Neon
Neon (Ne) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 10-cu element. Ağla gələn ilk istifadə sahəsi rəngli reklam işıqlandırmaları olsa da; yüksək gərginlikli göstəricilərində, Paratoner, dalğa metr balonlarında və televizorların elektron şüa borularında da neon qazından istifadə edilir. Qaz lazerlərinin istehsalında, helyumla birlikdə istifadə edilir. Maye neon, dövrümüzdə ticari olaraq əldə edilir və soyuducuda olaraq istifadə edilməkdədir. 1898-ci ilin iyununda ingilis kimyaçılar, Uilyam Ramzay və Moris Travers tərəfindən kəşf edilmişdir
Neon atom nömrəsi 10 olan kimyəvi elementdir. Nəcib qazdır. Neon, havanın sıxlığının üçdə ikisi ilə normal şəraitdə rəngsiz, qoxusuz, inert monatomik (təkatomlu) qazdır. 1898-ci ildə quru havada azot, oksigen, argon və karbon dioksid çıxarıldıqdan sonra qalan üç nadir inert elementdən biri olaraq (kripton və ksenon ilə birlikdə) kəşf edilmişdir. Neon, kəşf edilən bu üç nadir qazlardan ikincisi idi və parlaq qırmızı emissiya spektrinə sahib yeni bir element kimi tanındı. Neon, yunan sözü olan νέος (neos) sözündən yaranmışdır və "yeni" mənasını daşıyır.