Hydrangea arborescens
Ağacvari hortenziya (lat. Hydrangea arborescens) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Şimali Amerikada təbii yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 2m, gövdəsi düz iri yarpaqlı koldur. Yumru çətirnin diametri 2 m-ə qədərdir. Yarpaqları yumurtaşəkilli və ya ellipsvari, diametri 8-15 sm, üstdən tünd yaşıl, altdan bozumtul rəngdədir. Zoğları bir az tüklü, alt tərəfi çılpaq, kənarları dişli, bünövrəsində ürəkşəkilli çöküntüsü vardır. 4 yaşından bol çiçəkləyir. Çiçəkləri qalxanvari çiçək qrupunda yerləşir, tacı ağdır. Uzun müddət iyundan sentyabr ayına kimi fasiləsiz çiçəkləyir.