HİDROLAKKOLİT
(hidro və yun. Lakkos – çuxur və lithos – daş)
daimi donuşluq sahələrində yeraltı suyun artması və süxurlar arasında donması nəticəsində yer səthində əmələ gələn təpəyə deyilir. H.- in bəzən hündürlüyü 25-40 m, 200 m-ə çatır. Yakutiyada, Zabaykalyedə H. çox yayılmışdır.