Bürc-əl-Huas
Bürc-əl-Huas (ərəb. برج الحواس, fr. Bordj El Haouès) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinə daxildir.
== Coğrafi mövqe ==
Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1,400 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1088 metr yüksəkdir.
== İqlim ==
Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 21 mm). Orta illik temperatur 23,1 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 11,9°C, ən isti ayda (iyun) 31,6°C-dir.