hiss-həyəcan
hissedici
OBASTAN VİKİ
Hiss
Duyğu – elementar psixi dərk etmə prosesi olub predmetlərin və hadisələrin ayrıca keyfiyyətlərini, həmçinin insanın öz orqanizminin vəziyyətinin beyində əksolunması və ya inikasıdır. Duyğu psixi əksolunmanın ən sadə formasıdır. Duyğuda psixikanın dərk etmə, emosional və tənzimləyici funksiyaları özünü büruzə verir. Duyğu bizi yalnız ətraf aləmlə əlaqələndirmir, dərk etmənin əsas mənbəyi sayılır, eyni zamanda psixi inkişafın əsas şərti hesab edilir. Hal-hazırda duyğunun müxtəlif növləri fərqləndirilir ki, onları da bele klasifikasiyası etmək olar: Xarici- predmetlərin, ətraf aləmin xüsusiyyətlərinin əks edilməsidir. Bu ya bu qıcıqların bizim analizatorlara bilavasitə təsiri ilə (kontakt və ya əlaqəli), ya da ki, məsafəli təsiri ilə yaranır (distant duyğu). Duyğuda predmetlərin obyektiv xüsusiyyətləri (qoxu, rəngi, temperatur və s.) və bizi qıcıqlandıran təsirlərin intensivliyi (məsələn, daha yuxarı və aşağı temperatur) əks olunur. Daxili – daxili orqanların vəziyyətini fiksə edən duyğu. Kinestetik- bədənimizin vəziyyətinin və hərəkətinin əks edilməsidir. Kontakt və ya əlaqəli duyğuya biz misal üçün dad bilməni göstərə bilərik.
Altıncı hiss
Altıncı hiss bu mənaları ifadə edə bilər: Altıncı hiss (film, 1935) — rejissor Mikayıl Mikayılovun filmi. Altıncı hiss (film, 1999) — rejissor Nayt Şyamalanın filmi. Altıncı hiss (film, 2002) — Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edən film.
Hiss (müğənni)
Hiss (Röya Məmmədova; 13 iyul 1995, Bakı) — azərbaycanlı müğənni. == Həyatı və fəaliyyəti == 13 iyul 1995-ci ildə Bakıda doğulub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub. Röya Məmmədova müğənni Röya Ayxanı nəzərdə tutaraq “ikinci Röya ola bilməz” deyə onu inandıran dostunun məsləhəti ilə səhnə adını Hiss olaraq seçib. Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.
Hiss orqanları
Duyğu orqanları — insanın maddi dünya ilə kontaktı, ancaq bu beş duyğu orqanı vasitəsi ilə baş verir: Gözlər - Görmə Qulaqlar - eşitmə Dil- dad tanıma Burun - iy bilmə Dəri - toxunma Bunun xaricində istənilən duyğu maddi dünya xaricində baş verən proseslərdir. Yəni psixi proseslərin nəticəsidir.
Altıncı hiss (dəqiqləşdirmə)
Altıncı hiss bu mənaları ifadə edə bilər: Altıncı hiss (film, 1935) — rejissor Mikayıl Mikayılovun filmi. Altıncı hiss (film, 1999) — rejissor Nayt Şyamalanın filmi. Altıncı hiss (film, 2002) — Bakı Kamera Teatrının fəaliyyətindən bəhs edən film.
Görünüş və hiss
Görünüş və hiss (en. look and feel) – proqramların orijinallıq dərəcəsinin qiymətləndirilməsi prinsiplərindən biri. Qrafik istifadəçi interfeysinə (GUI) aid işlədilir və rəng, forma, maket, şrift (“görünüş”) kimi elementlər də daxil olmaqla onun dizaynına, eləcə də düymələr, sahələr, menyular (“hiss”) kimi dinamik elementlərin hərəkətinə baxışı əks etdirir. Görünüş və hiss başqa məhsullara da aiddir. Məsələn, sənədlərdə o, qrafik düzənə (LAYOUT) (sənədin ölçülərinə, rənginə, şriftinə və s.) və yazı üslubuna aiddir. Əməliyyat sisteminin istifadəçi interfeysində görünüş və hiss iki başlıca məqsədə xidmət edir. Birincisi, o, brendinqi təmin edir, yəni bir şirkətin məhsullarını müəyyən etməyə kömək edir. İkincisi, istifadənin asanlığını təmin edir, çünki bir məhsulun iş prinsipi (görünüşü, oxunuşu və s.) ilə tanış olan istifadəçilər öz təcrübələrini eyni görünüş və hissə malik başqa məhsullarda da istifadə edə bilərlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Altıncı Hiss (film, 1999)
Altıncı hiss (ing. The Sixth Sense) — M. Nayt Şyamalanın rejissorluğu ilə 1999-cu ildə çəkilmiş amerikan psixoloji triller filmi. Film ölü insanları görüb onlarla danışa bildiyini söyləyən gənc oğlan və onunla işləyən psixoloq haqqındadır. Psixoloq rolunu Brüs Uillis, gənc oğlanı isə Heyli Coel Osment oynayır. == Film haqqında == Bir çox rejissorlar filmin final hissəsini işin başlanğıc mərhələsində lentə alır. Amma Şyamalan final səhnəni son çəkiliş günü lentə aldı. Rejissor filmini 1973-cü ildə çəkilmiş "İblisi sürgün edən" və 1980-ci ildə lentə alınmış "Adi insanlar" filmlərinin simbiozu hesab edir. 2000-ci ildə film evdə fərdi baxış üçün ən tələb edilən film oldu. Film "Horror" janrında "Oskar" mükafatına layiq görülmüş 4 filmdən biridir. Təqribən 80 milyon tamaşaçı filmi evdə izləyib.
Altıncı hiss (film, 1935)
Altıncı hiss tammetrajlı bədii filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1935-ci ildə ekranlaşdırılmışdır. Film Azərfilmdə istehsal edilmişdir. Film respublikanın neft sənayesində çalışan əmək adamlarının gündəlik işlərindən və qayğılarından bəhs edir. Filmdə əsas rolları Ələsgər Ələkbərov, İ. Daşdəmirov, Ələkbər Hüseynzadə, İsmayıl Hidayətzadə, Möhsün Sənani və S. Klimov ifa edirlər. == Məzmun == Film respublikanın neft sənayesində çalışan əmək adamlarının gündəlik işlərindən və qayğılarından bəhs edir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Aleksey Kapler, İvan Tartakovski Rejissor: Mikayıl Mikayılov Operator: Fyodor Novitski Rəssam: Viktor Aden == Rollarda == Ələsgər Ələkbərov — mühəndis Heydər İ. Daşdəmirov — buruq ustası Ələkbər Hüseynzadə — Hüseynov, böyük buruq ustası İsmayıl Hidayətzadə Möhsün Sənani S. Klimov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Altıncı hiss (film, 2002)
Səkkizinci hiss (teleserial, 2015)
Səkkizinci Hiss (ing. Sense8) — Uaçouiskilər və Maykl Straçnski tərəfindən Netflix üçün yaradılmış Amerikan elmi fantastika veb teleserialıdır. İstehsalçı şirkətlər Uaçouiskinin Anarchos Productions, Straçnskinin Studio JMS eləcədə Georgeville Television və Unpronounceable Productions şirkətlərini serialın çəkilişlərinə cəlb etdilər. Serialın birinci mövsümündə Aml Ameen, Doona Bae, Ceymi Klayton, Tina Desai, Tuppense Middleton, Maks Riemelt, Migel Anqel Silvestre və Brayn Smit kimi beynəlxalq aktyorlər iştirak edirlər və onların hər biri dünyanın ayrı ölkələrində yaşayan insanlardır. Lakin bir gün onlar psixi və emosianal mənada bir-birilərinə bağlı "sensate" olurlar. Rollarda həmçinin Frima Egiman, Terrens menn, Anupam Xer, Naveen Endrüs və Darri Hanna da çəkiliblər. İkinci mövsümdə Topi Onumere Ameen ilə dəyişdirilib. Serialın məqsədi siyasət, şəxsiyyət, seksuallıq, cins və din kimi mövzuları araşdırmaqdır. Hansı ki, digər bir çox elmi fantastika seriallarında yaradıcılar bu məsələlərə çox da diqqət yetirmirlər. Səkkizinci Hiss-in birinci mövsümünün hər bir seriası Uaçouiskilər və Straçnski tərəfindən yazılıb.