Hof

der; -(e)s, -¨e 1. həyət; 2. (Bauernhof) mülk, malikanə; 3. (e-s Fürsten) saray; dərbar; 4.(Gasthaus) mehmanxana, karvansara; im ~ spielen həyətdə oynamaq
Hoden
Hofdame
OBASTAN VİKİ
Dastin Hoffman
Dastin Hoffman (ing. Dustin Lee Hoffman; 8 avqust 1937)—ABŞ aktyoru. Dastin Hoffman 8 avqust 1937-c ildə Amerikanın Los-Anceles şəhərində anadan olub. Anası Lilian Qold əslən Rumıniya yəhudilərindən idi. Ata Harri Hoffman isə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. 20-ci illərdə Amerikaya köçərək ticarətlə məşğul olmuşdular. 1967-ci ilədək 30 yaşlı Dastin Hoffman musiqi və teatr sənətində özünü sınamışdı .1967-ci il onun taleyində həlledici olur. Belə ki, təsadüf nəticəsində onun kimi Rusiya yəhudisi Maykl Nikolsla (əsl soyadı Paşkovski) tanış olur. Onun "Məzun" filmində baş rol alır. Dövrünün dindar Amerikasında böyük qalmaqal yaradan film gənc tələbə oğlanla sevdiyi qız və onun anası arasındakı sevgi üçbucağından bəhs edir.
Din Hoffman
Ernest Teodor Amadey Hofman
Ernest Teodor Amadey Hofman (alm. Ernst Theodor Amadeus Hoffmann‎, 24 yanvar 1776[…], Köniqsberq[…] – 25 iyun 1822[…], Berlin) — alman yazıçısı. Ernest Teodor Amadey Hofman 24 yanvar 1776-cı ildə Köniqsberq şəhərində anadan olmuşdur. Onun ata –anası yola getmədiklərinə görə ayrılmışlar. Hofman nənəsi ilə qalmışdır. O, ağır həyat keçirmiş, demək olar ki, aclıq içində yaşamışdır. Universitetdə hüquq elmləri üzrə təhsil almışdır. O, hələ gəncliyində müsiqi, ədəbiyyat, rəssamlıqla məşğul olmuş, ilk günlərdən ictimai mühitin diqqətini cəlb etmişdir. 1807-ci ildə o, bütün işlərini buraxıb Berlinə köçür, 1808-ci ildə o, iş tapır. O, Almaniyada Banberq teatrında bəstəkar, Drezden və Leypsiqdə opera truppasında musiqi üzrə direktor, rejissor işləmişdir.O, romantik operanın – "İndianın" yaradıcısıdır.
Eupatoriopsis hoffmanniana
Eupatorium hoffmannii
Sphaereupatorium (lat. Sphaereupatorium) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Sphaereupatorium scandens (Gardner) R.M.King & H.Rob. Sinonim Conoclinium scandens Gardner Eupatorium hoffmannii Kuntze Eupatorium poterioides Sch.Bip. [Illegitimate] Eupatorium sphaerocephalum Sch.Bip. ex Baker Eupatorium sphaerocephalum Sch.Bip. [Illegitimate] Sphaereupatorium hoffmannii (Kuntze) B.L.Rob. Sphaereupatorium sphaerocephalum (Sch.Bip. ex Baker) R.M.King & H.Rob.
Euphorbia hofstaetteri
Euphorbia hofstaetteri (lat. Euphorbia hofstaetteri) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Feliks Hoffman
Feliks Georg Otto Hoffman (21 yanvar 1868, Lüdviqsburq, Ştutqart[d] – 8 fevral 1946, Lozanna) — məşğulluq sahəsində alman kimyaçısı və əczaçısı kimi tanınmışdır.
Filip Seymur Hoffman
Filipp Seymur Hoffman (ing. Philip Seymour Hoffman; 23 iyul 1967[…], Feyrport[d], Nyu-York ştatı – 2 fevral 2014[…], Manhetten, Nyu-York ştatı) — ABŞ aktyoru. 1967-ci il iyulun 23-də Nyu-York ştatının Feyrport şəhərində anadan olan aktyor 90-cı illərin əvvəllərindən başlayaraq kino karyerasına başlayıb. 1993-cü ildə “Qadın ətri” filmində yaratdığı ərköyün tələbə obrazı ilə prodüserlərin diqqətini özünə cəlb edə bilib. Məşhur art-haus ustası, rejissor Pol Tomas Andersonla 5 filmdə əməkdaşlıq edən Hoffman öz potensialını tam şəkildə nümayiş etdirə bilib. 1998-ci ildə qara yumor və ironiya dolu filmlər çəkən Koen qardaşlarının “Böyük Lebovski” filmində yer alan Hoffman xarakterik aktyor kimi bir daha öz ustalığını nümayiş etdirib. 2006-cı ildə Kapote filmində Amerikanın tanınmış homoseksual yazıçısı Trumen Kapotenin obrazını canlandıran mərhum aktyor buna görə yeganə “Oskar” mükafatını qazanıb. 2010-cu ildə isə o, “Cek üzməyə gedir” filmi ilə rejissorluq debütü edib. 1999-cu ildən Mimi O'Donnel ilə evli olan aktyorun 3 övladı var. 2014-cü ildə Filip Seymur Hoffmanın rol aldığı 2 filmin premyerası keçiriləcək.
Hoffenhaym 1899 FK
1899 Hoffenhaym FK (alm. Hoffenheim‎) 1899-cu ildə Zinsheymin Hoffenhaym kəndində yaradılmış futbol komandasıdır.Həmçinin 1990-cı ildə Almaniya 8.liqasında olarkən klubu alan alman milyarder Ditmar Hoppun sayəsində Bundesliqaya qədər qalxan Almaniyanın ən qədim klublarından da biridir Hoffenheym Almaniyanın ən kiçik rayonlarından biridir. Əvvəlcə kənd olan Hoffenheym indi Zinsheym şəhərinin rayonudur. Cəmi üç min əhalisi olan bu rayonun təmsilçisi 1899-cu ildə yaranıb. Uzun illər bu klub Almaniyanın ən zəif komandalarından olub. Ən yaxşı halda 6-cı divizionda çıxış etməsi ilə öyünə biləcək "Hoffenheym" heç kimin diqqətini o qədər də cəlb etməyib. 1989-cu ildə "Hoffenheym"in vəziyyəti bir qədər də pisləşdi. Belə ki, klub 6-cı divizionu da tərk etdi. Bu kiçik rayonun təmsilçisinin azarkeşlərinə ağır zərbə oldu. Onsuz da əksər vaxt məğlub olan klubun az qala dağılacağı gözlənilirdi.
Hoffmanniella
Hoffmanniella (lat. Hoffmanniella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hoffmanniella silvatica Schltr. ex Lawalrée 1943 Sinonim Hoffmanniella Schltr. 1900 Hoffmanniella silvatica Schltr.
Hoffmanniella silvatica
Hoffmanniella (lat. Hoffmanniella) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hoffmanniella silvatica Schltr. ex Lawalrée 1943 Sinonim Hoffmanniella Schltr. 1900 Hoffmanniella silvatica Schltr.
Hofling eksperimenti
ABŞ tədqiqatçısı Charles K. Hofling 1966-cı ildə tabe olma prosesini əyani əks etdirən eksperiment aparmışdır. Təcrübə çöl tədqiqatı metodu ilə, Amerika xəstəxanalarından birində aparılmışdır. Təcrübənin şərtləri xəstəxana administrasiyası ilə razılaşdırılmışdı. Bu şərtlərə görə doktor telefon vasitəsilə tibb bacısına əmr verməli idi ki, o, pasientə "Astroten" adlı dərmandan 20 mg versin. Bu dərmanın adı uydurma idi və xəstələr üçün nəzərdə tutulmuş dərman siyahısında bu ad yox idi, lakin həmin adda dərman şüşəsi eksperimentator tərəfindən əvvəlcədən dərman otağında qoyulmuşdu. Dərman şüşəsinin üstündə aydın şəkildə qeyd edilmişdi ki, maksimal doza 10 mg-dır. Bundan başqa əmr verən doktoru tibb bacısı tanımırdı. Səhiyyə sisteminin qaydaları sadalanmış şərtlərdə xəstəyə təyin edilmiş dərmanın verilməsini qadağan edir. Təcrübədən əvvəl Hofling bir qrup tibb bacısına və bu sahədə təhsil alan tələbələrə şərtləri izah edir və onların həmin situasiyada nə edəcəklərini soruşur. Sorğuya cavab verən on iki nəfərdən onu bildirdi ki, onlar belə əmri yerinə yetirməzdilər.
Hoflinq eksperimenti
ABŞ tədqiqatçısı Charles K. Hofling 1966-cı ildə tabe olma prosesini əyani əks etdirən eksperiment aparmışdır. Təcrübə çöl tədqiqatı metodu ilə, Amerika xəstəxanalarından birində aparılmışdır. Təcrübənin şərtləri xəstəxana administrasiyası ilə razılaşdırılmışdı. Bu şərtlərə görə doktor telefon vasitəsilə tibb bacısına əmr verməli idi ki, o, pasientə "Astroten" adlı dərmandan 20 mg versin. Bu dərmanın adı uydurma idi və xəstələr üçün nəzərdə tutulmuş dərman siyahısında bu ad yox idi, lakin həmin adda dərman şüşəsi eksperimentator tərəfindən əvvəlcədən dərman otağında qoyulmuşdu. Dərman şüşəsinin üstündə aydın şəkildə qeyd edilmişdi ki, maksimal doza 10 mg-dır. Bundan başqa əmr verən doktoru tibb bacısı tanımırdı. Səhiyyə sisteminin qaydaları sadalanmış şərtlərdə xəstəyə təyin edilmiş dərmanın verilməsini qadağan edir. Təcrübədən əvvəl Hofling bir qrup tibb bacısına və bu sahədə təhsil alan tələbələrə şərtləri izah edir və onların həmin situasiyada nə edəcəklərini soruşur. Sorğuya cavab verən on iki nəfərdən onu bildirdi ki, onlar belə əmri yerinə yetirməzdilər.
Hofmeisteria
Hofmeisteria (lat. Hofmeisteria) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hofmeisteria anomalochaeta (R.M.King) B.L.Turner Hofmeisteria crassifolia S.Watson Hofmeisteria dissecta (Hook. & Arn.) R.M.King & H.Rob. Hofmeisteria fasciculata (Benth.) Walp. Hofmeisteria filifolia I.M.Johnst. Hofmeisteria gayleana B.L.Turner Hofmeisteria malvaefolia (B.L.Rob. & Greenm.) B.L.Turner Hofmeisteria mexiae (B.L.Rob.) B.L.Turner Hofmeisteria schaffneri (A.Gray) R.M.King & H.Rob. Hofmeisteria sinaloensis Gentry Hofmeisteria standleyi (S.F.Blake) R.M.King & H.Rob. Hofmeisteria urenifolia (Hook.
Hofmeisteria tenuis
Malperia (lat. Malperia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Malperia tenuis S.Watson Sinonim Hofmeisteria tenuis (S.Watson) I.M.Johnst.
Humboldtia hoffmannseggiana
Katrin Hoffmann
Katrin Hoffmann (5 iyul 1978) — Almaniyanı təmsil edən bədii gimnast. Katrin Hoffmann Almaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 8-ci pillənin sahibi olub.
Kurt Hofman
Kurt Hofman (12 noyabr 1910[…], Frayburq-im-Braysqau – 25 iyun 2001[…], Münxen) — alman kino rejissoru Fokus-pokus (film, 1953) Avantürist Feliks Krullun etirafı (film, 1957) Biz vunderkindlərik (film, 1958) Cənab Missisipinin kəbini (film, 1961) Şpessart qəsrində kölgə (film, 1961) Sabah saat yeddidə dünya yenə qaydasında olacaq (film, 1968) Şpessart qəsrində gözəl çağlar (film, 1969) Kapitan (film, 1971) Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987, səh. 268.
Lesli Hoffman
Lesli Hoffman (ing. Leslie Hoffman) 21 yanvar 1955, ABŞ) - ABŞ aktrisasıdır. "Qarağac küçəsində qarabasma" filmi ilə məşhurlaşmışdır.
Marsian Hoff
Marsian Hoff Ted Hoff kimi də tanınır. (28 oktyabr 1937, Roçester[d], Nyu-York ştatı) — "Mikroprosessor"un yaradıcısı. Kompüter tarixinin inqilabi hadisələri sırasında "mikroprosessor" adı altında proqramlı məntiqi blokun yaradılması əhəmiyyətli (vacib) yer tutur. Silisiumdan (kimyəvi element) hazırlanan idarə olunan proqramlaşdırılan hesablayıcı blok ideyası 1971-ci il 15 noyabrda ictimaiyyətə təqdim olundu. "İnteqral elektronikasında yeni era" başlığı altında 1971-ci ildə "Electronic News"-da reklam məqaləsi çap olunmuşdu. Həmin məqalədə Intel firması 4004 nömrəli mikroprosessoru və onun yaradıcısı Ted Hoffu təqdim etdi. Intel firmasının yaradıcılarından biri olan Qordon Mur, ümumiyyətlə bu mikroprosessoru "bəşəriyyət tarixində ən inqilabi məhsullardan biri" adlandırmışdı. İxtira o qədər əhəmiyyətli (vaci) idi ki, Hoff xx əsrin ən böyük alimlərindən biri kimi qəbul edildi. Demək olar ki, bütün "fikirləşən" qurğulara uyğun olmaq üçün mikrosxem kifayət qədər sadə, qiyməti isə ucuz idi. Onu liftlərdə, kalkulyatorlarda və yaddaşı olan elektrik yazı maşınlarında tətbiq etmək olardı, o, saat mexanizmlərini və ya təyyarənin sükan çarxını idarə edə bilərdi.
Mikania hoffmanniana
Mikania hoffmanniana (lat. Mikania hoffmanniana) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Pleurothallis hoffmannseggiana
Acianthera hoffmannseggiana (lat. Acianthera hoffmannseggiana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü. Humboltia hoffmannseggiana (Rchb.f.) Kuntze Pleurothallis hoffmannseggiana Rchb.f. Pleurothallis loefgrenii Cogn.
Rid Hofman
Rid Hofman (ing. Reid Garrett Hoffman; 5 avqust 1967, Stenford[d], Kaliforniya) — Amerikalı sahibkar, vençur kapitalist; dünyada məşhur olan "LinkedIn" işgüzar əlaqələrin qurulması üçün sosial şəbəkənin yaradıcısı. Hofman 5 avqust 1967-ci ildə Kaliforniyanın Stenford şəhərində dünyaya gəlib. Hofman Putni məktəbində (ing. The Putney School) oxuyub sonra Stenford Universitetinə daxil olub. O, burada Marşall təqaüdü və "Dinkelspiel Award"a layiq görülüb. Koqnivistika sahəsində ixtisaslaşma üzrə təbiət elmləri bakalavr dərəcəsi ilə 1990-cı ildə universiteti bitirib. Hofman Oksfordda təhsilini davam etdirib, 1993-cü ildə fəlsəfə sahəsində magistr dərəcəsinə sahib olub, lakin daha sonra sahibkar olmağı elm adamı olmaqdan üstün tutdu. Hofmanın sözlərinə görə, akademik karyera onu "təsir" göstərmək imkanı ilə cəlb edirdi, amma sonra o anladı ki, sahibkar karyerası daha çox perspektivlidir. Hofman yazır: "Mən Stenfordu bitirib, professor və ictimai xadim olmağa hazırlaşırdım, amma anladım ki, professorların yazdığı kitabları 50–60 insan oxuyur, amma mən böyük təsirlər istəyirdim".
Roald Hofman
Roald Hofman(ing. Roald Hoffmann; doğ. 18 iyul 1937, Zoloçev, Tarnopol voevodalığı, Polşa, indiki Lvov vilayəti, Ukrayna) — amerika kimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1981). Amerika kimyaçısı Roald Hofman 1937-ci ilin iyulun 18-də Zloçevdə (Polşa) anadan olub. 1958-ci ildə Kolumbiya universitetini bitirib. 1965-ci ilə qədər Harvard universitetində (1960-1961-ci illərdə Moskva Dövlət Universitetində təcrübə keçib) işləyib. 1965-ci ildən Kornell universitetində (1968-ci ildən professor) işləyib. Əsas tədqiqatları kimyəvi kinetikaya və kimyəvi reaksiyaların mexanizminin öyrənilməsinə həsr olunub. 1964-cü ildə mürəkkəb üzvi molekulların konformasiyasını və molekulyar orbitalların quruluşunu öyrənərkən -elektronları sisteminin analizini və hesablamalarını həyata keçirmişdir; reaksiyaların hipotetik aralıq məhsullarının enerjisini hesablamışdır (o cümlədən karbokationun) ki, bu da aktivləşmə enerjisini qiymətləndirməyə və aktivləşmiş kompleksin daha əlverişli konfiqurasiyası haqqında nəticə çıxarmağa imkan vermişdir. 1965-ci ildə R.B. Vudvord ilə birlikdə razılaşdırılmış reaksiyalar üçün orbital simmetriyasının saxlanması qaydasını təklif etmişdir.
Sedum maximum (L.) Hoffm.