdir, geniş, kvadrat/kadr şəklində bol bitkili akvariumlarda uzun geniş yarpaqlı bitkilərin yarpaqlarına yumurtlayarlar, akvariumun dibində 3-4 mm dərə qumu olsa daha yaxşı nəticə alına bilər. İstilik: 23-27 °C Ən çox böyüdüyü boy: 4 sm Ən az akvarium həcmi: 40lt Su sərtliyi: orta pH: 6.5 – 7.5 Çətinlik səviyyəsi: 2 Ümumi şərh: Sürü balıqlarının ən dayanıqlıları arasındalardır, ən az 6lı qruplar halında su keyfiyyətinin davamlı yaxşı olduğu aşağı pHli akvariumlarda sağlam bir şəkildə uzun müddət yaşadıla bilər. Bol bitkili akvariumlarda bəzi hissələri işıqlandırılmış, bəzi hissələri loş buraxılmış istəyərlər. Qida menyuları geniş variantlıdır, hər cür yemi qəbul edərlər, quru yemlərə alışdırıla bildikləri kimi canlı yemdə verilə bilər, diqqət yetirilməsi lazım olan nöqtə canlı yem istifadə edilərkən dezinfeksiya edilmiş olması və tubifex olmamasıdır, tubifex qurdları hər nə qədər bəsləyici olsa da balıqlarınızın bağırsaqlarında parazitə səbəb ola bilər ayrıca sıx dozada canlı yem verilməsi balığınızda yağlanılmağa yol aça bilər.
Qara neon tetra
Yaşıl neon tetra
Paracheirodon simulans (lat. Paracheirodon simulans) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin paraxeyrodon cinsinə aid heyvan növü. Ana vətəni: Braziliya, Kolombiya,Venezuela Bəslənmə Forması: Heyvanlar ilə bəslənən Davranış Forması:Təcavüzkar olmayan Öz Növlərinə Davranışı:Təcavüzkar olmayan Üzmə Səviyyəsi: Orta Cinsiyyət Ayrı-seçkiliyi: Dişilər kişilərdən daha qabarıqdır. Artıma: Bol bitkili bir akvariumda kondüsyon qazandırılmış bir neçə cüt saxlanılaraq çıxarılmalıdır. bala baxımı çətindir. İstilik: 23-27 °C Ən Çox Böyüdüyü Boy: 2 sm Ən Az Akvarium Həcmi: 30lt Su Sərtliyi: 0 – 5 °d istehsalda 2°d pH: 5.5-6.0 Çətinlik Səviyyəsi: 3 Ümumi Şərh: 2 il qədər yaşayarlar. Su dəyərlərinin ani dəyişməsindən tez xəstələnə bilərlər. == Məlumatların şərhi == Davranış Forması: Balıqların qarışıq tanklardakı davranış formasıdır. Artıma dövründə dərhal hər canlının daha təcavüzkarlaşdığını göz qarşısında saxlamaq lazımdır. Üzmə Səviyyəsi: Balığın təbii şərtlərdə harada üzdüyü ilə əlaqədar məlumatdır.
Neon Sənət Muzeyi
Neon Sənət Muzeyi və ya "Farhouse" neon ev-muzeyi – Azərbaycanın Novxanı kəndinə yerləşən neon muzeyi. Azərbaycanda yerləşən ilk və yeganə belə muzeydir. == Tarixi == Neon Sənət Muzeyi Azərbaycanın ən tanınmış neon sənətçilərindən biri olan Fərid Ələkbərov tərəfindən 2015-ci ildə yaradılmışdır. Muzey kimi rəsmi fəaliyyətinə 2022-ci ilin yanvarında başlamışdır. Muzey hazırlanarkən fenşuy fəlsəfəsindən istifadə olunmuşdur. Fərid Ələkbərov muzeyi yaratmaq üçün 7 il vaxt sərf etmişdir. Muzeyi yaratmaq ideyası Laplandiyada olanda şimal işıqlarını görəndə yaranmışdır. Rəssamın məkan kimi Novxanı kəndini seçməsinin səbəbi dənizə yaxınlığı olub. Belə ki, rəssam uşaqlıqdan "bütün dəyişən əhval-ruhiyyəsi ilə dənizə aşiq olub". Fərid Ələkbərov elə burada yaşayır.
Enosis Neon Paralimni FK
Enosis Neon Paralimni FK — Kiprin futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 4 dəfə Avropa kuboklarında iştirak edib.
"Farhouse" neon ev-muzeyi
Neon Sənət Muzeyi və ya "Farhouse" neon ev-muzeyi – Azərbaycanın Novxanı kəndinə yerləşən neon muzeyi. Azərbaycanda yerləşən ilk və yeganə belə muzeydir. == Tarixi == Neon Sənət Muzeyi Azərbaycanın ən tanınmış neon sənətçilərindən biri olan Fərid Ələkbərov tərəfindən 2015-ci ildə yaradılmışdır. Muzey kimi rəsmi fəaliyyətinə 2022-ci ilin yanvarında başlamışdır. Muzey hazırlanarkən fenşuy fəlsəfəsindən istifadə olunmuşdur. Fərid Ələkbərov muzeyi yaratmaq üçün 7 il vaxt sərf etmişdir. Muzeyi yaratmaq ideyası Laplandiyada olanda şimal işıqlarını görəndə yaranmışdır. Rəssamın məkan kimi Novxanı kəndini seçməsinin səbəbi dənizə yaxınlığı olub. Belə ki, rəssam uşaqlıqdan "bütün dəyişən əhval-ruhiyyəsi ilə dənizə aşiq olub". Fərid Ələkbərov elə burada yaşayır.