Hellouen
Hellouin (ing. Halloween, All Hallows' Eve və ya All Saints' Eve) — 31 oktyabrda bir çox ölkədə qərb xristianlarının Bütün müqəddəslərin günü ərəfəsində qeyd olunan bayram. "Bütün müqəddəslərin tridiumu"nun qeyd olunması ilə başlayır, liturgiya ilində ölülərin, o cümlədən müqəddəslərin, xristiyan şəhidlərin və bütün möminlərin xatirəsinə həsr edilmişdir. Populyar mədəniyyətdə bu gün ürküdücü və fövqəltəbiilik ilə əlaqələndirilmişdir və Hellouin dünyəvi dəhşət bayramı kimi ilk növbədə ABŞ-dan bir çox başqa ölkələrə ixrac edilmişdir. Bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Şotland xalqı Keltlərin adətləri əsasında hazırlanmışdır. Başlıca olaraq ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, Asiya qitəsində yerləşən Sinqapur, Cənubi Koreya, Yaponiya, Okeaniyada yerləşən Avstraliya, Yeni Zelandiya və bir çox dünya ölkələrində təntənəli şəkildə keçirilir.
== Etimologiya ==
İngilis dilinin Oksford lüğətinə görə "Hellouin" sözü ilk dəfə XVI əsrdə ingilis ifadəsi olan All-Hallows-Even (azərb. Bütün müqəddəslərin axşamı, even — evening sözünün qısaltması (azərb. axşam); şotlandca "hellouin" kimi oxunur). O zamanlar Müqəddəslər gününün ərəfəsi olan gecəni elə adlandırırdılar..