Roald Hofman

Roald Hofman(ing. Roald Hoffmann; doğ. 18 iyul 1937, Zoloçev, Tarnopol voevodalığı, Polşa, indiki Lvov vilayəti, Ukrayna) — amerika kimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1981).

Roald Hofman
Doğum tarixi 18 iyul 1937(1937-07-18)[1][2][…] (86 yaş)
Vətəndaşlığı
Elm sahəsi kimya
İş yeri
Təhsili
Elmi rəhbərləri Uilyam Lipskomb[d]
Üzvlüyü
Mükafatları ABŞ Milli Elmlər medalı
roaldhoffmann.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Amerika kimyaçısı Roald Hofman 1937-ci ilin iyulun 18-də Zloçevdə (Polşa) anadan olub. 1958-ci ildə Kolumbiya universitetini bitirib. 1965-ci ilə qədər Harvard universitetində (1960-1961-ci illərdə Moskva Dövlət Universitetində təcrübə keçib) işləyib. 1965-ci ildən Kornell universitetində (1968-ci ildən professor) işləyib. Əsas tədqiqatları kimyəvi kinetikaya və kimyəvi reaksiyaların mexanizminin öyrənilməsinə həsr olunub. 1964-cü ildə mürəkkəb üzvi molekulların konformasiyasını və molekulyar orbitalların quruluşunu öyrənərkən -elektronları sisteminin analizini və hesablamalarını həyata keçirmişdir; reaksiyaların hipotetik aralıq məhsullarının enerjisini hesablamışdır (o cümlədən karbokationun) ki, bu da aktivləşmə enerjisini qiymətləndirməyə və aktivləşmiş kompleksin daha əlverişli konfiqurasiyası haqqında nəticə çıxarmağa imkan vermişdir. 1965-ci ildə R.B. Vudvord ilə birlikdə razılaşdırılmış reaksiyalar üçün orbital simmetriyasının saxlanması qaydasını təklif etmişdir. (Vudvord-Hofman qaydası). 1965-1969-cu illərdə bu qaydanın siklin qapanması ilə gedən monomolekulyar reaksiyalara, siklobirləşmə bimolekulyar reaksiyalarına, - əlaqələnmiş qrupların yerdəyişməsinin siqmatrop reaksiyalarına iki τ-əlaqənin sinxron əmələ gəlməsi və ya qırılması reaksiyalarına tətbiq olunması mümkünlüyünü öyrənmişdir. 1970-ci ildə kimyəvi çevrilmələr yolunda energetik sədlərin fiziki mahiyyətini müəyyən etmişdir. 1978-1980-ci illərdə keçid metallarının karbonil, aromatik, olefin və asetilen liqandları ilə mono və birnüvəli komplekslərinin stereokimyası sahəsində tədqiqatları inkişaf etdirmişdir.

Hofman 1981-ci ildə “Kimyəvi reaksiyaların getməsi nəzəriyyəsini işləyib hazırladığına görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]